çərşənbə axşamı 2 iyun 2026 - 21:46
Qədir-Xum xütbəsinin əsas və mühüm mövzuları

Hövzə/ VII əsr hicri qəməri dövründə vəfat etmiş mərhum İbn Cəbr “Nəhcül-İman” adlı dəyərli əsərində həzrət Əlinin (ə) şənini, məqamını və mənzilətini izah edən nisbətən geniş bir xütbə nəql etmişdir. O, həmin xütbədə “məşər ən-nas” (ey insanlar) ifadəsini təxminən 70 dəfə təkrarlamışdır ki, bu da ilahi elçinin buyurduğu sözlərin beynəlxalq xarakter daşıdığını göstərən ən mühüm dəlillərdən biridir. Bu sözlər ümumi ünvanlı olub, heç bir xüsusi təbəqəyə məhdudlaşmır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Hüccətül-İslam vəl-müslimin Məhəmmədcəfər Muruci Təbrizi “Qədir-Xum xütbəsində mərifət inciləri” adlı məqaləsində qeyd etmişdir:

Zilhiccə ayının 18-i günü, Peyğəmbəri-Əkrəm (s) tərəfindən təqvalıların mövlası Əmirəl-möminin Əlinin (ə) rəsmi şəkildə vilayət məqamına təyin edildiyi gün hesab olunur.

Bu taleyüklü gün İslam ümmətinin gələcəyi ilə birbaşa bağlı olan bir hadisə idi. Həmin isti hava şəraitində və susuz, səhra mühitində Peyğəmbər (s) Əmirəl-mömininin (ə) fəziləti və üstünlüyü barədə çox mühüm buyuruqlar irad etmişdir.

Hətta havanın həddindən artıq isti olduğu üçün mərhum Şeyx Müfid (h.q. 413-cü il vəfatı) (1023 miladi) “əl-İrşad” (c.1, s.175) əsərində qeyd edir ki, insanların əksəriyyəti istiliyin şiddətindən öz örtüklərini ayaqlarına dolayırdılar.

Sibt ibn Cövzi (h.q. 685-ci il vəfatı) (1287 miladi) “Təzkirətül-Xəvass” (s.37) kitabında orada iştirak edənlərin sayını 120 min nəfər olaraq qeyd etmişdir. İbn Əsakir Dəməşqi (h.q. 571-ci il vəfatı) (1176 miladi) “Tarixi-Dəməşq” (c.45, s.187) əsərində Peyğəmbərin (s) xütbəsini təsvir edərək “فَقَامَ وَقَالَ مَا شَاءَ اللَّهُ أَنْ يَقُولَ” ifadəsini işlətmişdir. Bu ifadə göstərir ki, o çətin istilik şəraitində belə Peyğəmbər (s) qısa deyil, geniş və əhatəli bir xütbə buyurmuşdur.

Bu qısa məqalədə məqsəd həmin tarixi xütbədən mərifət və hikmət incilərini çıxarmaqdır.

VII əsr hicri qəməri dövrünün alimi mərhum İbn Cəbr “Nəhcül-İman” adlı dəyərli əsərində Əmirəl-mömininin (ə) məqam və mənzilətini izah edən nisbətən geniş bir xütbə nəql etmiş və orada “məşər ən-nas” (ey insanlar) ifadəsini təxminən 70 dəfə təkrarlamışdır. Bu isə Allah Peyğəmbərinin (s) buyurduğu sözlərin ümumbəşəri və beynəlxalq xarakter daşıdığını göstərən ən mühüm dəlillərdən biridir; yəni bu xitab yalnız xüsusi bir təbəqəyə deyil, bütün insanlara yönəlmişdir.

1. Ey insanlar! Mən burada dayanacağım son məqamdayam. Buna görə də diqqətlə qulaq asın, itaət edin və Rəbbinizin əmrinə tabe olun. Çünki Allah sizin mövlanızdır, Əli isə sizin imamınızdır.

2. Ey insanlar! Əlini üstün tutun, çünki elə bir elm yoxdur ki, Allah onu mənə verməmiş olsun və mənə öyrətdiyi hər bir şeyi Əliyə də öyrətmişdir. O, məndən sonra sizin üçün elmləri bəyan edəcək şəxsdir.

3. Ey insanlar! Əlini üstün bilin, çünki Allah onu üstün qərar vermişdir. Onu qəbul edin, çünki Allah onu təyin etmişdir.

4. Ey insanlar! Əli Allah tərəfindən təyin olunmuş imamlardandır.

5. Ey insanlar! Əlini üstün bilin, çünki o, məndən sonra kişi və qadınlar arasında insanların ən fəzilətlisidir.

6. Ey insanlar! Bilin ki, Əli və mənim pak övladlarım onun nəslindəndir. Onlar “Səqəli əsğər”, Quran isə “Səqəli əkbər”dir. Bu ifadə məşhur və səhih “Səqəleyn” hədisinə işarədir və mötəbər sünni mənbələrində də qeyd olunmuşdur.

7. Bilin və agah olun: Mən öz vəzifəmi yerinə yetirdim, sizə çatdırılmalı olan vəhyi çatdırdım, eşitdirdim və izah etdim. Bilin ki, Əlidən başqa möminlərin əmiri yoxdur və məndən sonra insanlar üzərində rəhbərlik yalnız ona aiddir.

8. Ey insanlar! Bu Əli, mənə iman gətirən hər kəs üçün mənim qardaşım və canişinimdir. O, Allahın kitabının izahçısıdır.

9. Ey insanlar! Həqiqətən Allah Əlinin imaməti ilə dini sizin üçün kamil etdi. Aydındır ki, bu söz Peyğəmbərin (s) “Bu gün dininizi sizin üçün kamil etdim, nemətimi tamamladım və sizin üçün İslamı din olaraq seçdim” ayəsinə (Maidə, 3) işarə edir.

10. Ey insanlar! O (Əli) Allahın dinini icra edir, Peyğəmbəri müdafiə edir. O, pak, təmiz, hidayət edən və hidayət olunmuşdur. Peyğəmbər (s) ən üstün peyğəmbər, Əli isə ən üstün vəsidir.

11. Ey insanlar! Hər bir peyğəmbərin övladı onun öz nəslindəndir. Mənim övladlarım isə Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) nəslindən olacaqdır.

12. Ey insanlar! Mənim içimdə ilahi bir nur vardır, sonra bu nur Əlidə, daha sonra isə onun nəslində Qiyamətə qədər davam edəcəkdir. O Qaim olan Məhdiyə (ə.f) qədər ki, Allahın və bizim haqqımızı bərpa edəcəkdir.

13. Ey insanlar! Mən Allahın düz yoluyam (sırati müstəqim). Allah sizə əmr etmişdir ki, hidayət yolunu bu istiqamətdə gedəsiniz. Məndən sonra Əli, Əlidən sonra isə onun nəslindən olan hidayət imamları sizi həqiqətə və ədalətə doğru yönəldəcəklər.

14. Ey insanlar! Mən xəbərdarlıq edənəm (inzar edən), Əli isə müjdə verəndir. Ey insanlar! Mən xəbərdarlıq edənəm, Əli isə hidayət edəndir. Ey insanlar! Mən peyğəmbərəm, Əli isə mənim vəsimdir.

15. Ey insanlar! Mən Allahın Rəsuluyam, Əli isə imamlardır. Ondan sonra gələn imamlar onun övladlarıdır. Mən onların hamısının atasıyam və onların hamısı Əlinin nəslindəndir. Qaim olan Məhdi (ə.f) isə bütün dinlərə qalib gələcəkdir. O, zalımlardan intiqam alacaq, qalaları fəth edəcək və dağıdacaqdır. O, Allah dininin yardımçısı, dərin dənizlərdə nur saçan bir çıraqdır. O, bütün elmlərin varisi və bütün bilikləri biləndir… O, Allahın yer üzündə qalan hüccətidir və ondan sonra heç bir hüccət yoxdur. Haqq yalnız onunladır və bütün nurlar onun yanında toplanmışdır… Bilin ki, o, Allahın yer üzündəki vəlisidir.

16. Ey insanlar! Qurani-Kərim sizin aranızdadır və Əli ilə ondan sonra gələn imamlar da sizin aranızdadır. Mən onları sizə tanıtdım. Onlar məndəndir və Əlidəndirlər. Onlara sarıldığınız müddətcə heç vaxt azmazsınız.

17. Ey insanlar! Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) fəzilətləri Allah yanında o qədər çoxdur ki, Allah onları Quranda nazil etmişdir və onların sayı bir məclisdə tam şəkildə sadalana bilməyəcək qədər çoxdur.

18. Ey insanlar! Kim Allaha, Allahın Rəsuluna, Əliyə və qeyd etdiyim digər imamlara itaət edərsə, böyük qurtuluşa (nicata) çatmış olar.

Mərifət inciləri

Qədir-Xum xütbəsinin bu 18 bəndində bir sıra əsas istiqamətlərə və hətta bir neçə mühüm mərifət incisinə işarə etmək mümkündür:

1. Həzrət Əlinin (ə) vilayəti, imaməti və Peyğəmbərin (s) canişini olması.


2. Əmirəl-mömininin (ə) məclisdə olanlardan üstün və daha elmli olması.


3. Allahın Peyğəmbərə (s) öyrətdiyi bütün elmlərin Əmirəl-mömininə (ə) də bəxş edilməsi.


4. Peyğəmbərin (s) övladları və əhli-beytinin həzrət Əlinin (ə) nəslindən və onun sülbündən olması.


5. “Səqəleyn” adlı səhih və mütəvatir hədisə işarə.


6. Peyğəmbərin (s) bütün iştirakçılar qarşısında hüccəti tamamlaması.


7. Allah dininin Əmirəl-möminin Əlinin (ə) vilayət və imaməti ilə kamil olması.


8. İmam Zamanın (ə.f) imaməti və mühüm Məhdiçilik (məhdəviyyət) məsələsinə işarə.


9. İmam Zamanın (ə.f) Allah dininin yardımçısı olması.


10. İmam Zamanın (ə.f) bütün elmlərin varisi olması.


11. İmam Zamanın (ə.f) yer üzündə Allahın vəlisi olması.


12. İnsanların nicatının Əli (ə)-a itaətdən asılı olması.


13. Qurani-Kərimin bir çox ayələrində Əmirəl-möminin Əlinin (ə) fəzilət və məqamına işarə edilməsi.


14. Digər imamların hamısının Peyğəmbərin (s) nəslindən və Həzrət Əlinin (ə) sülbündən olması.

Qədir-Xumda ilk beyət edənlər

Mərhum İbn Cəbr, Peyğəmbəri-Əkrəm (s) Qədir-Xum xütbəsini tamamladıqdan sonra belə nəql edir:

Peyğəmbər (s) ilə əl tutub ilk beyət edən və həzrət Əli (ə) ilə musafaha (əl sıxma) edən şəxslər Əbu Bəkr, Ömər, Osman, Təlhə, Zübeyr və mühacir və ənsardan olan digər səhabələr idilər.

Burada hər kəsin zehnində belə bir sual yaranır: Bu beyət edənlər öz beyətlərinə sadiq qaldılarmı, yoxsa onu pozdular?

Hafiz Zəhəbi (h.q. 748-ci il vəfatı) (1348 miladi) “Sirrul Əl-Aləmin-Nübəla” (c.19, s.328) əsərində Qəzzalinin “Sirrul-aləmain və kəşf ma fid-darəyn” kitabından nəql edərək yazır ki, Peyğəmbər (s) Qədir günü buyurdu: «من کنت مولاه فعلی مولاه» “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Ömər isə həzrət Əliyə (ə) belə dedi: «بَخٍّ بَخٍّ أصبحتَ مولای ومولا کلِّ مؤمنٍ و مؤمنة»
“Bəh-bəh! Sən mənim və hər bir mömin kişi və qadının mövlası oldun.”

Zəhəbi daha sonra qeyd edir ki, Qəzzali deyir: Ömərin bu sözü Əlinin vilayətinə razılıq və təslimiyyətin ifadəsidir. Lakin sonradan vəzifə və rəhbərlik arzusu, eləcə də nəfsani istəklər üstün gəldi və nəticədə onlar müxalifət yoluna düşdülər, həqiqətdən üz döndərdilər və xilafəti dəyərsiz bir qiymətə satdılar. Bu nə pis alış-verişdir! (“Fəbisə ma yəştərun”).

Aydındır ki, Qəzzalinin (h.q. 505-ci il vəfatı) (1112 miladi) bu bəyanı beyətin pozulmasına dair açıq bir ifadə hesab olunur.

Qədir-Xum xütbəsinin əsas və mühüm mövzuları

Müəllif və tədqiqatçı: Qum Elmi Hövzəsinin ustadı
Məhəmmədcəfər Təbrizi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha