bazar ertəsi 4 may 2026 - 15:45
Qurani-Kərimi oxuyaq | Nə üçün bəzi insanlar böhran və çətin anlarda düşmənə təslim olurlar?

Hövzə/ Böhran anlarında insan bütün zahiri vasitələrdən məhrum olduqda qarşısında bir neçə yol qalır: O, ya düşmənə, ya həyatın adi axınına təslim olur, bu da əslində batində düşmənə təslim olmaq deməkdir, ya da intihara əl atır. Amma Allaha bağlı insan üçün başqa bir qapı açılır: Allaha təvəkkül qapısı. Allaha bağlı insan deyir: Bura çıxılmaz görünür, lakin mənim tanıdığım Allah çıxılmaz olan yolu da açandır. Allahın nəzərində çıxılmazlıq yoxdur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həyatın böhran və çıxılmaz anlarında Allahsız insanın qarşısında üç yol olur: Bu düşmənə təslim olmaq, hadisələrə təslim olmaq və ya intihar etmək yoludur. Amma Allaha bağlı insan dördüncü bir qapı açır. Çıxılmazlığı tanımayan və yollar açan Rəbbə təvəkkül qapısını açır.

“Qurani-Kərimi oxuyaq” adlı xüsusi rubrika şəhid Ayətullah Seyid Əli Xameneinin Quran təfsirlərini təqdim edir. Bu buraxılışda “Allahsız insanın çıxılmaz vəziyyətdə gördüyü üç yol” mövzusu araşdırılır və mətn hörmətli oxuculara təqdim olunur.

Görmüsünüzmü bəzi insanlar həyatın çətinliklərində, böhran anlarında, zahiri imkanların tükəndiyi yerlərdə nə edirlər? Eşitmisinizmi?

Onlar bir neçə yoldan birini seçirlər:

Ya düşmənə təslim olurlar və deyirlər: “Mənim əlimdən bir şey gəlmir, nə edim?” bu birinci yoldur.

Ya da həyatın adi axınına təslim olurlar. Görünüşdə düşmən qarşısında diz çökmürlər, amma əslində hərəkəti, mübarizəni dayandırır, adi axının içində itib gedirlər. Belə insan zahirdə düşmənə təslim olmasa da, batində təslim olmuş sayılır. Bu da insanların çoxunun böhranlarda seçdiyi bir vəziyyətdir.

Digər yol isə öz həyatına son qoymaqdır. Elə insanlar olur ki, hakimiyyətə gəldikdə beynəlxalq güclərin təzyiqləri onları bezdirir, ölkənin müxtəlif yerlərindən hər gün problemlər yaranır. Nəhayət, tam aciz qaldıqda, yorulduqda və çıxış yolu görmədikdə öz həyatına son qoyur, intihar edir.

Bunlar Allahsız insanın çıxılmaz vəziyyətdə qarşısına çıxan yollardır. İnsan çıxış yolunun olmadığı bir yola çatdıqda, sanki yolun sonunda onun qarşısında bir neçə qapı açılır:

– düşmənə təslim olmaq qapısı,
– hadisələrə təslim olmaq qapısı,
– həyatın adi axınına təslim olmaq qapısı,
– intihar edib hər şeydən “qurtulmaq” qapısı.

Amma Allaha bağlı insan üçün başqa bir qapı açılır və o qapı açıldıqda digər qapılar, o cümlədən insan şərəfini məhv edən qapılar onun üzünə bağlanır.

Bu hansı qapıdır?

Bu, Allaha təvəkkül qapısıdır.

O deyir: “Bura çıxılmazdır”. Amma eyni zamanda deyir: “Mənim tanıdığım Allah çıxılmaz olan yolu  da açandır.”

Çıxılmaz yol nədir?

Allahın nəzərində çıxılmazlıq yoxdur. Bütün çıxılmaz yollar Allahın qüdrəti ilə açılır, hər birinin bir yolu vardır.

Mənbə: "Tərhe kulli əndişe İslami" (Quranda İslam düşüncəsinin ümumi planı) kitabından, “İman” fəsli, 2-ci dərs, səh. 54

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha