çərşənbə 10 iyun 2026 - 15:26
Məhdəviyyət mövzuları (47) | İmam Zamanın (ə.f) zühurunu gözləyənlərin ümumi vəzifə və məsuliyyətləri

Hövzə/ İmam Zamanın (ə.f) zühurunu gözləyənlərin vəzifə və məsuliyyətləri yalnız qeyb dövrünə məxsus deyil. Ola bilsin ki, onların qeyb dövrünə aid vəzifələri sırasında qeyd olunması sadəcə bu məsələnin

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə məhdəviyyət mövzuları silsiləsi “İdeal cəmiyyətə doğru” adı ilə, həzrət Sahibəz-Zamanın (ə.f) maarif və təlimlərini yaymaq məqsədilə dəyərli oxuculara təqdim olunur.

İntizar əhlinin vəzifə və məsuliyyətləri barədə çoxlu söhbətlər aparılmışdır. Lakin qısa şəkildə demək olar ki, insanların bu dövrdəki vəzifələri iki qismə bölünür:

Ümumi vəzifələr

Bu vəzifələr Məsumların (ə) buyuruqlarında qeybət dövrünün vəzifələri sırasında qeyd edilmişdir. Lakin onlar yalnız bu dövrə məxsus deyil və bütün zamanlarda yerinə yetirilməsi vacib olan vəzifələrdir. Ola bilsin ki, onların qeybət dövrünün vəzifələri sırasında qeyd olunması, bu məsələnin əhəmiyyətini daha çox vurğulamaq məqsədi daşıyır.

Bu vəzifələrdən bəziləri aşağıdakılardır:

1. Hər dövrün imamını tanımaq

İslam təlimlərinə bağlı olanlar üçün hər bir zamanda – xüsusilə də qeybət dövründə – təkid edilən və tövsiyə olunan vəzifələrdən biri həmin zamanın imamını tanımaq və onun barəsində mərifət əldə etməkdir.

İmam Sadiq (ə) buyurur:

>إِعْرِفْ إِمَامَکَ فَإِنَّکَ إِذَا عَرَفْتَ لَمْ یَضُرَّکَ تَقَدَّمَ هَذَا الْأَمْرُ أَوْ تَأَخَّرَ.» 
(əl-Kafi, c. 1, s. 371)

“Öz imamını tanı. Çünki imamını tanıdıqdan sonra bu işin (zühurun) tez və ya gec baş verməsi sənə heç bir zərər verməyəcəkdir.”

Şübhəsiz ki, imamı tanımaq Allah-Təalanı tanımaqdan ayrı bir məsələ deyil. Əksinə, bu, ilahi mərifətin mühüm təzahürlərindən biridir. Necə ki, məşhur “Mərifət duası”nda uca Allaha belə ərz edirik: 

«اللَّهُمَّ عَرِّفْنِی نَفْسَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی نَفْسَکَ لَمْ أَعْرِفْ نَبِیکَ اللَّهُمَّ عَرِّفْنِی رَسُولَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی رَسُولَکَ لَمْ أَعْرِفْ حُجَّتَکَ اللَّهُمَّ عَرِّفْنِی حُجَّتَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی حُجَّتَکَ ضَلَلْتُ عَنْ دِینِی.» (الکافی، ج ۱، ص ۳۴۲)

Ey Allahım! Özünü mənə tanıtdır. Əgər sən özünü mənə tanıtdırmasan, mən Peyğəmbərini tanımaram. Ey Allahım! Peyğəmbərini mənə tanıtdır, əgər sən Peyğəmbərini mənə tanıtdırmasan, mən Sənin Höccətini tanımaram. Ey Allahım! Höccətini mənə tanıtdır. Əgər sən Höccətini mənə tanıtdırmasan, dinimdən azıb yolumu itirərəm.

İmamların (ə) rəvayətlərindən açıq şəkildə anlaşılır ki, bütün fəzilətlər və dəyərlər uca Allaha bəndəlikdə, İmamı (ə) tanımaqda və ona bağlılıqda cəmlənir.

2. Əhli-beytə (ə) məhəbbətdə sabit qalmaq

Hər dövr və zamanda bizim mühüm vəzifələrimizdən biri də Peyğəmbərin (s) Əhli-beytini (ə) sevmək və onlarla Allahın dostları kimi dostluq etməkdir. Sonuncu məsum İmam Zamanın (ə) qeyb dövründə onun gizli həyatı səbəbilə bəzi amillər insanı bu mühüm vəzifədən uzaqlaşdıra bilər. Buna görə də rəvayətlərdə bu nurani şəxslərə olan məhəbbətdə sabit qalmaq tövsiyə olunmuşdur.

Unutmayaq ki, bu məhəbbət uca Allahın göstərişidir. Hələ o həzrətin dünya həyatı başlamazdan öncə pak insanlar ona məhəbbət izhar etmişlər. Peyğəmbəri-Əkrəm (s), ən şərəfli peyğəmbər və Allahın son elçisi, son vəsisi haqqında söz açarkən ən yüksək ehtiram ifadələrindən olan “بِأَبِي وَأُمِّي” (atam anam sənə fəda) sözünü işlətmişdir. Belə ki, buyurur:

«بِأَبِی وَ أُمِّی سَمِیی وَ شَبِیهِی وَ شَبِیهُ مُوسَی بْنِ عِمْرَانَ عَلَیْهِ جُیُوبُ النُّورِ.
(Əl-Kafi s. 156)
Atam-anam ona fəda olsun! O, mənim adımda və mənə bənzəyən, Musa ibn İmranın (ə) bənzəridir ki, onun üzərində nur dolu pərdələr vardır.

Həmçinin Əli ibn Əbi Talib (ə) sonuncu İmamın zamanını müşahidə edərək belə buyurur:

«فَانْظُرُوا أَهْلَ بَیْتِ نَبِیِّکُمْ فَإِنْ لَبِدُوا فَالْبُدُوا، وَ إِنِ اسْتَنْصَرُوکُمْ فَانْصُرُوهُمْ، فَلَیَفْرُجَنَّ اللَّهُ بِرَجُلٍ مِنَّا أَهْلَ الْبَیْتِ، بِأَبِی ابْنُ خِیَرَةِ الْإِمَاءِ.» ( Biharül-ənvar c 34, səh 118)


“Peyğəmbərinizin Əhli-beytinə (ə) nəzər salın. Əgər onlar sakit olub öz evlərində qalsalar, siz də sakit olun və onlardan uzaqlaşın. Əgər sizdən yardım istəsələr, onlara yardım edin. Şübhəsiz ki, Allah biz Əhli-beytdən olan bir kişi vasitəsilə (fitnələri) açıb aradan qaldıracaqdır. Atam-anam ona fəda olsun! O, ən xeyirli kənizlərin oğludur.”
Xəllad ibn Səffar deyir: İmam Cəfər Sadiqdən (ə) soruşuldu:
«لَا وَ لَوْ أَدْرَکْتُهُ لَخَدَمْتُهُ أَیامَ حَیاتِی.» (Biharül-ənvar c 51, səh 148)

 “Qaim (İmam Məhdi) (ə.f) dünyaya gəlmişdirmi?”

İmam (ə) buyurdu: “Bəli, lakin əgər onu dərk etsəydim, bütün həyatım boyunca ona xidmət edərdim.”

Digər bir rəvayətdə İmam Baqir (əleyhissəlam) belə buyurmuşdur:

«أَمَا إِنِّی لَوْ أَدْرَکْتُ ذَلِکَ لَأَبْقَیتُ نَفْسِی لِصَاحِبِ هَذَا الْأَمْرِ.» (Biharül-Ənvar, c. 52, s. 243)

“Şübhəsiz ki, əgər o günü dərk etsəydim, öz canımı bu işin sahibinə (İmam Məhdi əleyhissəlam) həsr edərdim.”

Göstərilən rəvayətlərə əsasən, heç bir şübhə yoxdur ki, Əhli-beytə (ə), xüsusilə Allahın son hüccətinə  məhəbbət bəsləmək qeyb dövründə çox mühüm və dəyərli bir əməldir.


3. Allahdan qorxmaq və təqva sahibi olmaq

Allahdan qorxmaq (təqva) bütün zamanlarda vacibdir. Lakin qeyb dövründə xüsusi şəraitə görə onun əhəmiyyəti daha da artır. Çünki bu dövrdə insanları azdırmaq üçün çoxsaylı amillər birləşərək onları haqq yoldan uzaqlaşdırmağa çalışır.

İmam Sadiq (ə) buyurmuşdur:

«إِنَّ لِصَاحِبِ هَذَا الْأَمْرِ غَیْبَةً فَلْیَتَّقِ اللَّهَ عَبْدٌ وَلْیَتَمَسَّکْ بِدِینِهِ.» (Kəmalud-din, c. 2, s. 343)

“Bu işin sahibinin (İmam Məhdi ə.f) bir qeyb dövrü vardır. Buna görə də Allahın bəndəsi təqvalı olmalı və öz dinindən möhkəm yapışmalıdır.”

4. İmamların (ə) göstərişlərinə tabe olmaq

Bütün imamlar (ə) vahid nur olan bir həqiqətidir. Buna görə də onların göstərişləri də eyni hədəfə yönəlmişdir. Beləliklə, onlardan hər birinə itaət etmək əslində hamısına itaət etmək deməkdir. Birinin zahirdə olmadığı dövrdə digərlərinin buyuruqları hidayət yolunu işıqlandırır.

Yunus ibn Əbdürrəhman deyir ki, Musa ibn Cəfərin (ə) hüzuruna daxil oldum və dedim:

“Ey Peyğəmbərin oğlu! Sən haqq üzrə qaimsənmi?”

O Həzrət (ə) buyurdu:
«أَنَا الْقَائِمُ بِالْحَقِّ وَ لَکِنَّ الْقَائِمَ الَّذِی یُطَهِّرُ الْأَرْضَ مِنْ أَعْدَاءِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ یَمْلَؤُهَا عَدْلًا کَمَا مُلِئَتْ جَوْراً وَ ظُلْماً هُوَ الْخَامِسُ مِنْ وُلْدِی لَهُ غَیْبَةٌ یَطُولُ أَمَدُهَا خَوْفاً عَلَی نَفْسِهِ یَرْتَدُّ فِیهَا أَقْوَامٌ وَ یَثْبُتُ فِیهَا آخَرُونَ ثُمَّ قَالَ ع طُوبَی لِشِیعَتِنَا الْمُتَمَسِّکِینَ بِحَبْلِنَا فِی غَیْبَةِ قَائِمِنَا الثَّابِتِینَ عَلَی مُوَالاتِنَا وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِنَا أُولَئِکَ مِنَّا وَ نَحْنُ مِنْهُمْ قَدْ رَضُوا بِنَا أَئِمَّةً وَ رَضِینَا بِهِمْ شِیعَةً فَطُوبَی لَهُمْ ثُمَّ طُوبَی لَهُمْ وَ هُمْ وَ اللَّهِ مَعَنَا فِی دَرَجَاتِنَا یَوْمَ الْقِیَامَةِ.» (Kəmalud-din və Təmamun-nimə c 1, s 361)

“Bəli, mən haqq üzrə qaiməm. Lakin o Qaim ki, Allahın düşmənlərindən yer üzünü pak edəcək, onu ədalətlə dolduracaq – necə ki, zülm və haqsızlıqla dolmuşdur – o mənim övladlarımdan beşincidir. Onun uzun bir qeyb dövrü olacaqdır; canı üçün qorxduğuna görə gizlənəcəkdir. O dövrdə bir qrup insanlar dindən dönəcək, bir qrup isə sabit qalacaqdır...”

Sonra İmam (ə) buyurdu:

“Bizim vilayətimizdən yapışan, Qaimimizin qeyb dövründə bizə məhəbbətdə sabit qalan və düşmənlərimizdən uzaq duran şiələrimizə müjdə olsun! Onlar bizdəndir, biz də onlardanıq. Onlar bizi imam qəbul etmiş, biz də onları şiə qəbul etmişik. Xoş onların halına! Allaha and olsun ki, onlar Qiyamət günü bizimlə eyni dərəcədə olacaqlar.”


Bu mövzuların ardı var..

Mənbə: "Dərsnameye məhdəviyyət" kitabı, müəyyən dəyişikliklərlə

Kitabın müəllifi: Xudamurad Səlimiyan

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha