Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Nuri Həmədani Qum Tibb Elmləri Universitetinin rektoru Əli Ebraze ilə görüşdə tibb heyətinin dəyərli zəhmətlərinə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu gün xalqa xidmət ən böyük ibadətlərdən biridir və xoşbəxtlikdən siz bu mühüm sahədə uğurla fəaliyyət göstərirsiniz.
O, həkimlik peşəsinin əhəmiyyətinə toxunaraq əlavə edib ki, sizin işiniz son dərəcə müqəddəsdir və xüsusilə bu günlərdə böyük zəhmətlər çəkmisiniz. Biz ölkə üzrə bütün tibb işçilərinə öz dərin minnətdarlığımızı bildiririk.
Xəbərin sonu
Rəyiniz