Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafi Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasimə məktub ünvanlayıb.
Məktubda deyilir:
بسم الله الرحمن الرحیم
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنتُمُ الْأَعْلَوْنَ إِن کُنتُم مُّؤْمِنِینَ
إِن یَنصُرْکُمُ اللَّهُ فَلَا غَالِبَ لَکُمْ
Bağışlayan və mehriban Allahın adı ilə
“Ali İmran surəsi, 139-cu ayə
Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Bu ayə müsəlmanların Ühüd döyüşündəki məğlubiyyətlərindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə çoxlu zəfərlər əldə edə biləcəklərini bildirir.)”
“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz.” (Ali İmran surəsi 160-cı ayə)
Livandakı İslam müqavimətinin rəhbəri mübariz alim Şeyx Nəim Qasim (Allah onu qorusun)
Allahın Salam və rəhməti üzərinizə olsun
Sizə döyüş meydanının qəlbindən yazıram. Odların alovlandığı, top səslərinin hər tərəfi bürüdüyü yerdən... Amma bütün bu gurultuların fövqündə bir səs ucalır ki, nə ildırım onu susdura bilir, nə də tüstü onu boğa bilir.
وَکَانَ حَقًّا عَلَیْنَا نَصْرُ الْمُؤْمِنِینَ
“Möminlərə yardım etmək bizim borcumuzdur.” (Rum surəsi 47)
İlahi vəd heç vaxt pozulmaz və qələbənin şəfəqi, zülm və təcavüz nə qədər artsa da, bir o qədər yaxınlaşır. Allahın hikmət və dəyişməz ilahi qanunlara söykənən müqavimət cəbhəsi qətiyyət və imanla irəliləyir. Çünki o, heç vaxt məğlub olmayan bir dayağa arxalanır və dostlarını tərk etməyən bir köməkçiyə güvənir.
Bu məqamda, izzət və ləyaqət yolunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik. Onların önündə isə ilhamverici şəhid Ayətullah Seyid Əli Xamenei və həmçinin vətənpərvər şəhid, Seyid Həsən Nəsrullah dayanır. Onun uzaqgörənliyi mücahidlər üçün yol işığı, sözləri müqavimət üçün bələdçi, pak qanı isə ilahi qələbə vədinin gerçəkləşməsinə qədər davam edəcək bir əhdin yenilənməsidir.
Ey şücaətli komandir! Sizin qəhrəman döyüşçüləriniz, imanlı və fədakar övladlarınızın sayəsində utancverici sükut altında qalmış dünya vicdanı oyandı. Onlar şəhid olaraq öz qanları ilə tarixdən silinməyəcək dərslər yazdılar və fədakarlıqları ilə nəsillərin yaddaşında yaşayacaq dastanlar yaratdılar.
Böyük Livan xalqı da öz səbirli kişi, qadın və gəncləri ilə birlikdə dünyaya misilsiz bir dözümlülük nümunəsi təqdim edib. Belə ki, onların xalq müqaviməti izzətin simvoluna və azadlıq axtaran bütün xalqlar üçün ilham mənbəyinə çevrilib. Bu müqavimətin böyüklüyü yalnız silahında deyil, onu qucaqlayan və fədakarlıqların yükünü birlikdə daşıyan böyük bir xalqın iradəsindədir.
Bu gün cənub sadəcə bir torpaq deyil. O, həmçinin şərəfin yaşadığı bir ürəkdir və eyni zamanda yorulmuş bəşəriyyətə ləyaqət və dəyər qazandırır.
O torpaqlar düşmənin daim fəxr etdiyi “Merkava” tanklarının qəbiristanlığına çevrilib, şəhadət məktəbinin övladlarının yazdığı əbədi qəhrəmanlıq səhnələrinə şahidlik edir.
کَم مِّن فِئَةٍ قَلِیلَةٍ غَلَبَتْ فِئَةً کَثِیرَةً بِإِذْنِ اللَّهِ
“Neçə dəfə olub ki, kiçik bir dəstə Allahın izni ilə böyük bir dəstəyə qalib gəlib.”﴾ (Bəqərə, 249)
Siz sarsılmaz iradənin parlaq nümunəsini, hərbi mifləri dağıdan və işğalçının görünən gücünün əslində nə qədər qeyri-sabit olduğunu ortaya qoyan, onun “hörümçək toru” kimi zəif strukturlarını ifşa edən bir xalqın obrazını dünyaya təqdim etdiniz.
Eyni zamanda, müqavimət oxunun birliyi və onun müxtəlif sahələrdəki vəhdəti bu gün möhkəm bir həqiqətə çevrilmişdir. Bu birlik, şüurlu iradəyə və hikmətli rəhbərliyə əsaslanaraq azadlıqsevər bir xalqın ədalət və ləyaqət uğrunda bir məqsəd ətrafında birləşdiyini göstərir. Bu zülmə və təcavüzə qarşı mübarizə və şərəfin müdafiəsi ilə öz əksini tapmışdır.
مِنَ الْمُؤْمِنِینَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَیْهِ
“Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.” (Əhzab, 23)
Müqavimət övladları dünyanın aldadıcı cazibələrindən üz döndərərək imanla dolu qəlblərlə və şəhidliyə hazır canlarla sizin kimi hikmətli və şücaətli rəhbərliy sayəsində fədakarlıq yoluna qədəm qoymuşlar. Onlar həqiqət axtaranların qəlblərini ilahi sevgi ilə açmış, mənəvi boşluq və əxlaq tənəzzülü dövründə susuz ruhları doydurmuşlar.
وَیَوْمَئِذٍ یَفْرَحُ الْمُؤْمِنُونَ * بِنَصْرِ اللَّهِ
“Allahın yardımı ilə! O, istədiyi kimsəyə yardım edər. O, yenilməz qüvvət sahibidir, mərhəmətlidir.” (Rum, 5)
Ən diqqətçəkən məqamlardan biri odur ki, müqavimətin zərbələri düşmənin hədəflərinə dəqiq yönəlmişdir. Bu isə həm gənclərin aydın baxışının, həm də hikmətli və uzaqgörən rəhbərliyin nəticəsidir.
Düşmən daxildəki bəzi zəifliklərdən istifadə edərək fitnə yaratmaq, qarşıdurma salmaq və qüvvələri parçalamaq istəyirdi. Lakin siz bu planları uğursuzluğa düçar etdiniz və onun bütün fitnəkar layihələrini ifşa etdiniz.
Eyni zamanda qeyd edirik ki, İslam dünyasında bir çox dini alimlər, mərcələr və elm ocaqları bu müqavimətin yanında dayanaraq xüsusilə Livan müqavimətinə tam dəstək verdiklərini bəyan etmişlər.
Şübhəsiz ki, Allahın möminlərə vəd etdiyi qələbə bu gün daha aydın görünməkdədir. Haqqın qalib gələcəyi və batilin məhv olacağı ilahi vəd hər an özünü göstərir.
وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ کَانَ زَهُوقًا
De: “Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olmağa məhkumdur!” (İsra, 81)
Bu mübarək və şərəfli müqavimətə görə sizi təbrik edir, tam gücümüzlə dəstəyimizi bildirir və həmçinin uca Allahdan diləyirik ki, sizə daim uğur və sabitlik nəsib etsin. Sizin əllərinizlə tam qələbəni və işğalın sona çatmasını gerçəkləşdirsin. Sizi isə xeyirin qaynağı və şərin qarşısını alan bir vasitə qərar versin.
وَاللَّهُ غَالِبٌ عَلَی أَمْرِهِ وَلَکِنَّ أَکْثَرَ النَّاسِ لَا یَعْلَمُونَ
“Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz.” (Yusuf, 21)
Allahın rəhmət və bərəkəti üzərinizə olsun
Ölkə üzrə elmi hövzələrin rektoru
Ayətullah Əlirza Ərafi
Rəyiniz