çərşənbə axşamı 21 aprel 2026 - 12:45
Ayətullah Ərakinin Papa XIV Leonun mövqeyinə görə təşəkkürü / İncilə sədaqət təkəbbürlü güc illüziyasına qarşı dayanmaq deməkdir

Ayətullah Əraki Katolik Kilsəsinin ali rəhbəri Papa XIV Leona ünvanladığı məktubda yazıb: Sizin "bir sivilizasiyanın tam məhv edilməsi" və "digər ölkələrə təcavüz" kimi təhdidləri ‘tamamilə qəbuledilməz’ adlandırmağınız sadəcə siyasi bir bəyanat deyil, eyni zamanda insanlığın mənəvi vicdanının səsidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Elmi hövzələrin Ali Şurasının üzvü və Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Möhsün Əraki tərəfindən Katolik Kilsəsinin ali rəhbəri Papa XIV Leonun cəsarətli mövqelərinə görə təşəkkür məktubu ünvanlayıb. Məktubun tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Katolik Kilsəsinin ali rəhbəri

Cənab Papa XIV Leon


Dərin hörmətlə bildirirəm ki, bu məktubu sizə, sülh və ədalətin müdafiəsi istiqamətində ucaltdığınız səs, müharibə qızışdıranların və güc sahiblərinin qaranlığında bir çıraq kimi parlayan bir zamanda yazıram.

Güc məntiqinin dialoqu əvəz etdiyi, sivilizasiyaların məhv edilməsi ilə hədələməyin isə təkəbbürlü və zalım ABŞ prezidentinin adi siyasətinə çevrildiyi bir dünyada siz milyonlarla müdafiəsiz insanın, müharibə qurbanlarının, qaçqınların və bombardmanlar nəticəsində övladlarını itirmiş anaların müdafiəsinə qalxaraq onların səsini dünyaya çatdırdınız.

Ayətullah Möhsün Əraki bildirib ki, sizin "bir sivilizasiyanın tam məhv edilməsi" və "digər ölkələrə təcavüz" kimi təhdidləri ‘tamamilə qəbuledilməz’ adlandırmağınız sadəcə siyasi bir bəyanat deyil, eyni zamanda insanlığın mənəvi vicdanının səsidir. Siz bir daha göstərdiniz ki, İncilə tabe olmaq təkəbbür gücünün illüziyalarına qarşı dayanmaq deməkdir. Hansı ki, müharibə və təhlükəsizliyin pozulmasının əsas mənbəyidir.

Trampın həzrət İsa (ə) simasında saxta şəkil yayması küfr xarakterli bir əməl, ilahi dinlərin müqəddəslərinə təhqir və dünyadakı milyardlarla xristian və müsəlmanın inanclarına təhqir idi. Siz haqlı olaraq xəbərdarlıq etdiniz ki, “İncilin kəlamlarından sui-istifadə edilməməlidir”. Bu hadisə göstərir ki, bəzi güc sahibləri özlərini nümayiş etdirmək və ictimai rəyi aldatmaq üçün həqiqətləri təhrif etməkdə və müqəddəsləri təhqir etməkdə nə qədər irəli gedə bilirlər. Lakin həqiqət heç vaxt yalan və təhqirlə ört-basdır edilə bilməz.

Zati-aliləri! Siz bir daha öz mövqeyinizlə sübut etdiniz ki, kilsə rəhbərliyi nə zorakılar qarşısında baş əyir, nə də siyasi maraqları qorumaq üçün susur. Trampın təhqir və təhdidləri sizin mövqeyinizi zəiflətmir, əksinə, onun ucalığını və şərəfini daha da artırır. Tarix sülh adamlarını xatırlayacaq, müqəddəsləri təhqir edən və sivilizasiyaları hədələyənləri deyil.

Trampın Katoliklərin hörmətli rəhbərinə qarşı təhqiri əslində sülh içində yaşamaq arzusunda olan milyonlarla insana qarşı təhqirdir. O düşünür ki, sərt ifadələrlə vicdanın səsini susdura bilər. Lakin bu təhqir onun özünün mənəvi tənəzzülünün və şəxsiyyətinin zəifliyinin sübutudur.

Sonda bir daha sizin bu dəyərli mövqeyinizi yüksək qiymətləndirir, təşəkkürümüzü bildirir və uca Allahdan bütün dünyada ədalət və sülhün bərqərar olmasını diləyirik.

Möhsün Əraki

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha