Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, müqəddəs Nəcəf şəhərinin cümə imamı Seyid Sədrəddin Qəbançi, Nəcəf şəhərində yerləşən “Fatimiyyə” hüseyniyyəsində qılınan cümə namazının xütbələrində bildirib ki, Qərb dünyasında, o cümlədən ABŞ və Avropada dini rəhbərliklə siyasi rəhbərlik arasında qarşıdurma güclənməkdədir. Papa XIV Leo Afrika qitəsinə tarixi səfərini davam etdirir və ABŞ siyasətlərini tənqid edir. O deyib: “Dünya yüz milyardlarla dolları müharibələrə xərcləyən bir qrup zülmkarların əli ilə məhvə doğru gedir.” Bu arada ABŞ yepiskopları Katolik Kilsəsinin rəhbərinə dəstək verdiklərini açıqlayıb, ABŞ prezidenti isə açıq şəkildə papanın fikirlərini tənqid edib.
O əlavə edib ki, papa yaxınlarda Kamerunda belə deyib: “Dini və Allahın adını hərbi, siyasi və iqtisadi məqsədlər üçün sui-istifadə edənlərə lənət olsun. Onlar milyardlarla dolların qırğın və dağıntıya sərf edildiyini görməzlikdən gəlirlər, halbuki bu vəsaitlər sağlamlıq və təhsil sahəsinə yönəldilməlidir.”
Müqəddəs Nəcəf şəhərinin cümə imamı vurğulayıb ki, bu fikirlər Qərb dünyasında dərin böhranın mövcudluğunu göstərir və bu proses böyük güclərin zəifləməsinə doğru aparır.
Şəhid Sədr Saninin ildönümündə Bəəs rejiminin cinayətləri xatırlandı
Seyid Sədrəddin Qəbançi çıxışının digər hissəsində bildirib: Şəhid Sədr Saninin şəhadətinin ildönümündə Bəəs rejiminin cinayətlərini xatırlayırıq. Bu münasibətlə Ziqar qüvvələrinin komandanı tərəfindən “təmim” (rəsmi göstəriş) adı ilə Səddamın fədailərinə ünvanlanmış bir məktubu oxuyuram. Məktubda deyilir: 03.10.2001 (1379 şəmsi) tarixində prezidentin şəklini cırdığına görə təqsirli bilinən şəxsin sağ əlinin barmaqlarının kəsilməsi hökmü, Səddam fədailərinə nəzarət edən nümayəndə, Ziqar valisi və partiyanın vilayət üzrə katibinin iştirakı ilə icra edilib. Bu sənəd 01.11.2001 (1379 şəmsi) tarixlidir və Səddam rejiminin cinayətlərindən biri hesab olunur.
O, daxili məsələlərə toxunaraq qiymət artımına diqqət çəkərək bildirib: Bu barədə Həzrət Əli (əleyhis-salam) Malik Əştərə yazdığı məktubda buyurur:
(ثم استوصِ بالتجار وذوی الصناعات...) إلی أن قال: (فامنع من الاحتکار، فإن رسول الله صلی الله علیه وآله منع منه، ولیکن البیع بیعاً سمحاً بموازین عدل وأسعار لا تجحف بالفریقین من البائع والمبتاع". ثم قال علیه السلام: (فمن قارف حِکرة بعد نهیک إیاه فنکّل به، وعاقبه فی غیر إسراف)
“Sonra tacirlər və sənət sahibləri barədə tövsiyəmi qəbul et...” Sonra yene buyurur: “Ehtikardan (ərzaqları yığıb saxlayıb sonra bahalaşanda satmaq) çəkindir, çünki Allahın Rəsulu (s) bunu qadağan etmişdir. Alqı-satqı ədalətli ölçülərlə və elə qiymətlərlə aparılmalıdır ki, nə satıcıya, nə də alıcıya ziyan vurulsun.” Sonra həzrət Əli (ə) buyurur: “Kim sənin qadağana baxmayaraq ehtikar edərsə, onu cəzalandır, lakin israf etmədən.”
Müqəddəs Nəcəf şəhərinin cümə imamı Seyid Sədrəddin Qəbançi çıxışının davamında bildirib: Alimlər vurğulayırlar ki, bazara və alıcıya zərər vuran həddən artıq yüksək qiymətlərlə satış şəri baxımdan problemli sayılır. Bu səbəbdən təhlükəsizlik qurumlarından tələb edirik ki, malları ikiqat qiymətə satan satıcılar təqib olunsun.
Baş nazirin seçilməsinin gecikməsi ilə bağlı siyasi çəkişmələr xalqı narazı salır
O, baş nazirin seçilməsi məsələsinə toxunaraq deyib: Xalq bu vəzifənin təyinində gecikmə ilə bağlı siyasi çəkişmələrdən narazıdır. Xarici qüvvələrin iradəsinin sizin siyasi müstəqilliyinizi əlindən almasına imkan verməyin. İran öz nümayəndəsi vasitəsilə bildirib ki, daxili işlərə müdaxilə etmir və qərar xalqın özünə məxsusdur. Halbuki ABŞ rəsmi şəkildə mesaj göndərərək bir namizədi rədd edib, bir həftə sonra isə başqa bir şəxslə bağlı da eyni mövqeni bildirib. Bu isə İraqın daxili işlərinə açıq müdaxilə və seçilmiş baş nazirin iradəsinə təsir göstərmək məqsədilə təzyiq formasıdır ki, biz bunu qətiyyətlə rədd edirik.
Dini xütbə
Müqəddəs Nəcəf şəhərinin cümə imamı dini xütbədə, təqvaya tövsiyədən sonra, zilqədə ayının 1-də həzrət Məsumənin (s.ə) mövludunu xatırladaraq İmam Məhəmməd Təqi Cavaddan (ə) belə bir hədis nəql edib:
(من زار فاطمة عارفاً بحقها وجبت له الجنة)
“Kim Məsuməni onun haqqını tanıyaraq ziyarət edərsə, behişt ona vacib olar.”
O əlavə edib ki, bu məzmunda bir hədis də İmam Cəfər Sadiqdən (ə) nəql olunub.
Qumda dəfn olunacaq Fatimə haqqında:
(من زارها عارفاً بحقها وجبت له الجنة)
“Kim onu haqqını tanıyaraq ziyarət edərsə, behişt ona vacib olar.”
Seyid Sədrəddin Qəbançi həmçinin zilqədə ayının 11-də İmam Rzanın (ə) mövluduna işarə edərək o həzrətdən belə bir hədis xatırladıb:
(من زارنی علی بُعد داری أتیته یوم القیامة فی ثلاثة مواطن حتی أخلصه من أهوالها: إذا تطایرت الکتب یمیناً وشمالاً، وعند الصراط، وعند المیزان)
“Hər kim məni uzaq diyarda ziyarət edərsə, Qiyamət günü üç yerdə onun köməyinə çataram və onu həmin məqamların qorxu və çətinliklərindən xilas edərəm: Əməl dəftərləri sağdan və soldan paylandığı zaman, sirat körpüsündən keçərkən və əməl tərəzisi qurulduğu vaxt.”
Bu rəvayət Şeyx Səduq tərəfindən “Uyunu əxbarir-Rza” kitabında nəql olunub.
O, xütbənin digər hissəsində Həcc ziyarətinə yola düşən zəvvarlara işarə edərək bildirib: Bu səfər ruhla bədənin vəhdətinin təcəssümüdür. Qurani-Kərimin buyurduğu kimi:
«وَ لِلّهِ عَلَی النّاسِ حِجُّ الْبَیْتِ».
“İnsanların üzərinə Allah üçün Beytül-həcc vacibdir.”
Müqəddəs Nəcəf şəhərinin cümə imamı qeyd edib ki, insanın qəlbi Allaha bağlı olmalı, bədəni isə onun bəndəliyinə xidmət etməlidir. Bu baxımdan Məhəmməd Peyğəmbər (s) belə buyurub:
(سجَدَ لک سوادی و خیالی، و آمن بک فؤادی، هذه یدایی و ما جَنَیتُ علی نفسی)
“Mənim bütün varlığım və xəyalım Sənə səcdə edir, qəlbim Sənə iman gətirib; bu mənim əllərimdir və özümə qarşı etdiklərim.”

Müqəddəs Nəcəf şəhərinin cümə imamı Seyid Sədrəddin Qəbançi
Rəyiniz