cümə 15 may 2026 - 14:51
Meydan toplantıları xalqın mənəviyyatının gücləndirilməsi və Elmi hövzələrə yeni qüvvələrin cəlbi üçün ən böyük fürsətdir

Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi xalqın və xüsusilə də qeyrətli gənclərin meydan və ictimai səhnələrdə iştirakının davam etdirilməsi, genişləndirilməsi və daha da dərinləşdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu fürsətdən xalqın mənəviyyatının gücləndirilməsi, dini dəyərlərin möhkəmləndirilməsi, milli həmrəylik və ictimai birliyin daha da qüvvətlənməsi istiqamətində istifadə olunmalıdır.

Hövzə  Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi yeni bəyanat  yayımlayıb. Bəyanatın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və Mehriban Allahın adı ilə

Möhtərəm alimlər, əyalət və bölgələrin rəhbərlərinə, “Bəlağe Mübin” qərargahının üzvləri, hövzə idarələrinin məsulları, eləcə də Qum və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən Elmi hövzə və  müəssisələrin dəyərli rəhbərlərinə salam və ehtiramımı çatdırır, uca Allahdan hər biriniz üçün müvəffəqiyyət, xidmətlərinizdə bərəkət və İslamın ali məqsədləri yolunda davamlı tovfiq diləyirəm.

Əvvəlki müraciətlər, bəyanatlar və çıxışların davamı olaraq, vacib bilirəm ki, bu həssas, taleyüklü və sivilizasiya baxımından dönüş nöqtəsi sayılan şəraitdə göstərdiyiniz fədakar fəaliyyətlərə, meydandakı iştirakınıza, təbliğ və “cihadi təbyin” sahəsindəki rəhbərliyinizə görə siz əzizlərə, hövzənin ali qurumlarına, ustadlara, təbliğatçılara, tələbələrə və hörmətli ziyalılara səmimi təşəkkürümü, ehtiramımı və minnətdarlığımı bildirəm.

Eyni zamanda, hövzə alimlərinin tövsiyələri və əvvəlki müraciətlərə əlavə olaraq, aşağıdakı məsələlərlə bağlı narahatlığımı diqqətinizə çatdırır və onların həyata keçirilməsi üçün ciddi, çevik və düşünülmüş addımlar atılmasını israrla xahiş edirəm:

1. Xalqın və gənclərin meydandakı iştirakının davam etdirilməsi və genişləndirilməsi 

Əziz xalqın, xüsusilə də dəyərli gənclərin meydan, küçə, məhəllələ,  və həmçinin məscidlərdə fəal iştirakının davam etdirilməsi və nunun daha da genişləndirilməsi zəruridir. Bu fürsətdən istifadə olunmalı, dini dəyərlərin gücləndirilməsi, oyanış ruhunun artırılması, milli həmrəyliyin və ictimai birliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmalıdır.

Xüsusilə gənc nəsl, eləcədə qız və oğlanlarımızla sağlam, düşüncəli və təsirli mənəvi əlaqə yolları açılmalı və genişləndirilməlidir. Bu isə yaradıcı təşəbbüsə, mədəni və təbliği ruh yüksəkliyinə, cihad düşüncəsinə, hikmətli yanaşmaya və  həmçinin Allahla ixlaslı müamiləyə bağlıdır.

Bu qeyri-bərabər savaşda qələbə yalnız ümumi maarifləndirmə və ictimai birlik, meydan cihadı, xalqın davamlı iştirakı, silahlı qüvvələrin, İslam quruluşunun və İnqilab rəhbərliyinin müdafiəsi ilə mümkün olacaqdır.

Bütün üsul və vasitələr arasında isə məscidlərin yenidən canlandırılması, camaat və cümə namazlarının daha geniş və canlı şəkildə bərpası xüsusi əhəmiyyət daşıyır.

2. Digər mühüm məsələ isə Elmi hövzənin, hövzə və ruhani camiəsinin xalqa, gənclərə, şagird və tələbələrə, ziyalılara və həmçinin mədəniyyət camiəsinə “maarif, mənəviyyat, azadlıq, nicat və səadət carçısı” olan bir təsisat kimi tanıdılmasıdır. Həmçinin bu dəyərli qurum xalqın xidmətində dayanan, ölkənin dini əsaslarını və milli təhlükəsizliyini qoruyan bir dayaq kimi təqdim edilməlidir.

Bu mühüm vəzifənin gerçəkləşməsi daha böyük diqqət və səylə yanaşı, ruhaniyyətin elmi, mənəvi, xalqla iç-içə olan, inqilabi və xidmətçi simasının nümayiş etdirilməsini tələb edir. Bu isə yalnız sözlə deyil, cəlbedici, səmimi və gözəl davranışla həyata keçməlidir.

Hövzənin və din ocaqlarının gələcəyi, ictimai etimadın və xalq dayağının güclənməsindən, ruhanilərin universitet camiəsi, gənclər, müxtəlif ictimai təbəqələr və xüsusilə məhrum və ehtiyaclı insanlarla dostluq, ünsiyyət və qarşılıqlı əməkdaşlığından asılıdır.

İmam Xomeyni (r), şəhid rəhbərimiz Ayətullah Seyid Əli Xamenei və böyük mərcəi-təqlidlər daim vurğulayıblar ki, xalqla yaxın ünsiyyət, xalq arasında yaşamaq, məzlum və zəif təbəqələrə kömək, gənclərlə həmrəylik etmək, təkəbbür və istibdada qarşı mübarizə aparmaq, eləcə də hövzə ilə universitet arasında birlik və qarşılıqlı gücləndirmə ən əsas prinsiplərdəndir.

3. Məhz bu baxış əsasında Elmi hövzələrə qəbul, seçim və cəlbetmə prosesi həm keyfiyyət, həm də kəmiyyət baxımından inkişaf etdirilməli və mövcud imkanlardan ən yüksək səviyyədə istifadə olunmalıdır.
Hövzənin gələcəyi, onun inkişafı və islahat proqramlarının uğuru istedadlı, ləyaqətli, seçkin və çoxsaylı yeni qüvvələrin cəlb olunmasından asılıdır. Etiraf etmək lazımdır ki, indiyədək görülən işlər hədəflərə tam cavab verməmişdir. Buna görə də sürətli, hikmətli və cihad ruhlu fəaliyyətlə bütün mədrəsələr, elmi mərkəzlər, tələbələr, ustadlar və idarəçilər bu il və gələn il üçün qəbul prosesinin genişləndirilməsi və daha keyfiyyətli seçimlərin aparılması istiqamətində ciddi şəkildə səfərbər olmalıdırlar.

Mərkəzi qəbul və tədris qurumları ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslər ortaya qoyulmalı, proqramlı və yaradıcı fəaliyyətlə hövzədə əsaslı dönüş və yeni inkişaf mərhələsi formalaşdırılmalıdır.

Sonda bütün zəhmətkeş və fədakar hövzə əhlinə təşəkkür və minnətdarlığımı bildirir, mövcud nöqsanlara görə üzrxahlığımı ifadə edirəm. Uca Allahdan bütün cəbhədə olan cihadçı hövzə nümayəndələri üçün sağlamlıq, izzət və uğur, İslam cəbhəsi üçün isə küfr və zülm üzərində qələbə diləyirəm.

و من الله التوفیق و النصروالفتح.

“Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.” (Ali İmran surəsi, 126-cı ayə)

Ölkə üzrə Elmi hövzələrin rektoru

Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha