bazar 3 may 2026 - 15:13
Ayətullah Ərafinin ABŞ və sionistlərin ədalətsiz müharibəsi günlərində fədakarcasına fəaliyyət göstərən müəllim və ustadlara təşəkkürü

Hövzə / Ən səmimi salamlarımı, təşəkkür və minnətdarlığımı bütün müəllimlər və tərbiyəçilər, xüsusilə də dəyərli ustadlara təqdim edirəm. Həmçinin ABŞ və sionistlərin İran, İslam, İslam İnqilabı, İslam ümməti və müqavimət cəbhəsinə qarşı apardığı ədalətsiz müharibə günlərində haqq ilə batilin qarşıdurmasında cəsarətlə və fədakarlıqla rol oynayan, küçə və meydanlarda, təbliğ və maarifləndirmə səhnələrində xalq, şagirdlər, tələbələr, ruhaniyyət və elmi çevrələrlə birlikdə olan və onlara yol göstərən bütün müəllimlərə təşəkkür edirəm.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi Müəllimlər günü və müəllimlərin dəyərinin xatırlanması həftəsi münasibətilə yayımladığı müraciətdə bütün müəllimləri, ustadları və tərbiyəçiləri təqdir edib. Müraciətin mətni belədir:
بسم الله الرحمن الرحیم

هُوَ الَّذِی بَعَثَ فِی الْأُمِّیِّینَ رَسُولًا مِّنْهُمْ یَتْلُو عَلَیْهِمْ آیَاتِهِ وَیُزَکِّیهِمْ وَیُعَلِّمُهُمُ الْکِتَابَ وَالْحِکْمَةَ

Bağışlayan və mehriban Allahın adı ilə 

“Ümmilərə (yazıb-oxumaq bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (şirkdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər.” (Cümə surəsi 2-ci ayə)

Müəllim və ustad gününü ehtiramla yad edir, uca məqamlı şəhidlərin ruhlarına, xüsusilə şəhid Ayətullah Seyid Əli Xameneiə, həmçinin təhsil, universitet və Elmi hövzələrdə şəhid olmuş müəllim və ustadlara, xüsusilə də şəhid ustad Ayətullah Mürtəza Mütəhhərinin (r) ruhuna Allahdan rəhmət diləyirəm.

Hər gün ustadların nuru ilə hidayət və nicat yolunun işıqlı olduğu bir həqiqətdir. Lakin 2 may ( 12 ordibehişt) şəhid ustad Mütəhhərinin şəhadətinin ildönümü yüksək məqama nail olan fədakar müəllim və tərbiyəçiləri yad etmək, eləcə də bütün elmi, mədəni, hövzə və universitet qurumlarında çalışan əziz ustadlara ehtiram, minnətdarlıq və təşəkkürümüzü yeniləmək üçün xüsusi bir fürsətdir.

İslam və hövzə məntiqində müəllimlik məqamı mənəvi bir məqamdır. Allahın gözəl adlarının təcəllisi, nübüvvət, risalət və imamət nurundan bir şüadır. Müəllim və ustadın ən ali missiyası  tələbə, şagird və gənclərin hərtərəfli və balanslı tərbiyəsi, onların düzgün istiqamətdə hidayətidir.

Bu baxımdan müəllimlik həm elm, həm peşəkarlıq və bacarıq, eyni zamanda iman, sevgi, fədakarlıq və ixlas üzərində qurulan bir məqamdır. Məhz buna görə müəllimin haqqı ən böyük ilahi və insani haqlardan sayılır. Elmi hövzələr ənənəsində ustad yüksək məqam və əbədi dəyərə malikdir. Ustad və şagird əlaqəsi davamlı və möhkəm bir bağdır və həmçinin bu münasibətin özünəməxsus dərin hikmətləri vardır.

Bütün müəllimlərə, ustadlara və tərbiyəçilərə, xüsusilə də böyük ustadlara səmimi salamlarımı, təşəkkür və minnətdarlığımı bildirirəm. Həmçinin haqq ilə batilin qarşıdurması,  ABŞ və sionist müharibəsinin İran, İslam, İslam inqilabı, İslam ümməti və müqavimət cəbhəsinə qarşı yönəldiyi günlərdə cəsarətlə və fədakarlıqla rol oynayan, küçələrdə, meydanlarda, təbliğ və maarifləndirmə səhnələrində xalqla, tələbələrlə, ruhanilərlə birgə olan bütün müəllimlərə təşəkkür edirəm.

Ümid edirəm ki, bu imanlı və inqilabi fəaliyyət və iştirak davamlı olacaq, müxtəlif səviyyələrdə, o cümlədən ibtidai mərhələdən ali dərslərə, ixtisas və həmçinin ictihad səviyyəsinə qədər ustadların tələbələrlə və idarəçilərlə əlaqəsi qorunacaq və bu, tələbələrin elmi və mənəvi inkişafına, hövzənin və xalqın birliyinin möhkəmlənməsinə səbəb olacaqdır.

Uca Allahdan diləyirəm ki, İran xalqı, müqavimət cəbhəsi, İslam ümməti və həzrət İmam Zamanın (ə.f) əsgərləri üçün qələbə və ilahi yardım nəsib etsin, vilayəti-fəqih və mərcəyi-təqlidləri qorusun, İslam və İranın silahlı qüvvələri isə daim qalib və başıuca olsun.

Ayətullah Əlirza Ərafi
Ölkə üzrə Elmi hövzələrin rektoru

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha