Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Almaniyanın kansleri Fridrix Merts Vaşinqtona sərt tənqidlər yönəldərək xəbərdarlıq edib ki, ABŞ hökuməti səriştəsiz şəxslər tərəfindən idarə olunur, Tehran tərəfindən “təhqir olunub” və hazırda münaqişələrini bitirmək üçün aydın strategiyaya malik deyil.
Merts Qərbi Almaniyada doğma bölgəsində yerləşən bir məktəbə səfəri zamanı bildirib ki, ABŞ İran sistemini yanlış qiymətləndirib və münaqişəyə çıxış planı olmadan daxil olub.
O əlavə edib ki, iranlılar gözləniləndən daha güclüdür və amerikalıların danışıqlarda inandırıcı strategiyası yoxdur.
Alman Xəbər Agentliyinin onun sözlərinə istinadən verdiyi məlumata görə: Bütün Amerika İran rəhbərliyi tərəfindən təhqir olunub.
Merts müharibənin, xüsusilə İranla mümkün qarşıdurmanın iqtisadi nəticələri barədə dəfələrlə xəbərdarlıq edib və bazar ertəsi yenidən vurğulayıb ki, “bu müharibə bizim üçün böyük xərclər doğurur”.
Mənbə: POLITICO
Rəyiniz