cümə axşamı 28 may 2026 - 23:38
Əsassız və hətta əsaslı ixtilafları belə münaqişəyə və parçalanmaya çevirməyin

Hövzə / İslam İnqilabının Ali Məqamlı Rəhbəri İslam Şura Məclisinin ilk çağırışının açılış ildönümü və XII çağırış Məclisinin fəaliyyətinin üçüncü ilinə daxil olması münasibətilə ünvanladığı çıxışında vurğulayıb ki, İslam, İnqilab və həmçinin İranın müstəqilliyi və yüksəlişini ürəkdən istəyən hər bir fədakar şəxs bundan sonra daha çox xalqın birləşmiş və sıx sıralarının qorunmasına diqqət yetirməli, əsaslı və ya əsassız ixtilafları qarşıdurma və parçalanmaya çevirməməlidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin İslam Şura Məclisinin ilk çağırışının açılış ildönümü və XII çağırış Məclisinin fəaliyyətinin üçüncü ilinə daxil olması münasibətilə müraciəti yayımlanıb.

Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin çıxışının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Müqəddəs Qurban bayramı və İslam Şura Məclisinin ilk çağırışının açılış ildönümünü İran İslam Respublikasının rəşadətli xalqına və hörmətli parlament nümayəndələrinə təbrik edir, bu münasibətlə xüsusilə parlament sədri cənab doktor Qalibafın ölkənin yüksəlişi yolunda göstərdiyi səyləri yüksək qiymətləndirirəm.

İslam Şura Məclisi xalqın xülasəsi, dini xalq hakimiyyətinin təcəssümü və İslam Respublikasında qanunvericiliyin əsas dayağıdır və xalq iradəsinin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda “Ramazan ayında baş vermiş müharibə”dən üç ay keçməsi ilə İran xalqının daxili mahiyyəti yəni iman, ümid və əməl sahəsində həm dost, həm də düşmən qarşısında sübut olunmuşdur və xalqın mənəvi səviyyəsinin yüksəlişi onun fəzilətlərinin parlaq təcəssümünü ortaya qoymuşdur.

Həqiqi xalq nümayəndəsi xalqın özündən olmalıdır. Bu baxımdan hazırkı dövr nümayəndələr və parlament üçün bir dönüş nöqtəsidir ki, onlar öz vəzifələrini xalqın yüksəlmiş səviyyəsinə uyğun şəkildə yerinə yetirsinlər, əlavə təşəbbüs və fəaliyyətlə qanunvericilik və nəzarəti gücləndirsinlər, İran İslam Respublikasının gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirsinlər.

Bu mübarizə meydanında deputat kürsüsü ölkənin inkişaf yolunda ön cəbhə mövqeyi kimi dəyərləndirilir. Buna görə də xalq nümayəndələri uca Allahın lütfünə təvəkkül, həzrət Sahibəz-Zamana (ə.f) təvəssül etməklə, həmçinin Amerika və sionist təcavüzlərinin nəticəsində şəhid olan şəhidlərinin qanını və xüsusilə də şəhid Ayətullah Seyid Əli Xameneinin uca xatirəsini ehtiramla yad edərək, bütün imkanlarını dövlət və digər qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində ölkənin yenilənməsi, xalq problemlərinin, xüsusilə iqtisadi və məişət çətinliklərinin həlli, istehsal və məşğulluğun artırılması, elm və sənayenin inkişafı, mədəniyyət və əxlaqın yüksəldilməsi, korrupsiyaya qarşı mübarizə, inflyasiya və bahalaşmanın nəzarətdə saxlanılması və yoxsulluğun aradan qaldırılması istiqamətində səfərbər etməlidirlər.

Bu əsasda zəruridir ki, Məclisin qəbul etdiyi qərarlar ölkənin əsas məsələləri və xalqın ehtiyacları ilə birbaşa və aydın əlaqəyə malik olsun və ölkədə ümid yaratmağa, gələcək quruculuğuna yönəlsin. Cəmiyyət, hər şeydən əvvəl, real ümid əlamətlərini, sabit inkişaf yolunu və gələcək üçün aydın perspektivi görməyə ehtiyac duyur ki, bunun əsasında plan qurub hərəkət edə bilsin. Parlament nümayəndələri öz mövqeləri, qərarları və çıxışları ilə İslam Şura Məclisini ümidyaratma yönündə aparıcı bir quruma çevirə bilərlər.

O cümlədən, hazırkı şəraitdə icra və məhkəmə hakimiyyətləri ilə birlikdə “milli birlik və milli təhlükəsizlik kölgəsində müqavimət iqtisadiyyatı” şüarına fokuslanaraq 1405-ci ildə iqtisadi sabitlik, inflyasiyanın azaldılması, pul kütləsinin idarə olunması, istehsalın canlandırılması, inkişafın 7-ci planının islahı və İkinci və Ramazan ayında baş vermiş müharibənin zərərlərinin yenidənqurma və bərpası ilə bağlı məsələləri əsas gündəmə çevirməli, həmçinin mövcud şəraitdə və müharibədən sonrakı dövrdə dövlət və digər qurumlar üçün yol xəritəsi hazırlamalıdırlar.

Millətin yüksəlmiş səviyyəsinə uyğun rol oynamaq üçün müxtəlif ilkin şərtlər də lazımdır. Bu qısa mətndə yalnız hörmətli deputatlara və bacılara tövsiyə olunur ki, mərhum Ayətullah Seyid Əli Xameneinin illik görüşlərdə, xüsusilə son illərdə söylədiyi çıxışları diqqətlə və ciddi şəkildə mütaliə etsinlər; çünki bunlar praktiki və təcrübə baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, fərdi təqvaya riayət etmək bu göstərişlərin düzgün yerinə yetirilməsində əsas rol oynayır. Prioritetlərin düzgün müəyyən edilməsi, elmi və əsaslandırılmış qərarlar, dərin ekspert məsləhətləri, xalqla geniş əlaqə, hərtərəfli korrupsiya ilə mübarizə, milli maraqların qrup və regional maraqlardan üstün tutulması, parlament diplomatiyasına diqqət, düşmən qarşısında açıq və güclü mövqe nümayişi, İranın region və dünyadakı yeni mövqeyinə ağıllı və inqilabi yanaşma bu zərurətlər sırasındadır.

Bu təqvanın nümunələrindən biri də, İran İslam bayrağı ətrafında formalaşmış, millətə bəxş edilmiş misilsiz milli birlik və həmrəyliyə riayət etməkdir. Bu birlik “Böyük Şeytan” qarşısında qələbənin ən mühüm amillərindən biridir.

Bu nemətin şükrü olaraq, xalqın bütün təbəqələrinin, xüsusilə fikir və siyasi elitaların, o cümlədən parlament nümayəndələrinin bu birliyi qorumağa diqqət etməsi, mənasız siyasi ixtilaflardan uzaq durması və sosial fərqləri qabartmaması zəruridir.

Düşmənin zəif planı məcburi müharibə, iqtisadi təzyiqlər və həmçinin təbliğat və siyasi mühasirədən sonra hərbi sahədəki məğlubiyyətlərini kompensasiya etmək və xalqı diz çökdürmək üçün cəmiyyətdə parçalanma və sosial bölünmə yaratmaqdır. Buna görə də İslam və İnqilab, yaxud İranın müstəqilliyi və yüksəlişini ürəkdən istəyən hər bir fədakar şəxs bundan sonra daha artıq şəkildə xalqın sıx və birləşmiş cəbhəsinin qorunmasına çalışmalı, zəruri və ya qeyri-zəruri ixtilafları qarşıdurma və parçalanmaya çevirməməli, söz və əməl ilə millətin birlik və həmrəyliyinin nümunəsi olmalıdır, inşallah.

Sizin üçün, xalqı zülm və təcavüz qarşısında sinə gərən və tarixin düzgün istiqamətinə yön verən bu ağır vəzifənin icrasında uğurlar arzulayıram. Ümid edirəm ki, həzrət Sahibəz-Zamanın (ə.f) duası sizin üçün ilahi yardım və uğur gətirən bir vasitə olacaq.

Allahın rəhmətvəbərəkətiüzərinizəolsun.

Seyid Müctəba Hüseyni Xamenei

28 may 2026

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha