Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Mədəni irs, Turizm və Sənətkarlıq Nazirinin müavini Əli Dərabi Həzrət Ayətullah Nuri Həmədani ilə görüş keçirib və onunla fikir mübadiləsi aparıb.
Görüş zamanı Həzrət Ayətullah Nuri Həmədani cənab Əli Dərabinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib: Sizi uzun illərdir tanıyıram və Allaha şükür ki, siz İslam dövlətinin uğurlu idarəçilərindən birisiniz. Harada fəaliyyət göstərmisinizsə məqsədiniz xalqın xidmətində olmaq olub. Bu gün ən mühüm məsələ məhz xalqın xidmətində dayanmaq və problemlərin həlli üçün çalışmaqdır.
Mərcəyi-təqlid həmçinin onun elmi və yazılı fəaliyyətlərini də təqdir edib.
Xəbərin sonu
Rəyiniz