şənbə 2 may 2026 - 16:34
Oğlum Seyid Müctəbanın Pəhləvi rejimi dövründə həbsdə olduğum zaman mənim azad olunmağım üçün Həzrət İmam Rzaya (ə) təvəssül etməsi

Məsum bir uşaq həzrət İmam Rzanın (ə) müqəddəs hərəminə gedərək, atasının azad olunması üçün elə dərin yanğı və göz yaşları ilə dua edir ki, nənəsi etdiyi işdən peşman olur və böyük peşmanlıq hissi keçirir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, burada şəhid Ayətullah Seyid Əli Xameneinin həyatından bəzi xatirələr onun öz dilindən nəql olunur.

Həyat yoldaşım mənə danışdı ki, anası kiçik yaşlarında olan saf,  məsum, ruhən təmiz, sevgi və mərhəmətlə dolu və həmçinin bəzi ibadətlərə bağlı olan oğlumuz Müctəbanı həzrət İmam Rzanın (ə) müqəddəs hərəminə aparar və ona deyərdi: “İmam Rza vasitəsilə uca Allaha təvəssül et və Allahdan atanın həbsdən azad olunmasını istə.”

Uşaq məsum şəkildə İmam Rzaya (ə) üz tutur və ona təvəssül edirdi.

Bir gecə yenə Müctəba nənəsi ilə birlikdə İmam Rzanın (ə) müqəddəs hərəminə gedir və eyni səhnə təkrarlanır.

Lakin bu dəfə Müctəbanın halında dərin təsir və həyəcan əlamətləri görünürdü.

O, qəmgin göz yaşları sel kimi axaraq, uşaq yaşına sığmayan bir kədər ilə İmam Rza (ə) ilə danışırdı.

Elə güclü təsir bağışlayır ki, nənə etdiyi işdən peşman olur və bundan sonra Müctəbanı bir daha belə hal ilə üz-üzə qoymamağa qərar verir.

İki gün sonra ev telefonuna zəng etdim ki, səsimi eşitsinlər. Bu zaman mən artıq azad olunmuşdum və Tehranda qardaşımın evindən onlarla əlaqə saxlamışdım.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha