Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Əlirza Ərafi Elmi hövzələrin İdarəetmə Mərkəzinin vilayət bölmələrinin rəhbərləri ilə keçirilən onlayn iclasda, hövzənin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə geniş təhlil təqdim edib. O, strateji, idarəetmə, tərbiyə və mədəniyyət istiqamətləri üzrə əsas prioritetləri izah edərək, hövzənin bütün strukturlarının müxtəlif sahələrdə fəal, əlaqəli və məqsədyönlü iştirakını zəruri sayıb.
Bu iclasda əyalət rəhbərləri, hövzə rektorunun bölgələr üzrə müavini və bir sıra məsul şəxslər iştirak ediblər. Ayətullah Ərafi hövzə qurumlarının gecə-gündüz fəaliyyət göstərən kollektivlərinin əməyini yüksək qiymətləndirərək, fəaliyyətlərin davamlılığının qorunmasının, passivlikdən uzaq durmağın və dövrün tələblərinə uyğun səmərəliliyin artırılmasının vacibliyini vurğulayıb.
O, çıxışının əvvəlində müxtəlif qərargahlar, təbliğat müavini və digər bölmələrin fəaliyyətini dəyərləndirərək bildirib ki, həm əvvəlki müharibə dövründə, həm də hazırkı şəraitdə aktiv fəaliyyət göstərən bütün əməkdaşlara təşəkkür edir və Allahdan xalq, ümmət və müqavimət cəbhəsi üçün qələbə diləyir.
Müəllimlər həftəsi – müəllimin rolunun yenidən dəyərləndirilməsi
Ayətullah Ərafi müəllimlər həftəsinə toxunaraq qeyd edib ki, müəllim təhsil sisteminin əsas dayağıdır. Lakin elmi hövzələrdə bu anlayış daha dərin məna daşıyır. Onun sözlərinə görə, müəllim yalnız bilik ötürən deyil, tələbənin yüksək ideallara yönəldilməsi, şəxsiyyətinin formalaşdırılması və onun elm, əxlaq, mənəvi inkişafının rəhbəridir.
O vurğulayıb ki, bu yüksək mövqe və müəllimin çoxşaxəli rolu hövzə sistemində qorunmalı və davam etdirilməlidir. Tarixi hövzə ənənəsində ustad və şagird münasibətləri dərin elmi və mənəvi bağlara əsaslanıb və bu ənənə gələcəkdə də yaşadılmalıdır.
Müəllim, tələbə şəxsiyyətinin əsas memarı
Ayətullah Ərafi əlavə edib ki, ənənəvi hövzə sistemində ustadın bu kompleks rolu "Məniyə əl-Murid" kimi kitablarda geniş şəkildə izah olunub. Bu kimi mənbələrdə ayə və rəvayətlər əsasında müəllimin məqamı peyğəmbərlik və imamət məqamına yaxın bir məsuliyyət kimi təqdim edilir və onun əsas vəzifəsi tələbənin şəxsiyyətini formalaşdırmaqdır.
O, müəllimlər gününü qeyd edərək bütün şəhid müəllimləri yad edib və bu ənənələrin qorunub daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Müəllim və şagird münasibətinin zəifləməsi təhlükəsi
Elmi Hövzələrin rektoru qeyd edib ki, müasir dövrdə dərslərin çoxşaxəliliyi və ixtisaslaşmanın artması səbəbindən bəzi ənənəvi xüsusiyyətlər zəifləyə bilər. Buna görə də bu münasibətlərin qorunması və zəifləməsinin qarşısının alınması hamının vəzifəsidir.
O bildirib ki, məhz bu dərin müəllim və şagird əlaqəsi tarix boyu böyük alimlərin, fəqihlərin, müfəssirlərin və filosofların yetişməsinə səbəb olub. Bu ənənənin unudulmaması və daha da gücləndirilməsi əsas vəzifələrdən biridir.
Müəllimlərin məişət və elmi mövqenin tamamlayıcısı
Ayətullah Ərafi müəllimlərin məişət məsələlərinə diqqətin vacibliyini vurğulayaraq deyib: Biz müəllimlərin məişəti üçün də ciddi səylər göstərməliyik. Bu istiqamətdə müxtəlif işlər və proqramlar həyata keçirilib və gələcəkdə də davam etdiriləcək. Həm müəllimlərin məqamının yüksəldilməsi, həm də onların minimum məişət təminatına diqqət yetirilməsi baxımından bu işlər görülməlidir. Çünki onlar hövzə düşüncəsinin əsas dayaqlarıdır. Təhsil sahəsində və digər bölmələrdə çalışan bütün əməkdaşlar müəllimlik peşəsini istər elmi baxımdan, istər məişət baxımından, istərsə də hövzə məntiqində müəllimlik peşəsinin dirçəldilməsi baxımından prioritet hesab etməlidirlər.
O, bu istiqaməti hövzə məktəb, mərkəz və müəssisələrinin rəhbərləri üçün əsas prioritetlərdən biri kimi dəyərləndirərək vurğulayıb: Elmi qruplar çərçivəsində müəllimlər aparıcı rol oynamalı və tələbələrlə münasibətdə böyük məsuliyyət daşımalıdırlar. Müasir dövrdə bu ənənələrin dirçəldilməsinə əvvəlkindən daha çox ehtiyac var və ümid edirik ki, bütün əməkdaşlar müəllimlik peşəsini bütün istiqamətlərdə mühüm prioritet kimi nəzərə alacaqlar. Bu sahədə Allahdan kömək diləyir, bir daha hamını təbrik edir və təşəkkürümüzü bildiririk.
"Öndə gedən və nümunəvi hövzə” məktubu, strateji və qalıcı sənəd
O, çıxışının davamında İnqilab rəhbərinin “öndə gedən və nümunəvi hövzə” adlı yüksək məzmunlu məktubunun ildönümünü ikinci əsas mövzu kimi qeyd edərək deyib: Qumda keçirilən yüzillik konqresi və hövzənin yenidən dirçəlişi ilə bağlı tədbirlər böyük alimlərin, mərcəyi-təqlidlərin və böyük şəxsiyyətlərin məkub və çıxışları ilə müşayiət olundu və hövzə qurumları ilə Ali Şuranın iştirakı ilə bu, çox dəyərli və tarixdə qalacaq bir hadisəyə çevrildi.
Elmi hövzələrin rektoru əlavə edib: Bu konqresin müxtəlif nəticələri arasında, bəziləri yaxın zamanda yekunlaşıb yayımlanacaq, lakin İnqilab rəhbərinin məktubu xüsusi və üstün mövqeyə malik idi və parlaq bir günəş kimi digər nailiyyətlər arasında seçildi.
Strateji məktub, nailiyyətlər arasında parlayan günəş
Ayətullah Ərafi bildirib: “Öndə gedən və nümunəvi hövzə” məktubu ilə bağlı xüsusi qərargah yaradıldı, vəzifələr bölüşdürüldü və çoxsaylı layihələr hazırlanaraq icraya yönəldildi. Bütün tapşırıqlarda bu məktubun əsas istiqamətləri nəzərə alındı.
Ayətullah Ərafi görülən işlərə görə təşəkkür edərək vurğulayıb: Həm özümə, həm də bütün rəhbərlərə xatırladıram ki, baş verən hadisələr bu strateji istiqamətlərin izlənilməsini zəiflətməməli və ya dalana salmamalıdır. Ümid edirik ki, bu proqramlar və layihələr əsasında “öndə gedən və nümunəvi hövzə” məktubunun həyata keçirilməsi davam edəcək.
Nəfsin tərbiyəsi – hövzə kimliyinin təməli
O, bu məktubun mühüm istiqamətlərindən birinə toxunaraq deyib: Nəfsin tərbiyəsi məsələsi xüsusi əhəmiyyət daşıyır. Hövzədə mənəvi paklıq, təqva və zahidlik möhkəm əsaslara söykənməlidir. Vilayətlər üzrə məsul şəxslər və bütün bölmələr, o cümlədən təzkiyə müavinliyindən başlayaraq digər sahələrə qədər bu mənəvi dəyərləri və əxlaqi tərbiyəni prioritet hesab etməlidirlər.
Cihad ruhiyyəsi və fəal iştirak
O, İnqilabın Ali Məqamlı Rəhbərinin məktubunda qeyd olunan digər əsas məqam kimi cihad ruhunu, o cümlədən inqilabçı, meydanda olan, mübariz və cəsarətli yanaşmanı vurğulayaraq deyib: Bu ruh ölkənin bütün fəaliyyət sahələrində öz əksini tapmalıdır. Biz bu günlərdə gənc tələbələrin, alimlərin və müəllimlərin meydandakı fəallığının parlaq nümunələrini görürük.
Elmi hövzələrin rektoru qeyd edib: Biz hələ də böyük bir sivilizasiya mübarizəsinin içindəyik və tariximizin həlledici mərhələsində dayanmışıq. Süstlük və laqeydliyə yol vermək olmaz. Meydanda, cəmiyyətdə, diplomatiyada, xidmət sahəsində, hövzə və universitet mühitində, xüsusilə də ruhanilər arasında heç bir zəiflik olmamalıdır. Hamımız hiss etməliyik ki, böyük bir tarixi qarşıdurmanın və dönüş nöqtəsinin içindəyik.
Qərargahların və sahə strukturlarının fəallığı zəruridir
Ayətullah Ərafi çıxışının davamında qeyd edərək bildirib ki, rəhbərliyin tövsiyələri, böyük alimlərin istiqamətləndirmələri və bu gün bizdən gözlənilən məsuliyyət meydanda olmaq, öncüllük etmək və hərəkəti davam etdirməkdir. Hövzə, birincisi, cəmiyyətin ehtiyacları üçün kadr yetişdirməli, ikincisi, zəruri elmi və məntiqi məzmun yaratmalı, üçüncüsü isə meydanda təbliğ edən, izah edən və bayraqdar rolunu oynayan qurum olmalıdır. Bu gün məhz bu öncüllük əsas prioritet olmalıdır.
O əlavə edib ki, elmi potensialın gücləndirilməsi və yeni düşüncə formalaşdırılmasının davamı vacibdir, lakin əsas meyar yenə də məscidin, “Bəsic” bazalarının, meydanların ehtiyaclarının qarşılanmasıdır. Bu, birinci prioritetdir. “Bəlağ Mubin” qərargahı və onun komitələri aktiv qalmalı, bu qərargahın fəaliyyəti hər məktəbdə, şəhərdə və vilayətlərdə davam etməlidir.
Bu meydanda müəllimlərin, tədqiqatçıların və tələbələrin vəzifələri müəyyənləşdirilməlidir
O vurğulayıb ki, mövcud şəraitə uyğun olaraq müəllimlər, tədqiqatçılar, təbliğatçılar və tələbələrin vəzifələri dəqiq müəyyən edilməlidir. Hər birinin vaxt bölgüsü və məsuliyyətləri aydın şəkildə təyin olunmalı və bundan əlavə, son iki ayda olduğu kimi, cihad ruhiyyəsi ilə meydanda aktiv iştirak etməlidirlər. Bu, hamıdan gözlənilən əsas məsələdir.
Elmi Hövzələrin rektoru bildirdi ki, silahlı qüvvələrə dəstək vermək, qəti və cəsarətli diplomatiyanı müdafiə etmək və xalqı bu böyük mübarizədə ruhlandırmaq bizim borcumuzdur.
O, müxtəlif ssenarilərin nəzərdən keçirildiyini qeyd edərək əlavə etdi ki, bütün ehtimallara hazır olmaq lazımdır. Hazırda tarixi və həlledici bir mərhələdəyik və geri çəkilmək bir əsr geriyə düşmək deməkdir.
Ayətullah Ərafi xatırladıb ki, bir zamanlar rəhbərlə görüşdə qeyd olunmuşdu ki, İkinci Dünya Müharibəsi dövründə İslam dünyası səhnədə yox idi və bu yoxluğun nəticələrini bir əsrdir yaşayırıq. Bu gün isə həmin tarixi an yetişib və xalq bu böyük oyanışın önündə gedir. Biz xalqla birlikdə, onun yanında, ona dəstək olan və şəhidlərin ideallarını davam etdirən qüvvə olmalıyıq.
Hövzənin inzibati sisteminin səmərələşdirilməsi
O, çıxışının başqa bir hissəsində vurğulayıb ki, təhsil, tədqiqat, tələbə işləri və digər sahələrdə inzibati sistem mövcud şəraitə uyğun olaraq daha fəal, çevik və problemləri həll edən olmalıdır. Lazımi tədbirlər görülməlidir ki, ustad və tələbələr bürokratik çətinliklərlə üzləşməsinlər.
Elmi Hövzələrin rektoru bütün məsul şəxslərə müraciət edərək vurğulayıb ki, xidmətlərin sadələşdirilməsi və sürətləndirilməsi bu günün tələbinə uyğun şəkildə həyata keçirilməlidir. Bütün bölmələr fəaliyyətlərini yeni şəraitə uyğun planlaşdırmalı, dəqiq koordinasiya və davamlı əlaqə təmin etməlidirlər ki, heç kəs xidmət prosesində əskiklik hiss etməsin. Biz passiv olmamalı, əksinə fəal şəkildə problemləri həll etməliyik.
Tələbə seçimi və qəbulu, ümumi vəzifə
O, tələbə qəbulu və seçimi məsələsini də mühüm mövzulardan biri kimi qeyd edərək dedi ki, mövcud şəraitdən istifadə edib bu sahədə əvvəlki illərdən daha yaxşı nəticələr əldə etmək lazımdır. Son illərdə bu istiqamətdə irəliləyiş əldə olunsa da, bu proses daha da gücləndirilməli və geri dönüşə yol verilməməlidir.
Ayətullah Ərafi vurğulayıb ki, hər bir tələbə, ustad, əməkdaş və rəhbər özünü bu prosesdə bir “əsgər” kimi görməlidir. Şüarımız budur ki, hamımız bir əsgərik. Necə ki, dövlət və inqilab üçün çalışırıq, eyni ruhla keyfiyyətli və layiqli kadrların cəlbi və seçimi üçün də çalışmalıyıq.
Transformasiya layihələri tələbə qəbulunun keyfiyyət və kəmiyyətindən asılıdır
Ayətullah Ərafi vurğulayıb ki, hövzədə həyata keçirilən çoxsaylı yeni və islahat xarakterli layihələr, o cümlədən “köklü və zəncirvari struktur”, “öndə gedən və nümunəvi hövzə” konsepsiyası və həmçinin cəmiyyətin geniş ehtiyacları yüksək səviyyəli alimlərin yetişdirilməsini tələb edir. Bu layihələrin hamısı birbaşa olaraq tələbə qəbulunun həm kəmiyyət, xüsusilə də keyfiyyət baxımından artırılmasından asılıdır ki, gələcəkdə boşluqlar yaranmasın.
Elmi hövzələrin rektoru əlavə edərək bildirib ki, ruhanilərin funksiyalarını, bu struktur layihələri və cəmiyyətin geniş ehtiyaclarını nəzərə aldıqda, mövcud imkanlar gələcək tələbatı tam qarşılamadığı aydın olur.
O qeyd edib ki, məscidlər, “Bəsic” bazaları, küçə və meydan fəaliyyətləri, hövzə qurumları, müəllimlər, tələbələr və həmçinin mədəni fəalların hamısından istifadə olunmalı və tələbə qəbulunun keyfiyyət və kəmiyyət baxımından yüksəldilməsi üçün səfərbərlik yaradılmalıdır.
İkinci transformasiya proqramı, idarəetmədə yeni mərhələ
Ayətullah Ərafi “ikinci proqram”ın hazırlanmasına da toxunaraq bildirib ki, bu proqram artıq yekunlaşma mərhələsindədir. O qeyd edib ki, son günlərdə şəxsən təxminən 20 saat bu proqramın tamamlanması, düzəlişi və təkmilləşdirilməsi üçün vaxt sərf edib və hazırda əməkdaşlar onun üzərində işi davam etdirirlər.
O, müavinlər və direktorlardan bu istiqamətdə fəal əməkdaşlıq tələb edərək vurğulayıb ki, planlaşdırma ofisi proqramı mümkün qədər tez yekunlaşdırmalıdır. Həmçinin, bu proqramın vilayət və rayon səviyyəsində tətbiq planları da bu il ərzində sürətlə hazırlanmalı və keyfiyyətli, real və ciddi yanaşma ilə həyata keçirilməlidir.
Elmi hövzələrin rektoru əlavə edib ki, birinci proqram daha çox sınaq xarakteri daşıyırdı və müəyyən uğurlar əldə olunsa da, bununla kifayətlənmək olmaz.
Qərarların icrası, büdcə idarəçiliyi və məişət dəstəyi
O, həmçinin vurğulayıb ki, qəbul olunmuş qərarlar və mövcud proqramlar unudulmamalıdır. Səfərlər zamanı qəbul edilmiş qərarlar və onların icrası davam etdirilməlidir, əlbəttə ki, yeni şərait nəzərə alınmaqla bu iş davam etdirilməlidir.
Ayətullah Ərafi qeyd edib ki, ümumilikdə proqramların icra prosesi dayanmamalıdır və həm səfər qərarları, həm də rəhbərlik tərəfindən verilmiş göstərişlərin əlavələri rəhbərlərin diqqətində qalmalıdır.
O əlavə edərək bildirib ki, bu əlavələrdə yer alan bütün istiqamətlər, istər rəhbərliyin məktubu ilə bağlı olan hissələr, istərsə də digər tövsiyələr hövzə rəhbərləri üçün əsas fəaliyyət istiqamətlərindən biri olaraq gündəmdə saxlanılmalıdır.
Xəbərin sonu
Rəyiniz