bazar 17 may 2026 - 23:00
Şəhid Əli Laricani müasir düşüncəyə malik görkəmli idarəçi və seçkin şəxsiyyət idi

Hövzə, İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi şəhid Əli Laricaninin anım mərasimi Pakistanın İslamabad şəhərində mədəniyyət, media və siyasi xadimlərin iştirakı ilə keçirilib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi şəhid Əli Laricaninin anım mərasimi Pakistanın İslamabad şəhərində keçirilib. Tədbir “Blue TV” televiziya şəbəkəsinin təşəbbüs və dəvəti, həmçinin Pakistan Diplomatik Araşdırmalar İnstitutu və İran İslam Respublikasının İslamabaddakı mədəniyyət nümayəndəliyinin əməkdaşlığı ilə təşkil olunub.

Mərasimin keçirilməsində məqsəd şəhid Laricaninin xatirəsini yad etmək, onun siyasi və milli xidmətlərini işıqlandırmaq, eləcə də ABŞ və sionist rejimin təcavüzkar addımlarını pisləmək olub.

Tədbirdə media, mədəniyyət və siyasi araşdırmalar sahəsindən olan müxtəlif şəxslər iştirak edərək və çıxış ediblər. Çıxış edənlər arasında İran İslam Respublikasının İslamabaddakı mədəniyyət nümayəndəsi Məcid Meşki, “Blue TV” şəbəkəsinin rəhbəri Sədəf Asim Abbasi, şəbəkənin rəhbər müavini professor Cüveyriyyə Əzhər və Pakistan Diplomatik Araşdırmalar İnstitutunun direktoru Seyid Mühsün Abbas Kazimi yer alıblar.

Mərasimdə çıxış edən Məcid Meşki bildirib ki, şəhid Əli Laricani yenilikçi düşüncəyə malik görkəmli idarəçi idi və daim ölkəsinin inkişafı və milli izzəti üçün çalışırdı. O qeyd edib ki, Laricani cəmiyyətə xidmət və idarəçilik sahəsində uğurlu nümunə hesab oluna bilər.

Digər çıxışçılar da öz nitqlərində şəhid Laricaninin xidmətlərini yüksək qiymətləndirərək, onun İslam İnqilabından sonrakı dövrdə siyasi, təhlükəsizlik və mədəni sahələrdəki fəaliyyətinə toxunublar. Onlar Laricanini İran İslam Respublikasının milli hədəflərinin irəliləyişində və strateji qurumların gücləndirilməsində təsirli sima kimi dəyərləndiriblər.

Tədbir iştirakçıları həmçinin ABŞ və sionist rejimin düşmənçilik siyasətlərini pisləyərək, bölgədə sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar. Onlar ölkələrin milli suverenliyinə hörmət edilməsinin zəruriliyini qeyd edərək, zülm və təcavüz qarşısında dayanmağın, eləcə də Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatiyadan istifadə edilməsinin əhəmiyyətini önə çəkiblər.

Mərasimin sonunda çıxış edənlər və iştirakçılar İran İslam Respublikasının şərəfli və igid xalqı ilə həmrəyliklərini bildirərək, mövcud həssas şəraitdə İran xalqına dəstək və həmdərdliklərini ifadə edib, şəhid Əli Laricaninin xatirəsini ehtiramla yad ediblər.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha