Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Elmi hövzələr və universitetlər üçün həqiqi İslam baxışına əsaslanan humanitar elmlər mətnlərinə geniş ehtiyac olduğu danılmazdır. Bu istiqamətdə Elmi hövzələrin İdarəetmə Mərkəzinin Tədqiqatlar üzrə müavinliyinin emi layihələrin dəstəklənməsi katibliyi, İmam Xomeyni (r) Tədris və Tədqiqat İnstitutu ilə birgə “İslam psixologiyasının əsasları” adlı on üçüncü ortaq layihəni elmi ictimaiyyətə təqdim edib. Əsər Rəhim Narui Nüsrəti və bir qrup müəllif tərəfindən qələmə alınıb.
Əsərin yazılmasının məqsədi
Əsərin əsas məqsədi İslam psixologiyasının əsaslarını təqdim etmək, bu əsasların psixologiyaya təsir mexanizmini izah etmək və bu əsaslar əsasında psixologiyanın perspektivlərini göstərməkdir. Eyni zamanda bu tədqiqatın İslam Respublikasının siyasət, məqsəd və proqramlarının təkmilləşdirilməsinə təsir göstərəcəyi və İmam Xameneinin (r) rəhbərliyi ilə yeni İslam mədəniyyətinin qurulması istiqamətində addım olacağı qeyd olunur.
Bu tədqiqat əsəri cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də icraedici və mədəni qurumlar üçün elmi və praktik model təqdim edir və ölkədə mövcud idarəetmə problemlərinin aradan qaldırılması, eləcə də inqilabın tarixi mərhələsindən keçid baxımından əhəmiyyətli rol oynaya bilər.
Dörd müəllif, yeddi fəsil
Birinci və altıncı fəsillər ümumi anlayışları və elmlərin əsas düşüncələrdən təsirlənmə mexanizmini əhatə edir. Bu fəsillər, o cümlədən “İslam psixologiyasının dəyər əsasları” adlı altıncı fəsil Höccətül-İslam Rəhim Narui Nüsrəti tərəfindən hazırlanıb.
İkinci və yeddinci fəsillər İslam psixologiyasının idrak əsaslarına həsr olunub. Yeddinci fəsildə metodoloji əsaslar təqdim olunur və bu hissə Höccətül-İslam Məhəmmədrza Əhmədi Məhəmmədabadi tərəfindən yazılıb.
Üçüncü fəsil İslamın varlıq haqqında əsas baxışlarını, onun səviyyələrini və qarşılıqlı əlaqələrini, həmçinin psixoloji nəticələrini əhatə edir. Bu fəsil Höccətül-İslam Rəhim Mirdirəkvndi tərəfindən qələmə alınıb.
Dördüncü və beşinci fəsillər Allah ilə varlıq aləmi, xüsusilə insan arasındakı münasibətləri əks etdirir. Beşinci fəsil “insanşünaslıq əsasları” mövzusuna həsr olunub və Höccətül-İslam Əbülqasim Bəşiri Qurni tərəfindən yazılıb.
Qeyd edək ki, kitabın bütün fəsilləri İmam Xomeyni Tədris və Tədqiqat İnstitutunun elmi heyət üzvü və Əllamə Misbah Yəzdi adına Təlim və Tərbiyə Mərkəzinin direktoru, Höccətül-İslam vəl-müslimin Məhəmmədcavad Zareanın elmi nəzarəti ilə hazırlanıb.
Maraqlananlar bu tədqiqat əsərini Hövzə Elmi Nəşrlər İnstitutunun rəsmi platformasından və ya Qum şəhəri, Müəllim küçəsi, İmam Xomeyni (r) evinin yaxınlığında yerləşən nəşriyyatdan əldə edə bilərlər. Əlaqə nömrəsi: 0899387924229.
Rəyiniz