şənbə 2 may 2026 - 16:33

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun məlumatına görə, 1 may 2026-cı il tarixində Elmi hövzələrin Rabitə və Beynəlxalq Əlaqələr üzrə müavini nəzdində Dinlər və Məzhəblər İdarəsinin təşəbbüsü, eləcədə İmam Xomeyni Tədris və Tədqiqat İnstitutu, Camiətüz-Zəhra (s.ə) və İran İslam Respublikasının Vatikan­dakı səfirliyinin əməkdaşlığı ilə “Sivilizasiyalar arasında körpü, sülhün yaradılması” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Höccətül-İslam vəl-müslimin Əli Misbah Yəzdi, hövzə və universitet alimi olaraq “Dini liderlərin və mütəfəkkirlərin qlobal ədalətin bərqərar olunmasındakı rolu” mövzusunda çıxış edib.

O, “qlobal ədalətin dinlə əlaqəsi nədir?” sualını irəli sürərək vurğulayıb ki, dini yalnız fərdi məsələ kimi qəbul edən sekulyar yanaşmadan fərqli olaraq, İslam təlimlərində din iki dünya üçün xoşbəxt həyat proqramını ehtiva edən etiqadi, dəyər və davranış sistemidir. Ədalət isə insanın ilahi yaxınlıq yolunda hüquq və vəzifələri arasında tarazlıq kimi dəyərləndirilir.

İmam Xomeyni Tədris və Tədqiqat İnstitutunun elmi heyət üzvü milli və beynəlxalq səviyyədə ədalət anlayışına toxunaraq bildirib ki, “qlobal kənd” dövründə bir cəmiyyətdə ədalətin təmin olunması, qlobal səviyyədə ədalətin düzgün tərif və tətbiqindən asılıdır.

Hövzə və universitet aliminin baxışında dini lider və mütəfəkkirlərin qlobal ədalətin bərqərar olunmasındakı rolu

O bildirib ki, ictimai həyatın məqsədi insanların bir-birinin maddi və mənəvi imkanlarından istifadə edərək kamillik yolunu qət etməsidir. Sosial ədalət isə ən mühüm ictimai amillərdən biri kimi, insanların hüquq və vəzifələrinin aydın şəkildə izahını tələb edir.

Höccətül-İslam vəl-müslimin Misbah Yəzdi vurğulayıb ki, dini liderlər ədalət anlayışı ilə bağlı hamı üçün anlaşılan rasional əsaslara söykənən ortaq bir baxışı təşviq etməlidirlər.

Hövzə və universitet müəllimi çıxışının davamında qlobal ədalətin təminində dini lider və mütəfəkkirlərin praktik vəzifələrinə toxunaraq bildirib ki, materializmə qarşı mənəviyyatın və əxlaqi məsuliyyət hissinin gücləndirilməsi, fərdiyyətçilik və özünəməxsusluq yerinə qlobal düşüncənin təşviqi, həmçinin ali dəyərlər uğrunda fədakarlığa hazır olmaq bu vəzifələr sırasındadır.

O, həmçinin hegemon və təkəbbürlü güclərin zülm və zorakılığına qarşı mübarizənin vacibliyini vurğulayaraq qeyd edib ki, həqiqi dini dəyərlərə sadiq olan dini idarəçilik, saxta şüarlar səsləndirən və özünü dindar kimi təqdim edən dairələrə, o cümlədən neokonservativlərə, Donald Trampa və Benyamin Netanyahuya qarşı alternativ olaraq qlobal ədalətin bərqərar olmasına zəmin yarada bilər.

Misbah Yəzdi çıxışının sonunda dini liderlərin siyasətlərin müəyyənləşdirilməsi, planlaşdırma və ictimai proseslərin həqiqi dini dəyərlər əsasında istiqamətləndirilməsində, eləcə də qlobal ədalətin təmin olunması üçün həm daxili, həm də beynəlxalq şəraitin formalaşdırılmasında mühüm rol oynadıqlarını bildirib.

O əlavə edib ki, dini dəyərlər, insan ləyaqəti və sonsuz səadət prinsiplərinə əsaslanan müqəddəs qlobal birlik ideyası, Qərb mərkəzli imperializm və avrosentrizmə qarşı dayanmalı, eyni zamanda sosial problemlər qarşısında məsuliyyət hissi və ədalətsizliyə qarşı susmayan fəal mövqe bu məsuliyyətin əsas istiqamətlərini təşkil edir.

Hövzə və universitet aliminin baxışında dini lider və mütəfəkkirlərin qlobal ədalətin bərqərar olunmasındakı rolu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha