Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Hizbullahın Şəriət Şurasının sədri Şeyx Məhəmməd Yəzbik Livanın səbirli, mətin və qəhrəman xalqına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
Bağışlayan və mehriban Allahın adı ilə
Aləmlərin Rəbbi, möminlərin himayədarı və zalımları məhv edən Allaha həmd olsun. Həzrət Məhəmmədə (s) və onun pak Əhli-beytinə (ə), xüsusilə İmam Zamana (ə.f) Allahın salam və bərəkəti olsun.
Ey bizim əziz xalqımız, ey yurd-yuvalarından didərgin düşmüş insanlar, ey səbir və müqavimət nümunəsi olan möminlər, ey birlik və həmrəylik rəmzi olan əzizlər!
Allahın salam, rəhmət və bərəkəti sizin üzərinizə olsun. Siz ən pak, ən ixlaslı, ən şərəfli, ən ləyaqətli və ən nəcib insanlarsınız. Siz İlahi rəhmət və lütfün himayəsi altındasınız. Allah-Taala qəlblərinizə aramlıq və əmin-amanlıq nazil etmişdir. Necə ki, Qurani-Kərimdə buyurur:
فَأَنزَلَ اللَّهُ سَکِینَتَهُ عَلَیٰ رَسُولِهِ وَعَلَی الْمُؤْمِنِینَ وَأَلْزَمَهُمْ کَلِمَةَ التَّقْوَیٰ - الفتح:۲۶
Allah Peyğəmbərinə və möminlərə mənəvi rahatlıq verdi və onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi.
Fəth surəsi, 26-cı ayə
Həmçinin buyurur:
«وَلِیَرْبِطَ عَلَیٰ قُلُوبِکُمْ»
“Və qəlblərinizi möhkəmləndirmək üçün...” (Ənfal surəsi, 11-ci ayə)
Sizin səbir, dözüm və müqavimətiniz qəlblərinizdəki iman nurundan, dərin bəsirətinizdən və haqq yola olan sarsılmaz bağlılığınızdan qaynaqlanır. Bu, haqq məhbubuna olan sədaqətinizin və vəfanızın parlaq təzahürüdür. Buna görə də siz batili, zilləti və təslimçiliyi rədd etdiniz, izzət və şərəf yolunu seçdiniz. Çünki siz izzət sahiblərisiniz. Allah-Taala buyurur:
«وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِینَ»
Halbuki qüdrət yalnız Allaha, onun Elçisinə və möminlərə məxsusdur. Munafiqun surəsi, 8-ci ayə
Biz sizin ağrı-acılarınızı, çətinliklərinizi və çəkdiyiniz məşəqqətləri dərindən hiss edir, özümüzü bu sınaqlarda sizinlə şərik bilirik. İnanırıq ki, Allahın izni ilə birlikdə gələcək qələbələrin şahidi olacağıq. Necə ki, Qurani-Kərim buyurur:
«مَتَیٰ نَصْرُ اللَّهِ ۗ أَلَا إِنَّ نَصْرُ اللَّهِ قَرِیبٌ»
“Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. Bəqərə surəsi, 214-cü ayə
Biz şəhid Ayətullah Seyid Əli Xameneinin əhdinə sadiq qalaraq onun göstərdiyi yolda möhkəm dayanmışıq. O, İlahi vədə əsaslanaraq bizə qələbə müjdəsi vermişdi. Allah-Taala buyurur:
إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ.
Biz, əlbəttə, peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə yardım edəcəyik. Ğafir surəsi, 51-ci ayə
Ey qəhrəman müqavimətçilər...
Salam olsun o ilahi eşq sahiblərinə ki, canlarını Qüdsün ilahi izzətinə bağlayaraq, möhkəm iradə, sarsılmaz əzm və Allahın vədinə qəti imanla haqqın üzərindəki pərdələri açdılar.
إِنْ يَنْصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz.
Ali İmran surəsi, 160-ci ayə
Sizə yalnız möminlərin əmiri İmam Əlinin (ə) peyğəmbərin səhabələri haqqında buyurduğu bu sözlər yaraşır:
«لقد رأیت أصحاب محمد (ص)...»
“Mən Məhəmmədin (s) səhabələrini görmüşəm. Bu gün sizin aranızda onlara bənzər heç kəsi görmürəm. Onlar saçları dağınıq, üz-gözləri toz-torpaq içində olar, gecələrini səcdə və qiyam halında keçirərdilər. Bəzən alınlarını, bəzən yanaqlarını Allah dərgahında torpağa qoyardılar. Axirəti xatırlayarkən sanki köz üzərində dayanmış kimi nigaran və iztirab içində olardılar. Uzun səcdələrdən alınlarında keçinin dizinə bənzər qabarlar yaranmışdı. Allah yad ediləndə gözlərindən yaş axar, göz yaşları yaxalarını isladardı. Əzab qorxusu və savab ümidi ilə güclü külək qarşısında əsən ağac kimi titrəyərdilər.
Siz, həqiqətən də Allahın seçilmiş və xüsusi dostlarındansınız. Necə ki, möminlərin əmiri həzrət Əli (ə) buyurmuşdur:
«أَمَّا بَعْدُ، فَإِنَّ الْجِهَادَ بَابٌ مِنْ أَبْوَابِ الْجَنَّةِ، فَتَحَهُ اللَّهُ لِخَاصَّةِ أَوْلِیَائِهِ، وَهُوَ لِبَاسُ التَّقْوَی، وَدِرْعُ اللَّهِ الْحَصِینَةُ، وَجُنَّتُهُ الْوَثِیقَةُ»
“Bilin ki, cihad Cənnət qapılarından bir qapıdır. Allah onu özünün seçilmiş dostlarının üzünə açmışdır. Cihad təqva libası, Allahın möhkəm zirehi və sarsılmaz sipəridir.”
Ey qəhrəman mücahidlər!
Allah-Taala düşmənlərinizi sizin əllərinizlə cəzalandırır, sizin fədakar və qəhrəmanlığınız vasitəsilə onların rəhbərlərini, eləcə də şayiə yaymaq, təşviş yaratmaq və media vasitəsilə ruhdan salmağa çalışanları rüsvay edir.
قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنْصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُؤْمِنِينَ. وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ
Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rəzil-rüsvay etsin, sizi onlara qalib etsin və möminlər tayfasının qəlblərini fərəhləndirsin. Eləcə də onların (möminlərin) qəlblərindəki qəzəbi yox etsin.
Tövbə surəsi, 14 və 15-ci ayə
Ey İmam Hüseyn (ə) məktəbinin davamçıları! Ey vətəni yaşadanlar! Ey vətən uğrunda onun müstəqilliyinin, suverenliyinin və xalqının müdafiəçiləri!
Bütün şərəf sahibləri, bütün azad insanlar sizinlədir. Sizin pak qanınız bu vətəni yenidən qurur və ona həyat verir. Yaralarınızdan axan qan isə vətənin yaralarından axan qandır. Bu yaralar yalnız onun torpağının cinayətkar ABŞ və İsrailin çirkinliyindən tamamilə təmizlənməsi ilə sağalacaqdır.
Salam olsun o insanlara ki, Allah onları şahidlik məqamına seçmişdir:
«وَیَتَّخِذَ مِنکُمْ شُهَدَاءَ»
Allah iman gətirənləri (digərlərindən) ayırd etsin və içərinizdən şahidlər tutsun.
Ali İmran surəsi, 140-ci ayə
Allahın salamı olsun yaralı qazilərimizə, azad insanlara və sizin pak ailələrinizin üzərinə. Siz fədakarlıqda öncül, səxavətdə nümunə, mövqedə isə ən möhkəm dayanan insanlar oldunuz.
Bu yolda heç bir çətinlik və maneə bizi öz mövqeyimizdən döndərə bilməz.
Ey əziz və şərəfli insanlar!
Biz hökumətlə düşmən arasında əldə olunmuş razılaşmadan sonra aylarla səbir nümayiş etdirdik, Allah dərgahında savab umaraq dözümlə gözlədik. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ölkənin suverenliyinin qorunması və düşmənin razılaşmanın müddəalarına əməl etməyə məcbur olunması hökumətin birbaşa məsuliyyəti idi.
Biz üzərimizə düşən öhdəliklərə sadiq qaldıq, razılaşmanın bütün tələblərini yerinə yetirdik. Lakin bunun müqabilində düşmənin davam edən hücumları nəticəsində yüzlərlə şəhid verdik, minlərlə insan yaralandı, şəhər və kəndlərimiz dağıntılara məruz qaldı, ölkəmiz böyük itkilərlə üzləşdi. Hətta düşmən elə bölgələrə nüfuz etdi ki, razılaşmadan əvvəl həmin ərazilərə daxil olmağa belə cürət etmirdi.
Biz hökumətə dəfələrlə fürsət verdik, səbir göstərdik və gözlədik. Lakin eyni zamanda açıq şəkildə bəyan etdik ki, səbrimizin də bir həddi vardır və vəhşi düşmənin təcavüzləri qarşısında susmaq sonsuza qədər davam edə bilməz.
Nəticədə hakimiyyət dairələrinin mövqeyi və qəbul etdikləri qərarlar üzə çıxdı. Bu qərarlar istər bilərəkdən, istərsə də bilməyərəkdən cinayətkar ABŞ və İsrailin maraqlarına xidmət etdi. Müqavimətin legitimliyini hədəfə alan və onu qanuni çərçivədən kənarda göstərməyə çalışan yanaşmalar ortaya qoyuldu. Elə həmin dövrdə düşmən açıq şəkildə bəyan edirdi: “Bizim Livanla problemimiz yoxdur, problemimiz Hizbullahdır.” Təəssüf ki, Nazirlər Kabinetində bəzi şəxslər də müqaviməti terrorçu kimi təqdim etməyə çalışırdılar.
Hökumət düşmənlə və onun müharibədəki əsas tərəfdaşı olan Amerika vasitəçisi ilə birbaşa danışıqlara başladı. Buna görə də biz, səbirli və mətin xalqımızla birlikdə bəyan etdik ki, Vaşinqtonda təslimçilik əsasında qəbul olunan qərarlar bizim üçün heç bir dəyər və əhəmiyyət daşımır.
Qoy hamı eşitsin və bilsin ki, uğrunda qanların töküldüyü, fədakarlıqların göstərildiyi və ağır əzabların çəkildiyi əsas tələblərimiz bunlardır:
Birinci: Hərtərəfli atəşkəsin təmin edilməsi və quru, hava və dəniz istiqamətlərindən bütün təcavüzlərin tamamilə dayandırılması.
İkinci: Düşmənin bölgədən tam və qeyd-şərtsiz çıxarılması.
Üçüncü: Sərhəd bölgələri də daxil olmaqla bütün şəhər və kənd sakinlərinin öz evlərinə və yurdlarına təhlükəsiz şəkildə geri qayıtmasının təmin edilməsi.
Dördüncü: Dağıdılmış yaşayış məntəqələrinin, xüsusilə sərhəd kəndlərinin əvvəlkindən daha gözəl, daha möhkəm və daha inkişaf etmiş şəkildə yenidən qurulması.
Beşinci: Bütün əsirlər azad edilərək öz ölkəsinə qaytarılması.
Altıncı: Respublika prezidentinin bəyan etdiyi müdafiə strategiyası və milli təhlükəsizlik dialoqunun həyata keçirilməsi istiqamətində real addımların atılması.
Bu bizim qəti və dəyişməz mövqeyimizdir. Bu yolda heç bir çətinlik və maneə bizi öz mövqeyimizdən döndərə bilməz.
Ey şücaətli xalqımız və qəhrəman müqavimətçilər!
Biz sizə verdiyimiz əhdə sadiqik və bu yoldan dönməyəcəyik. Bizə yardım və müdafiə əlini uzadan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Xüsusilə İran İslam Respublikasına və bu ölkənin Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə və bizim dərdlərimizi öz dərdləri hesab edən bütün məsul şəxslərə səmimi minnətdarlığımızı ifadə edirik. Onlar Livan və müqavimət cəbhələri üçün hərtərəfli atəşkəsin təmin olunması istiqamətində mühüm rol oynamaqda və öz məsuliyyətlərini yerinə yetirməkdə əllərindən gələni edirlər.
Ey vüqarlı xalqımız!
Sizə müjdə olsun! Uca Allahın izni və yardımı ilə biz üçüncü qurtuluş və azadlıq zəfərinə daha yaxınıq.
Allahın salam və bərəkəti sizin üzərinizə olsun.

Rəyiniz