çərşənbə 22 aprel 2026 - 03:32
Daxili cəbhənin zəiflədilməsi düşmənə xidmət sayılır / Birlik və meydanda möhkəm dayanmaq zamanıdır

Həzrət Ayətullah Nuri Həmədani vurğulayıb ki, ölkənin bütün xeyirxah və məsuliyyətli şəxslərindən gözlənilir ki, daxili cəbhəni zəiflədən və ya (Allah eləməsin) danışıqlar aparan nümayəndələrin nüfuzuna zərər vuran hər hansı söz və ya hərəkətdən çəkinsinlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ayətullah Nuri Həmədani ölkədəki mövcud vəziyyətə toxunaraq bildirib ki, belə bir şəraitdə düşmənin planlarını zərərsizləşdirə biləcək əsas amil birlik, rəhbərlik ətrafında həmrəylik, ayıqlıq və müdafiə, idarəetmə və diplomatiya sahəsində fəaliyyət göstərən milli qüvvələrə güvəndir.

Ayətullah  Nuri Həmədani vurğulayıb ki, şübhəsiz, xalqın meydanlarda şüurlu və uzaqgörən iştirakı inşallah fitnə aradan qalxana qədər davam edəcək və düşmənin ümidlərini puça çıxaracaq.

O, həmçinin ölkənin bütün məsul şəxslərini daxili cəbhəni zəiflədən və ya danışıqlar aparan şəxsləri gözdən salan hər hansı söz və addımdan çəkinməyə çağırıb.

Bağışlayan və mehriban Allahın adı ilə 

Hazırda yaşadığımız günlər İslam Respublikasının tarixində ən mühüm və həssas mərhələlərdən biridir. Bu xalqın və ölkənin düşmənləri, başda ABŞ, sionist rejim və onların regional tərəfdarları olmaqla,  bütün gücləri ilə İran İslam Respublikasına zərbə vurmağa çalışır və heç bir düşmənçilikdən çəkinmirlər.

Belə bir şəraitdə düşmənin planlarını puça çıxara biləcək əsas amil birlik, rəhbərlik ətrafında həmrəylik, ayıqlıq və müdafiə, icra və diplomatiya sahəsində fəaliyyət göstərən milli qüvvələrə güvəndir.

Rəşadətli İran xalqı bilməlidir ki, bu günlərdə ölkənin silahlı qüvvələri və icra strukturları mövcud həssas şəraiti nəzərə alaraq bütün gücləri ilə birlikdə milli maraqların qorunması üçün çalışırlar. Şübhəsiz, xalqın meydanlarda şüurlu və uzaqgörən şəkildə iştirakı inşallah bu fitnələr aradan qalxana qədər davam edəcək və  düşmənin ümidsizliyinə səbəb olacaq.

Bu əsasda, ölkənin bütün xeyirxah insanlarından gözlənilir ki, daxili cəbhəni zəiflədən və ya (Allah eləməsin) danışıqlar aparan şəxslərin nüfuzuna xələl gətirən hər hansı söz və ya addımdan çəkinələr. Aydındır ki, bu şəxslər, xüsusilə cənab doktor Qalibaf, qarşı tərəfin hiylələrindən, etibarsızlığından və keçmiş təcrübəsindən tam xəbərdar olaraq, xalqın narahatlıqlarını və tələblərini nəzərə almaqla fəaliyyət göstərirlər.

İnşallah, mərhum Ayətullah Xomeyni (r), şəhid rəhbər Seyid Əli Xamenei (Allah onu rəhməteləsin) və hazırkı Ali Məqamlı Rəhbər Seyid Müctəba Xameneinin (Allah onu qorusun) birliy, həmrəyliy və ixtilafdan uzaq durmağa dair tövsiyələrinə əməl etməklə bu həssas mərhələni də izzət və başucalığı ilə geridə qoyacaq, bu xalqın düşmənləri isə məyus və uğursuz qalacaqlar.

(21 aprel 2026)

 Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha