Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə Qum Elm Hövzəsinin Müəllimlər Birliyinin yaydığı bəyanatda rəhbərliyin müdrik göstərişlərini yüksək qiymətləndirərək, xalqın müqaviməti, silahlı qüvvələrin ayıqlığı və diplomatik heyətin fəaliyyətini təqdir edib.
Bəyanatda bildirilir ki, ABŞ və sionist qüvvələrin İrana qarşı hücumlarından 50 gündən artıq vaxt keçməsinə baxmayaraq, xalqın fədakarlığı, rəhbərliyin idarəçiliyi və silahlı qüvvələrin mübarizəsi nəticəsində düşmən aciz vəziyyətə salınıb.
Qeyd olunur ki, bu xalq Ruhullah Xomeyni (r) və Seyid Əli Xamenei məktəbinin yetirməsidir və əldə olunan bu güc onların ideoloji irsinin nəticəsidir.
Bəyanatda vurğulanır ki, Seyid Müctəba Hüseyni Xameneinin rəhbərliyi ilə verilən bəyanatlar və yönləndirmələr xalqı mübarizə yolunda səfərbər edərək milli gücü daha da artırıb.
Cəmiyyət xalqın meydanda fəal iştirakını yüksək qiymətləndirərək bildirir ki, meydanla xalq arasındakı bağ qorunmalı, milli birlik və həmrəylik daha da möhkəmləndirilməlidir.
Bəyanatda həmçinin qeyd olunur ki, diplomatik heyət xalqın dəstəyi ilə ölkənin hüquqlarını qətiyyətlə müdafiə etməli, düşmənin təzyiqləri qarşısında heç bir geri addım atmamalıdır.
Sənəddə ABŞ-ın siyasəti hiyləgər xarakterli qiymətləndirilərək, diplomatiyada ayıqlığın qorunmasının vacibliyi vurğulanır.
Bəyanatın sonunda bildirilir ki, xalq, meydan və diplomatiya arasında mövcud birlik qorunduğu təqdirdə, ölkə ilahi yardım sayəsində yaxın zamanda böyük qələbəyə nail olacaq.
Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi
Rəyiniz