Hövzə Xəbər Agentliyi | İran İslam Respublikası yarandığı ilk gündən etibarən çoxsaylı dövlət rəsmilərinə və idarəçilərinə şahidlik edib. Fərqli fərdi xüsusiyyətlərə və müxtəlif siyasi həyat tərzinə malik simalar bu sistemdə fəaliyyət göstəriblər. Bu şəxslərdən bəziləri illər və onilliklər keçsə də, ictimai yaddaşda inqilab və islam ölçülərinə uyğun siyasi nümunə və dövlət xadimi kimi qalır, digərləri isə müxtəlif səbəblərdən unudularaq qəribə şəkildə İranın siyasət və tarix zibilxanasına sürüklənirlər. Şəhid Rəcai, şəhid Bahünər, şəhid Ayətullah Behişti və şəhid Laciverdi cəmiyyətin siyasi-idarəçilik nümunəsi kimi tanıdığı simalardandır. Şəhid Rəisi də bu çərçivədə dəyərləndirilir. Bu şəxsiyyətlərin hər birinin siyasi həyatında və məsuliyyət dönəmində onları nümunəvi simaya çevirən xüsusi bir cəhət olub. Şəhid Rəisinin şəxsiyyətində isə daha çox nəzərə çarpan xüsusiyyət siyasi təqva və ehtiyatlı davranış idi ki, bu da onun mənəvi simasından qaynaqlanırdı.
Hövzə mənəviyyatı siyasi təqvanın əsası
Şəhid Ayətullah Seyid Əli Xamenei müxtəlif çıxışlarında həmişə tələbələrin mənəviyyat məsələsinə xüsusi önəm verirdi. “Mənəviyyat işi, mənəvi aləmə bağlılıq işi hövzədə əsas məsələdir. Buna hamımız diqqət etməliyik. Bu mənəviyyatın çatışmazlığı hövzəyə zərbə vurur.”[1] O, tələbənin fəaliyyətinin əsasını mənəviyyat hesab edirdi. Lakin bununla yanaşı, mənəvi boşluq yaşayan çoxsaylı tələbələri də görmək mümkündür və bu çatışmazlıq onların ictimai davranışlarında açıq şəkildə görünür. Bunun bariz nümunəsi prezidentlik məqamına qədər yüksəlmiş bəzi zahirdə ruhani şəxslərdir ki, onların mənəvi çatışmazlıqları siyasət meydanında çoxsaylı problemlərə səbəb olmuş və nəticədə ictimai yaddaşda uğursuz və qaranlıq simalar kimi qalmışlar.
Görünür, Şəhid Rəisi tələbəlik həyatında hövzə tələbəsi olmağın bu mühüm tərəfinə ciddi diqqət yetirmişdi. Bu qənaət onun müxtəlif məsuliyyət dövrlərində şəxsiyyətində müşahidə olunan əlamətlərdən qaynaqlanır. Şəhid Rəisinin İmam Rza (ə) ilə xüsusi mənəvi bağlılığı, gecə namazına sadiqliyi, hətta mühüm siyasi səfər və iclaslarda belə namazın əvvəl vaxta qəlınmasına olan diqqəti, həmçinin Allaha səmimi iman və təvəkkülü onun şəxsiyyətində açıq şəkildə təcəlli edirdi. Mənəviyyatın insanların həyatında vərdiş və xasiyyətə çevrilməsi qəfil və bir gecədə baş vermir. Bu, uzunmüddətli və mərhələli bağlılıq tələb edir. Elə bu baxımdan müəllif bu mənəviyyatı onun tələbəlik həyatının yadigarı hesab edir. Həqiqətən də, onun siyasət meydanında gündəlik çətinliklər və müxtəlif böhranlar qarşısında göstərdiyi müqavimət və dözüm, həmin gecə ibadətlərinin, ilahi təvəkkülün və mənəvi bağlılığın nəticəsi idi.
İslam əxlaqı siyasi çətinliklərin genişliyində
Hər kəs gözəl bilir ki, siyasət aləmi hiylə və məkr aləmidir və mənəviyyata bağlı olan insanlar bu çətin meydanda əzab və məşəqqət içində olurlar. Eyni ilə şəhid Ayətullah Seyid Əli Xameneinin şəhid Rəisinin siyasət meydanındakı dözümündən danışaraq dediyi kimi: “Bilirsiniz ki, ölkə idarəçiliyində belə məsələlər olur. O, gəlib bunları mənə də deyirdi, bəzi halları açıqlayırdı, narahat da olurdu, amma buna baxmayaraq qarşı tərəflə yenə də mülayim davranırdı. Bir məsələdə bir qurumla fikir ayrılığı vardı. Mən dedim ki, ümumiyyətlə reaksiya verməyin. Bu onun üçün çox çətin idi, amma heç bir reaksiya göstərmədi. O, həqiqətən də mülayim davrandı.”[2]
Biz dəfələrlə şahid olduq ki, bu böyük şəxsiyyət siyasi çəkişmələrdə və enişli-yoxuşlu proseslərdə, həmçinin sərt davranışlar, ittihamlar və əxlaqsızlıqlar qarşısında son dərəcə təmkin, səbir, əxlaq və təqva ilə qarşılıq verirdi. Bunun ilkin nümunəsi seçki debatları idi. Dəfələrlə ona qarşı əsassız ittihamlar səsləndirildi, lakin o, İslam əxlaqına və ictimai təmkinə tam riayət edərək bunların yanından sakitcə keçdi.
... və o nə etdi?!
Nəticə etibarilə müəllif siyasət meydanındakı bu əxlaqın əməli nümünəsi olamq həmin şəhidin mənəviyyat və ruhunun böyüklüyünün nəticəsi hesab edir və bir mənada bu əxlaqı onun tələbəlikdən gələn mənəviyyatına bağlayır. Nə qədər siyasi şəxsiyyətlər və dövlət rəsmiləri olub və var ki, bir siyasi kinayə və ya istehza qarşısında qəzəb və kinlərini aşkar edir, müxtəlif yollarla siyasi gərginlik yaradırlar. Lakin o böyük şəhid siyasi çətinliklərin və məşəqqətlərin bu geniş meydanına İslam əxlaqını gətirdi və nəfsini mənəviyyata məğlub etdi.
Əli Rəşidi
[1] Qum Elmi Hövzəsinin bir qrup ustad, alim və seçkin tələbələri ilə görüşdə çıxış, 24 oktyabr 2010
[2] On üçüncü hökumətin üzvləri ilə görüşdə çıxış, 7 iyul 2024
Rəyiniz