cümə 29 may 2026 - 19:48
Zühurdan əvvəl rahatlıq, rifah və asayiş olmayacaq!

Hövzə / Məhdəviyyət idealına bağlılıq passiv bir gözlənti deyil, əksinə, ən ağır ilahi sınaqların içində ədalət və hikmətə əsaslanan qlobal bir sivilizasiyanın qurulması yolunda təhlükələrlə dolu bir mübarizə yoludur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid Ayətullah Seyid Əli Xameneinin zühur barədə danışdığı çıxışı yayımlanıb. Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) həmin çıxışında məhdəviyyəti sadəcə səssiz bir intizar deyil, ədalət, sülh və insanın inkişafı ilə dolu gələcəyin qurulması üçün bir üfüq kimi təqdim edir.

Məhdəviyyət rahatlıq məkanı deyil, mübarizə meydanıdir

Həyatınızın və fəaliyyətinizin başlanğıcında olan siz əziz gənclər çalışmalısınız ki, elə bir dövr üçün zəmin hazırlayasınız. Elə bir dövr ki, orada zülm və haqsızlıq heç bir formada mövcud olmayacaq.

Elə bir dövr ki, bəşərin düşüncəsi və ağlı əvvəlkindən daha fəal, yaradıcı və məhsuldar olacaq. Elə bir dövr ki, xalqlar bir-biri ilə müharibə etməyəcəklər.

Dünyada həmuşə istər keçmişdə istərsədə bugün regional və qlobal müharibələri  müharibələri alovlandıran qüvvələr artıq yeni müharibələr törədə bilməyəcəklər.

Qlobal miqyasda tam sülh və təhlükəsizlik bərqərar olacaq. Həmin dövr üçün çalışmaq lazımdır. Həzrət Məhdi  (ə.f) əvvəl rahatlıq, rifah və asayiş dövrü yoxdur.

Rəvayətlərdə buyurulur: «واللَّه لَتُمَحَّصُنَّ» و «واللَّه لَتُغَربَلُنَّ»  yəni siz ciddi şəkildə imtahan olunacaqsınız, ağır təzyiqlərlə üzləşəcəksiniz.

İmtahan harada və nə zaman olur? O zaman ki, mübarizə meydanı mövcuddur. Həzrət Məhdi (ə.f) zühurundan əvvəl insanlar cihad və mübarizə meydanlarında sınaqdan keçirilirlər. Onlar imtahan kürələrinə daxil olur, oradan başıuca çıxırlar və dünya addım-addım Həzrət Məhdi (ə.f) ideal və hədəf göstərdiyi dövrə yaxınlaşır. Bu, həmin böyük ümiddir.

(Şəhid Ayətullah Seyid Əli Xameneinin 19 fevral 1992-ci il tarixində Qum əhalisi ilə görüşdəki çıxışından)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha