şənbə 23 may 2026 - 00:24
İslamın baxışında övlad hüquqları və valideyn məsuliyyəti

Hövzə/ Ayətullah üzma Cavadi Amuli övlad hüquqlarını izah edərkən valideynlərin tərbiyədəki məsuliyyətini vurğulayaraq İslamın baxışı ilə İnsan Hüquqları Bəyannaməsinin yanaşması arasındakı fərqlərə diqqət çəkib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, bu gün dünyada sərhədsiz azadlıq “tərbiyə” adı ilə təqdim olunduğu halda, İslam insanın məsuliyyətindən danışır. elə bir məsuliyyətdən ki, uşağın doğulmasından əvvəl başlayır və ata-ananı ruhun müəlliminə çevirir.
 Ayətullah üzma Cəvadi Amuli bildirib ki, ilahi qanunlarla bu gün dünyanın tətbiq etdiyi bəşəri qaydalar arasındakı əsas fərq ondadır ki, İnsan Hüquqları Bəyannaməsi uşaqların tam sərbəst buraxılmasını və onların tərbiyəsi üçün xüsusi müdaxilə edilməməsini vurğulayır. Halbuki İslam təlimlərində valideynlərin övlad qarşısında böyük məsuliyyət daşıdığı bildirilir və hətta uşağın dünyaya gəlməsindən əvvəl onun hüquqlarının qorunmasına təkid olunur.

O qeyd edib ki, övladlar təbii olaraq dünya həyatının zinəti sayılır. Lakin saleh övladlar valideynlərin ölümündən sonra da onlara fayda verdiyi üçün “baqiyatus-salehat” (savab gətirən əməllər) hesab olunur.

Qurani-Kərimdə buyurulur:
الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا

Mal-mülk və oğullar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir. (Kəhf surəsi, 46-cı ayə)

مِنْ حق الولدِ علی والده ثلاثةٌ: أن یُحسّن اسمه و یعلّمه الکتابةَ و یزوّجه اِذ بَلَغَ».


Allahın elçisi Məhəmməd (s) peyğəmbər övladın ata üzərində üç haqqının olduğunu buyurub:
 

1. ona gözəl ad qoymaq,

2. yazmağı öyrətmək,

3. həddi-büluğa çatanda evlənməsi üçün şərait yaratmaq.


 İmam Baqir (ə) isə buyurub:

«یحفظ الأطفال بصلاح آبائهم»

 “Uşaqlar valideynlərinin salehliyi ilə qorunurlar.”


Ayətullah Cavadi Amuli vurğulayıb ki, valideynlər övladlarının hüquqlarını düzgün şəkildə qoruyarsa, uşaqlar həyatın təhlükəli və azdırıcı axınlarından daha çox amanda qalarlar. Əks halda isə zamanın ağır sınaqları qarşısında daha həssas və zərbəalan olacaqlar.

O əlavə edib ki, müəllimlər və valideynlər uşaqları hüquqları ilə tanış edib onları bu hüquqların əldə olunmasına təşviq etsələr, həmin uşaqlar bunun bəhrəsini gələcək həyatlarında görəcəklər.

Mənbə: "Haqq və təklif dər İslam " (İslamda haqq və vəzifə), səh. 318-319

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha