Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid doktor Əli Laricaninin ailəsi Ayətullah üzma Məkarim Şirazi ilə görüşüb.
Mərcəyi-təqlid bu görüşdə doktor Laricaninin şərəfli şəhadəti münasibətilə ailəsinə başsağlığı və təbriklərini çatdırıb, onlar üçün uca Allahdan səbir və savab diləyib.
O, bu ali məqamlı şəhidin xidmətlərini yüksək qiymətləndirərək bildirib: Elə ilk vaxtlardan bəlli idi ki, o, qədrini lazımınca tanımadıqları bir inci və qiymətli şəxsiyyətdir.
Ayətullah Məkarim Şirazi vurğulayıb ki, şəhid Laricani həyatı boyu göstərdiyi xidmətlərlə və sonda şəhadəti ilə bədxahlarına cavab verdi.



Rəyiniz