cümə axşamı 7 may 2026 - 00:29
Elmi hövzələrdə inkişaf və transformasiya yolu İmam Xomeyninin (r) irsindən, İslam İnqilabının Ali  Məqamlı Rəhbərinin göstərişlərindən və mərcəyi-təqlidlərin tövsiyələrindən bəhrələnməyə bağlıdır

Hövzə/ Elmi Hövzələrin Ali Şurasının katibi vurğulayıb ki, şübhəsiz, elmi hövzələrdə inkişaf, yüksəliş və transformasiya yolu İmam Xomeyninin (r) mirasından, İslam İnqilabının böyük rəhbəri və şəhid rəhbərin (Allah ona rəhmət eləsin), həmçinin Ali Məqamlı Rəhbər Seyid Müctəba Xameneinin (Allah onu qorusun) göstərişlərindən və mərcəyi-təqlidlərin dəyərli tövsiyələrindən istifadə etmədən mümkün deyil.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin Ali Şurasının katibi Höccətül-İslam vəl-Müslimin Şəbzendedarın “İnqilabçı və İntizarda olan hövzə” adlı konfransa mətub ünvanlayıb.

Məktubda deyilir:

“Əlamətdar günlər şəhid rəhbərimizin “Öncül və nümunəvi hövzə” adlı tarixi və dəyərli bəyanatının ildönümünə təsadüf edir. Bu çoxşaxəli və geniş baxışlı bəyanat elmi hövzələrin əsasına yeni həyat bəxş etmişdir.

Şübhəsiz ki, elmi hövzələrdə inkişaf, yüksəliş və transformasiya yolu İslam İnqilabının böyük rəhbəri Ayətullah İmam Xomeyninin (r) irsindən və şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin), həmçinin Ali Məqamlı Rəhbər Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) göstərişlərindən və mərcəyi-təqlidlərin dəyərli tövsiyələrindən bəhrələnmədən mümkün deyil.

Hövzə tələbələrindən, ustadlardan və fəzilət sahiblərindən xahiş edirəm ki, bu bəyanatı diqqətlə oxuyub müzakirə etsinlər, fikir mərkəzləri (debat) yaratsınlar və kollektiv düşüncə əsasında bu bəyanatın düzgün izah, təbliğ və yayılması istiqamətində ciddi fəaliyyət göstərsinlər.

Bu konfransın təşkilatçılarına təşəkkür edir, haqq yolunda şəhid olanların, xüsusilə ruhani şəhidlərin və onların başında duran Ayətullah Seyid Əli Xameneiə Allahdan rəhmət diləyirəm. 
Eyni zamanda bütün iştirakçıları, xüsusilə tələbə və fəzilət sahiblərini ictimai fəaliyyətlərdə fəal iştiraka dəvət edir və Uca Allahdan hamı üçün uğur və müvəffəqiyyət diləyirəm.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha