bazar ertəsi 1 iyun 2026 - 21:45
Ramazan ayında baş vermiş müharibədə ruhanilərin şəhid verilməsi Hövzələrin fədakarlığının göstəricisidir + adlar

Hövzə / Höccətül-İslam vəl-müslimin İnanlufər son hadisələr və müdafiə meydanlarında ruhanilərin roluna toxunaraq, “Ramazan ayında baş vermiş müharibə” zamanı 35 tələbə və ruhani şəhid verildiyini bildirib.

Ölkə üzrə Bəsic müəllim, tələbə və ruhaniyyət təşkilatının rəhbəri Höccətül-İslam vəl-müslimin Abbasəli İnanlufər Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinə verdiyi müsahibə zamanı İslam İnqilabı tarixində, xüsusilə 12 günlük müharibə və “Ramazan ayında baş vermiş müharibə” dövründə tələbə və ruhanilərin roluna toxunaraq bildirib ki, Allah-Təala şəhidlər barəsində buyurur:
وَلا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا فِی سَبِیلِ اللَّهِ أَمْوَاتًا
yəni: "Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir." (Ali İmran surəsi, 169-cu ayə)

O əlavə edib ki, Elmi hövzələr İslam İnqilabının dəyərlərinin təbliğ olunduğu əsas mərkəz kimi hər zaman inqilabın nailiyyətlərinin qorunmasını və onun hədəflərinin düzgün şəkildə izah edilməsini öz üzərinə məsuliyyət kimi götürüb. Onun sözlərinə görə, bu missiya son illərdə şəhid Ayətullah Seyid Əli Xameneinin (r) “ təbyin cihadı” anlayışı ilə bağlı ardıcıl tövsiyələri nəticəsində daha da əhəmiyyət qazanıb.

Höccətül-İslam vəl-müslimin İnanlufər qeyd edib ki, düşmənlər son müharibə dövründə təkcə hərbi hücumlarla kifayətlənməyib, eyni zamanda genişmiqyaslı idrak müharibəsi apararaq ictimai şüurun təhrif edilməsinə, gənclərin inqilab yolundan uzaqlaşdırılmasına və müqavimət ruhunun zəiflədilməsinə çalışıblar. Belə həssas şəraitdə ruhaniyyət cəmiyyətlə birlikdə meydanda iştirak edərək həqiqətin izahı, zillətə aparan yollar barədə xəbərdarlıq və axirət həyatının üstünlüyünün vurğulanması kimi vəzifələri yerinə yetirib.

Hövzənin “Bəlağe Mübin” qarışıq müharibə qərargahının katibi olaraq çıxış edən İnanlufer bildirib ki, ruhanilərin İslam İnqilabı tarixindəki mövqeyi İmam Xomeyninin (r) rəhbərliyi ilə başlayan ənənənin davamıdır. Onun sözlərinə görə, bu gün də ruhanilər daxili və xarici birliyi qoruyaraq inqilabın əsas hədəflərinin təhrif olunmasının qarşısını alır və gənc nəsil üçün yol göstərən rolunu davam etdirir.

O, son müharibədə və “Ramazan ayında baş vermiş müharibə” adlandırılan prosesdə şəhid olan tələbə və ruhanilərin sayına toxunaraq qeyd edib ki, bu dövrdə ümumilikdə 35 tələbə və ruhani şəhid olub; onlardan 34-ü kişi tələbə, 1-i isə qadın tələbə olub.

Bəsic müəllim, tələbə və ruhanilər təşkilatının rəhbəri bildirib ki, ruhanilər arasında şəhidlərin ən mühüm xüsusiyyətlərindən biri onların elmi və vəzifə səviyyələrinin müxtəlifliyidir. Onun sözlərinə görə, bu şəhidlər təhsil alan tələbələrdən tutmuş yüksək elmi dərəcəyə malik alimlərə qədər geniş bir təbəqəni əhatə edir.

O əlavə edib ki, bu fədakarlıq nümunələri İslam mədəniyyətində, xüsusilə də Kərbəla məktəbindən qaynaqlanan bir düşüncə tərzinin təzahürüdür. Onlar İslam və İnqilab dəyərlərinin qorunması naminə bütün maddi imkanlarından, hətta ən yaxın ailə üzvlərindən belə keçməyə hazır olduqlarını göstərmişlər.

Höccətül-İslam vəl-müslimin İnanlufər qeyd edib ki, tələbə və ruhanilərin əsas vəzifəsi “cihadı təbyin” prinsipi çərçivəsində həqiqətlərin izahı və inqilab dəyərlərinin qorunmasıdır. Onun sözlərinə görə, bu gün ruhaniyyət xalqla yanaşı olaraq meydanlarda və ictimai mühitdə fəaliyyət göstərir, müqavimət ruhunu gücləndirməyə çalışır.

O bildirib ki, biz dünya həyatını axirət həyatı ilə əvəz etmirik. Ruhanilər bu gün xalqla yanaşı olaraq meydanlarda və küçələrdə iştirak edir və öz missiyasını yerinə yetirir. Bizim əsas vəzifəmiz İnqilabın orijinal nailiyyətlərini qorumaqdır; bu nailiyyətlər öz köklərini Aşura hərəkatından alır.

“Ramazan ayında baş vermiş müharibə”də şəhid olanların siyahısı

Mənbənin təqdimatına əsasən “Ramazan ayında baş vermiş müharibə” dövründə şəhid olan bəzi tələbə və ruhanilərin siyahısı aşağıdakı kimidir:

1. Tehran – Şəhid Seyid Əli Hüseyni Xamenei
2. Tehran –  Şəhid Əlirza Qədiri
3. Tehran – Şəhid Seyid İsmayıl Xətib
4. Qum – Şəhid Məhəmmədhüseyn Məhəmmədi Kəlatə 
5. Qum –Şəhid Məhəmmədtəqi Baatifə Hacınecat
6. Qum – Şəhid Məhəmməd Təvəkkülü 
7. Qum – Şəhid Rüqəyyə Piruzə
8. Qum –Şəhid Məhəmmədməhdi Hüseynxani
9. Qum –  Şəhid Həsən Sami

10. Fars – Şəhid Məhəmmənhəsən Fəttahi
11. Fars – Şəhid Mehran Xosrovani
12. Fars – Şəhid Məhəmmənsaleh Təqvayi
13. Fars – Şəhid Qulamrza Ziyayi
14. Fars – Şəhid Mənsur Həbibipur
15. Kerman – Şəhid Məhəmməd Abdullahniya
16. Kerman – Şəhid Əkbər Qurbanizadə
17. Kermanşah – Şəhid Məhəmməd Səxavəti
18. Kermanşah – Şəhid Sabir İcadi
19. Kermanşah – Şəhid Yəqub Səmadi
20. Loristan – Şəhid Səccad Nəcəfvənd Dereykvəndi
21. Lorestan – Şəhid Səid Qudərzi
22. Mazandaran – Şəhid Həsən Yəzdani
23. Mazandaran – Şəhid Seyid İbrahim Larimi
24. Səmnan – Şəhid Məhəmməd Qüdrəti
25. Şərqi Azərbaycan – Şəhid Nəqi Mühəddisniya
26. Şərqi Azərbaycan – Şəhid Turab Fərəci
27. Xuzistan – Şəhid Hadi Ustad
28. Xuzistan – Şəhid Səccad Bozorgi
29. Hörmüzqan – Şəhid İsa Qasimi
30. Hörmüzqan – Şəhid Mehran Xaksar
31. Cask – Şəhid Əmirhüseyn Heydəri
32. Qəzvin – Şəhid Məhəmmədməhdi Məhəmmədisirət
33. Sistan və Bəlucistan – Şəhid Hüseyn Abdullahı
34. Gülüstan – Şəhid Mürtəza Kiyanəfşar
35. İsfahan – Şəhid Yusif Məhəmmədi

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha