bazar 10 may 2026 - 12:22
Dünya Ramazan ayında baş vermiş müharibədən sonra yeni bir nizama daxil olub / Düşməni çəkindirmə mərhələsindən müəyyənedici güc mərhələsinə çatmışıq

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari vurğulayıb ki, hövzə hegemonluq sisteminə qarşı mübarizə cəbhəsinin ön xəttidir. Dünya Ramazan ayında baş vermiş müharibədən sonra yeni bir nizama daxil olub və vəziyyət düşməni çəkindirmə mərhələsindən müəyyənedici güc mərhələsinə keçirib.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari Qum şəhərində Şeyx Ənsari Fondunun təşkilatçılığı ilə keçirilən “İran və üçüncü məcburi müharibə, din alimləri və məzhəb rəhbərlərinin baxışı” adlı ikinci izahlı toplantıda çıxış edib. O, “Öncül və nümunəvi hövzə” manifestinin beynəlxalq ölçülərinə toxunaraq bildirib ki, bu sənəd yalnız milli sənəd deyil, tamamilə qlobal, beynəlxalq və sivilizasiya yönümlü bir manifestdir. Onun sözlərinə görə, bu sənəddə beynəlxalq yanaşma ayrıca bir hissə deyil, bütün məzmunu əhatə edən əsas ruhdur.

Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari əlavə edib ki, İslam İnqilabının şəhid rəhbərinin baxışına əsasən hövzənin kimliyini formalaşdıran beş əsas ünsürdən ikisi tamamilə qlobal xarakter daşıyır: biri hövzənin hegemon sistemə qarşı mübarizənin ön xətti olması, digəri isə onun sivilizasiya qurucu qlobal institut olmasıdır. O vurğulayıb ki, bu baxışa görə hövzə sadəcə tədris müəssisəsi deyil, hegemon sistemlə qarşıdurmanın ön xəttidir.

O qeyd edib ki, şəhid rəhbərin düşüncəsində hegemon sistem dörd əsas amildən ibarət bir ideoloji sistemdir: Bu ABŞ-nın regiondan çıxması, İsrail rejiminin sonu, beynəlxalq hegemon sistemin çökməsi və Qərb sivilizasiyasının tənəzzülüdür. Onun sözlərinə görə, Ramazan ayında baş vermiş müharibə bu dörd istiqamətdə strateji dönüş yaradıb.

Keçmiş nizamın dağılması və ABŞ hegemonluğunun zəifləməsi

Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari bildirib ki, Ramazan ayında baş vermiş müharibədən əvvəl və sonrakı dövr arasındakı fərq iki aydan xeyli böyükdür. Onun sözlərinə görə, bu gün BMT və Təhlükəsizlik Şurası kimi beynəlxalq qurumların acizliyi açıq şəkildə sübuta yetirilib.

O əlavə edib ki, dünya tarixi bir keçid mərhələsindədir və ABŞ birbaşa hegemonluqdan tədrici geri çəkilmə və legitimlik böhranı mərhələsinə daxil olub.

Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari həmçinin qeyd edib ki, İsrail rejimi “mütləq üstünlük” iddiasından, eləcədə “Nil və Fərat” şüarından çıxaraq geri dönməz strateji tükənmə və varlıq böhranı mərhələsinə düşüb. Eyni zamanda ABŞ-nin hərbi çəkindiricilik gücünün bu müharibə ilə ciddi şəkildə sarsıldığı vurğulanıb.

Regionda və müqavimət cəbhəsində çəkindiricilikdən müəyyənedici gücə tərəf dönüş. 

Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari bildirib ki, Fars körfəzi regionu ABŞ-yə tam asılılıq mərhələsindən çıxaraq yeni balans mərhələsinə keçib. Onun sözlərinə görə, ən mühüm nəticə müqavimət cəbhəsinin “çəkindiricilik” mərhələsindən “müəyyənedici güc” mərhələsinə yüksəlməsidir.

O əlavə edib ki, müqavimət cəbhəsində əməliyyat birliyi güclənib, müharibə müdafiə xarakterindən çıxaraq çoxölçülü (hərbi, iqtisadi, informasiya və media) hücum formasına keçib və müqavimət diskursu qlobal miqyasda nümunəvi bir modelə çevrilib.

Vəhhabilik və sionist xristianlığın teoloji böhranı, ən böyük əqidə böhranı

Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari Ramazan ayında baş vermiş müharibnin ideoloji və əqidəvi nəticələrinə toxunaraq bildirib ki, bu müharibə ən böyük təsiri vəhhabi cərəyanının düşüncə sisteminə göstərib.

O qeyd edib ki, vəhhabi mənbələrində dəfələrlə yazılırdı ki, şiələr heç vaxt yəhudilərlə genişmiqyaslı müharibəyə daxil olmaz. Lakin Ramazan ayında baş vermiş müharibə və müqavimət cəbhəsinin cavabı bu iddianı tamamilə pozdu. Onun sözlərinə görə, bu gün bir çox sünni alim açıq şəkildə “biz uzun illər səhv düşünmüşük” etirafını edir.

Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari həmçinin sionist xristian (evangelist) qruplara toxunaraq bildirib ki, onların inancına görə İsa Məsihin zühuru üçün Qüdsdə güclü yəhudi dövləti olmalıdır. Lakin bu gün həmin qruplar İsrail rejiminin zəifləməsini və tənəzzülünü müşahidə edir ki, bu da onların etiqad sistemində ciddi sarsıntı yaradıb.

İran və Pakistan münasibətlərində böyük dönüş, sərhəd təhlükələrinin neytrallaşdırılması

Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari bildirib ki, bu müharibə zamanı İran regional vasitəçilik balansını dəyişərək Pakistanı da prosesə daxil edib. Onun sözlərinə görə, bu addım regional münasibətlərdə ciddi dönüş yaradıb və sərhəd bölgələrində separatçı qrupların yaratdığı təhlükələr neytrallaşdırılıb.

Sivilizasiya yönlü diskurs və hövzənin üç strateji səviyyəsi

Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari vurğulayıb ki, hər bir tələbə öz qlobal auditoriyasını tanımalıdır. Onun fikrincə, sivilizasiya mübarizəsinə daxil olmaq üç əsas səviyyədə dəyişiklik tələb edir:

Diskurs səviyyəsi (sivilizasiya və ümmət qurucu düşüncənin formalaşması)

Təşkilati səviyyə (hövzənin sənəd və proqramlarında dəyişiklik)

Meydan səviyyəsi (beynəlxalq fəaliyyətlər)


O əlavə edib ki, düşüncə, fikir və əməl sivilizasiya səviyyəsində olmasa, yeni dünya ilə qarşılaşmaq mümkün olmayacaq.

Nəticə və izahlı toplantının məqsədi

Toplantıda həmçinin Höccətül-İslam vəl-müslimin Bəhari Qaraməliki çıxış edərək bildirib ki, Şeyx Ənsari fondunun təşkil etdiyi silsilə görüşlər sosial sahələrdə aktiv tələbələr üçün nəzərdə tutulub.

O qeyd edib ki, bir çox tələbə “Cihade Tebyin” (maarifləndirmə mübarizəsi) sahəsində Ramazan ayında baş vermiş müharibə kimi hadisələr barədə yetərli məlumata malik deyil. Bu görüşlər həmin boşluğu doldurmaq və tələbələri beynəlxalq məsələlərdə daha hazırlıqlı etmək məqsədi daşıyır.

Dünya Ramazan ayında baş vermiş müharibədən sonra yeni bir nizama daxil olub / Düşməni çəkindirmə mərhələsindən müəyyənedici güc mərhələsinə çatmışıq

Dünya Ramazan ayında baş vermiş müharibədən sonra yeni bir nizama daxil olub / Düşməni çəkindirmə mərhələsindən müəyyənedici güc mərhələsinə çatmışıq

Dünya Ramazan ayında baş vermiş müharibədən sonra yeni bir nizama daxil olub / Düşməni çəkindirmə mərhələsindən müəyyənedici güc mərhələsinə çatmışıq

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha