bazar 10 may 2026 - 15:34
Qurani-Kərim ayələrinə əsasən peyğəmbərlərin yaşadığı duyğularına qısa bir işarə

Hövzə | Müəllifin sözlərinə əsasən peyğəmbərlər Allaha yaxınlığın ən uca məqamına sahib olsalar da insan hisslərinin tam spektrinə malik olmuşlar. Yaqub peyğəmbərin öz oğlu Yusifdən ayrılığına görə yaşadığı kədər, Musa peyğəmbərin Bəni-İsrailin xilasından sonra sevinci, zülmə qarşı qəzəb, məsuliyyətin icrasında nöqsana yol vermək qorxusu, ən çətin anlarda Allahın rəhmətinə ümid və bəndələrə qarşı mərhəmət və şəfqət hissi bunun bariz nümunələrindəndir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam Məhəmmədhüseyn Rəvati tərəfindən qələmə alınaraq Xoy nəşriyyatında çap olunan “Quranda Peyğəmbərlərin hissləri” (ehsasate ənbiya dər Quran) adlı kitab üç cilddə nəşr edilib.

Bu əsər ənənəvi olaraq möcüzə mərkəzli yanaşmadan fərqli şəkildə Qurani-Kərim ayələrinə əsaslanaraq peyğəmbərlərin duyğularının və daxili halların yenidən oxunuşunu qarşıya məqsəd qoyur.

Birinci cild kədər və hüzn, sevinc və fərəh, həmçinin həqiqətin yenidən dərk olunması fəsillərini əhatə edir.

İkinci cild arxayınlıq, qəzəb, qorxu və iztirab mövzularına həsr olunub.

Üçüncü cild isə ümid və təvəkkül, sevgi və məhəbbət, həmrəylik və şəfqət, eləcə də xüsusi və müxtəlif mövzuları əhatə edir.

Bu əsərdə peyğəmbərlərin hissləri zəiflik kimi deyil, ilahi nümunəvi modelin bir tərkib hissəsi kimi təhlil edilir.

Müəllif bu cildlərdə göstərir ki, peyğəmbərlər Allaha yaxınlığın ən uca məqamına sahib olsalar da insan hisslərinin tam spektrinə malik olmuşlar. Yaqub peyğəmbərin öz oğlu Yusifdən ayrılığına görə yaşadığı kədər, Musa peyğəmbərin Bəni-İsrailin xilasından sonra sevinci, zülmə qarşı qəzəb, məsuliyyətin icrasında nöqsana yol vermək qorxusu, ən çətin anlarda Allahın rəhmətinə ümid və bəndələrə qarşı mərhəmət və şəfqət hissi bunun bariz nümunələrindəndir.

Bu əsəri fərqləndirən əsas cəhət Qurani-Kərim və təfsir mənbələrinə ciddi istinad olunması, Qərb psixoloji nəzəriyyələrinin tətbiqindən uzaq durulması və bunun əvəzində vəhy mətninə əsaslanan emosional modellərin təqdim edilməsidir. Hər fəsil bir Quran ayəsi və ya hekayə ilə başlayır, daha sonra müəllif etibarlı təfsir və rəvayət mənbələrinə istinad edərək həmin hissin peyğəmbər hekayəsi daxilindəki dərin qatlarını təhlil edir.

Üçüncü cild təkcə ümid, məhəbbət və şəfqət mövzuları ilə məhdudlaşmır, eyni zamanda peyğəmbərlərin hisslərinin adi övliyalarla fərqi, emosiyaların ismətlə əlaqəsi və bu təlimlərin müasir həyatda tətbiqi kimi interdisiplinar mövzuları da əhatə edir. Beləliklə, “Quranda Peyğəmbərlərin hissləri” (Ehsasate ənbiya dər Quran) kitabı təkcə nəzəri bir əsər deyil, həm də öz emosional həyatını ilahi model əsasında formalaşdırmaq istəyənlər üçün praktik bir bələdçi xarakteri daşıyır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha