bazar 19 aprel 2026 - 16:16
Cəbəl Amil Alimləri Birliyinin müqavimət rəhbərliyinə dəstəyi

Hövzə / Livanın Cəbəl Amil alimləri birliyi yaydığı bəyanatda İran İslam Respublikasına, onun rəhbərliyinə və xalqına haqq məsələlərinin müdafiəsində sərgilədiyi sabit mövqeyə görə təşəkkür və minnətdarlıq bildirib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, Livanın Cəbəl Amil alimləri birliyi yaydığı bəyanatda İran İslam Respublikasına, onun rəhbərliyinə və xalqına haqq məsələlərinin müdafiəsində göstərdikləri sabit mövqeyə görə təşəkkür edib. Bəyanatda müqavimət rəhbərliyinə də salam göndərilərək vurğulanıb ki, onun möhkəmliyi keçici deyil, əksinə, təcavüzə qarşı köklü bir yanaşmadır.

Bəyanatda qeyd olunub ki, atəşkəs mücahidlərin davamlı müqaviməti, onların qəhrəmancasına mübarizəsi, vilayəti-fəqih rəhbərliyinin və İran rəsmilərinin bu yolu dəstəkləməsi, həmçinin şəhidlərin qanı və çətinliklərə baxmayaraq izzət yolundan dönməyən ləyaqətli Livan xalqının səbrinin bərəkəti sayəsində əldə olunub.

Sənəddə müqavimət rəhbərliyinin və digər milli Livan qruplarının rolu yüksək qiymətləndirilib. Eyni zamanda, dayanaraq dəstək göstərən bütün azadlıqsevər livanlılara və dua və dəstəkləri ilə bu prosesdə iştirak edən, müxtəlif mövqelərdən bu uğura töhfə verən dünya xalqlarına minnətdarlıq ifadə olunub.

Daxili məsələlərlə bağlı olaraq, Cəbəl Amil alimləri birliyi prezident, baş nazir və hökuməti mövqelərinə yenidən baxmağa, düşməni razı salmaq xəttindən geri çəkilməyə və müqaviməti cinayət kimi təqdim etməklə buraxdıqları səhvi məsuliyyət və şəffaflıq prinsipləri əsasında, milli maraqları qorumaq şərti ilə düzəltməyə çağırıb.

Bəyanatda vurğulanıb ki, Livan ordusunun rolu ilə yanaşı, müqavimətin imkan və hazırlığından istifadə edilməsi zəruridir ki, ordu öz təbii vəzifəsini o cümlədən vətəni qorumaq və təcavüzə qarşı durmaq missiyasını yerinə yetirə bilsin.

Həmçinin birlik xalqı aidiyyəti qurumların göstərişlərinə əməl etməyə çağırıb. Xüsusilə düşmənə hər hansı formada, istər görüntülərin paylaşılması, istərsə də hücum qalıqlarına qarşı səhlənkarlıq yolu ilə belə olsa xidmət göstərməmək tövsiyə olunub. Bildirilib ki, bu kimi hallar ictimai sağlamlıq üçün ciddi təhlükələr yaradır.

Bəyanatda cəmiyyət daxilində sosial həmrəyliyin gücləndirilməsinin vacibliyi də qeyd olunub. Vurğulanıb ki, mənəvi dəstək, əməkdaşlıq ruhu və qarşılıqlı yardım bu həssas mərhələnin təsirlərindən çıxmaq üçün əsas sütunlardır.

Sonda alimlər birliyi evlərinə qayıdan Livan xalqına müraciət edərək bildirib: Siz başıuca qayıdırsınız. Siz şəhidlərin qanı və öz qanları ilə izzət yolunu yaradan mücahidlərin sayəsində şərəf qazanmısınız. Onları dualarınızda unutmayın və bu yolu qoruyan, onu ümmətin vicdanında yaşadan vəsiyyətlərinə biganə qalmayın.

Cəbəl Amil Alimləri Birliyinin müqavimət rəhbərliyinə dəstəyi

Cəbəl Amil alimləri

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha