Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, müqəllidlərin Ayətullah Məkarim Şiraziyə ünvanladıqları istifta əsasında, bu il mövcud şərait fonunda Həcc ziyarəti ilə bağlı hökm açıqlanıb.
Bildirilib ki:
1. Bu il Həccə getmək üçün maddi imkanı (istitaəti) yaranmış, lakin mövcud şəraitə görə can təhlükəsi, ciddi təhlükəsizlik riski və ya oxşar səbəblərlə bağlı qorxu yaşayan şəxslər üçün şəri baxımdan Həcc vacibliyi (Həccətül-İslam) sabit hesab olunmur.
2. Əvvəlki illərdə istitaəti yaranmış şəxslər isə hazırda Həcc səfəri ilə bağlı məntiqli qorxu və narahatlıq keçirirlərsə, bu səfəri növbəti ilə təxirə sala bilərlər.
Xəbərin sonu
Rəyiniz