Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livanın cənubu şənbə gecəsindən bazar gününə keçən saatlarda İsrail rejiminin intensiv hücumlarına məruz qalıb. Həmin hücumlara hava zərbələri, artilleriya atəşləri və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən hücumlar daxil olub.
Hücumlar Livanın cənubundakı çoxsaylı yaşayış məntəqələrini hədəf alıb, nəticədə bir sıra insanlar şəhid olub və yaralanıb, həmçinin genişmiqyaslı maddi ziyan dəyib.
İsrail hərbi təyyarələri «Deyr əz-Zəhrani» qəsəbəsinin «Əl-Ərəb» məhəlləsinə bir neçə dəfə hava zərbəsi endirib. Hücumlar bələdiyyə binasının yaxınlığında yerləşən yaşayış evlərini hədəfə alıb. Nəticədə ağır bir cinayət törədilib, çoxlu sayda şəhid və yaralı qeydə alınıb. Şəhidlər və yaralananlar arasında «Əl-Kəridin» qəbiləsinin üzvlərinin də olduğu bildirilir.
Xilasetmə və mülki müdafiə qrupları dağıntılar altında qalanların axtarışı və çıxarılması istiqamətində əməliyyatlarını davam etdirirlər. Məlumatlara görə, qəsəbəni hədəf alan hücumlar nəticəsində çoxlu sayda yaralı da var.
Bu hava təcavüzü «Nəbətiyyə», «Kəfr Təbnit», «Şovkin», «Kəfr Rumman», «Meyfdun», «Ərəb Salim», «Ərnun», «Yəhmur əş-Şəqif», «Əl-Qənduriyyə» və «Deyr Qanun ən-Nəhr» şəhər və qəsəbələrinə, eləcə də Sur şəhərində yerləşən «Hiram» xəstəxanasının ətrafına qədər genişlənib.
Həmçinin düşmənə məxsus pilotsuz uçuş aparatı «Əl-Qusaybə» qəsəbəsində bir motosikleti hədəfə alıb. Nəticədə iki Suriya vətəndaşı yaralanıb. Bundan sonra düşmən qırıcıları da həmin qəsəbəyə hava zərbələri endirib.
Bundan əlavə, düşmənə məxsus bir pilotsuz uçuş aparatı «Həbuş – əz-Zəhrani» magistral yolu üzərində yerləşən Avropa Sərgi Mərkəzinin ətrafını hədəfə alıb. Digər bir pilotsuz uçuş aparatı isə «Əş-Şərqiyyə» qəsəbəsinin ətrafına hücum həyata keçirib.
Başqa bir hücum zamanı İsrailə məxsus pilotsuz uçuş aparatı «Burc əş-Şimali» qəsəbəsinin kənarında yerləşən əkin sahəsində qarpız yığımı ilə məşğul olan bir qrup fəhləni hədəfə alıb. Lakin hadisə nəticəsində itki qeydə alınmayıb.
Bu hücumlarla paralel olaraq, bir sıra bölgələr İsrail ordusunun artilleriya atəşinə məruz qalıb. Atəşə tutulan ərazilər sırasında «Əd-Dəllafə» körpüsü yaxınlığında yerləşən Litani çayının ətrafı, həmçinin «Nəbətiyyə» bölgəsindəki «Kəfr Rumman» qəsəbəsi və «Kəfr Cuz» məntəqəsi yer alıb.
İsrail işğalçı ordusu eyni zamanda «Mərcəuyun» bölgəsinin «Dəbin» qəsəbəsində yaşayış evlərini dağıdıb. Bu əməliyyat qəsəbənin ətrafına endirilən iki hava zərbəsi ilə eyni vaxtda həyata keçirilib.
Gərginliyin bu şəkildə artması İsrail rejiminin Livanın cənub bölgələrinə qarşı davam edən təcavüzkar hücumları fonunda baş verir. Belə ki, hədəfə alınan bir sıra kənd və qəsəbələrin üzərində qırıcı təyyarələrin və pilotsuz uçuş aparatlarının intensiv uçuşları müşahidə olunmaqdadır.

Livan
Rəyiniz