Hövzə xəbər agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Nuri Həmədaninin ofisi bəyan edib: "Son günlər sosial şəbəkələrdə «həzrət Ayətullah Nuri Həmədanidən yeni fətva» başlığı ilə bir mətn yayılıb və bu mətn həmin mərcəyi-təqlidə aid edilir. Belə bir fətvanın həzrət Ayətullah Nuri Həmədani tərəfindən verilməsi həqiqətə uyğun deyil və o həzrət belə bir fikir bildirməyib.”
Açıqlamada qeyd olunur ki, bəzi qərəzli dairələr və düşmən qüvvələr saxta bir mətni sosial mediada yayaraq onu həzrət Ayətullah Nuri Həmədaniyə aid ediblər.
Həmin saxta mətndə iddia olunur ki, “əgər ailə başçısı və ya himayədar öz övladlarının ruzisini təmin edə bilmirsə, mağaza və ya bazardan sahibinin icazəsi olmadan ərzaq və içki götürməsi caizdir, lakin imkan əldə etdiyi zaman dərhal onun əvəzini sahibinə qaytarması vacibdir.”
Ofis bu iddianın tamamilə saxta olduğunu vurğulayaraq bildirib ki, belə bir fətva heç vaxt verilməyib və onun həzrət Ayətullah Nuri Həmədaniyə aid edilməsi əsassızdır.
Hövzə / Həzrət Ayətullah Nuri Həmədaninin ofisi: Sosial şəbəkələrdə yayılan və Ayətullah Nuri Həmədaniyə aid edilən məlumat həqiqətə uyğun deyil
Rəyiniz