Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid Ayətullah Seyid Əli Xamenei Qurban bayramının hikmətini izah edərkən bu günü həzrət İbrahimin (ə) ən əziz bağlılıqlarından keçmək uğrunda göstərdiyi böyük fədakarlığa görə Allahın ilahi təqdir və dəyərləndirməsinin təcəssümü adlandırıblar.
“Əgər Qurban bayramında gizli olan hikmətə diqqət yetirilsə, bizim üçün bir çox yollar açılar. Qurban bayramında Allah-Taalanın seçilmiş peyğəmbəri həzrət İbrahimə (ə) böyük ilahi təşəkkürü vardır. Çünki o gün İbrahim peyğəmbər (ə), böyük fədakarlıq göstərdi. Bəzən canı fəda etməkdən də üstün olan, insanın ən əzizlərini fəda etməsidir...
Bizim qarşılaşdığımız imtahanların əsas nöqtəsi də məhz budur. Ortada bir fədakarlıq və keçid məsələsi dayanır...
İlahi imtahanın məqsədi Allahın bizi tanıması və ya hansı səviyyədə olduğumuzu bilməsi deyil. İmtahanın özü əslində məqsədə doğru atılan bir addımdır...
İmtahan yəni məşəqqət vadisindən keçmək. Bir insanın və ya bir millətin qarşısına bir çətinlik və əzab qoyularkən, həmin məşəqqətdən keçmək imtahandır. Əgər o bundan keçə bilsə, öz məqsədinə çatacaqdır.
(17 noyabr 2010)
Rəyiniz