çərşənbə axşamı 2 iyun 2026 - 21:46
Həm güclü müdafiə, həm də danışıqlar aparmalıyıq / Birlik və həmrəylik qələbənin ilk addımıdır

Ayətullah Cəfər Sübhani vurğulayaraq bildirib: Həqiqətən də baxmalıyıq ki, İslam bizi danışıqlara dəvət edir, yoxsa qarşıdurmaya. İslam həm düşmən qarşısında güc və qüvvət tələb edir (وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ...) (Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! ) (Ənfal surəsi 60) və həm də sülh danışıqlarını irəli sürür (وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا...) (Əgər onlar sülhə yönəlsələr, sən də sülhə yönəl və Allaha təvəkkül et! Şübhəsiz ki, O eşidəndir, biləndir.) (Ənfal surəsi 61)

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə,  Ayətullah üzma  Cəfər Sübhani bu gün (çərşənbə axşamı, 12 Xordad 1405 / 2 iyun 2026) Prezident Aparatının rəhbəri doktor Məsud Mirzai ilə görüşündə «وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِیعًا وَ لَا تَفَرَّقُوا» ayəsinə (Ali-İmran, 103) istinad edərək bildirib ki, Qurani-Kərim buyurur: “Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.” Burada bir incə məqam var: Nə üçün Allah-Təala «بحبل‌الله» (Allahın ipi) ifadəsini işlədib, “bil-Quran” deməyib? Ola bilsin ki, burada məqsəd budur: Əgər bir toplum parçalanmış, nizam-intizamını itirmiş vəziyyətdədirsə, bu, quyuya düşmüş insana bənzəyir. Belə bir insanı xilas etmək üçün ona bir ip (qanad) uzadılır, o ipdən yapışaraq yuxarı çıxarılır.

Əgər biz də inşallah bu böhrandan çıxmaq istəyiriksə, ilk addım birlik və vəhdət kəlməsidir. Yəni hamının bir mövqedən çıxış etməsi və bir məqsəd ətrafında birləşməsidir. Təbii ki, “hamı” ifadəsi siyasi terminologiyada istifadə olunduğu mənada nəzərdə tutulmur.

Prezident “dağ kimi möhkəm dayanmalıdır”

Həzrət Ayətullah üzma Cəfər Sübhani əlavə edərək buyurub ki, doktor Pezeşkiana salamımı çatdırın. O, ən çətin məqamlarda məsuliyyət bayrağını üzərinə götürmüşdür. ‘Kişi odur ki, zamanın çətinlikləri içində dəyirman daşının alt daşına bənzər olsun’,  yəni çətinliklərdə səbir və dayanıqlılıq göstərsin. İnsan hər zaman dəyirmanın alt daşı kimi möhkəm dayanmalıdır. Prezident dağ kimi möhkəm olmalı, Allahdan yardım istəməli və inşallah Allah ona kömək edəcəkdir. Bu xatırlatma və bənzətmə heç bir kədər və ya məyusluğa yol verməmək üçündür. İnşallah Allah-Təala ona yardım edəcəkdir.

Bahalaşma ilə mübarizəyə çağırış

Həzrət Ayətullah  üzma  Cəfər Sübhani çıxışının davamında qiymət artımı və bahaçılıq məsələsinə toxunaraq bildirib: Media bu böhrandan danışsa da, bəzi şəxslər yenə də qaydalara əməl etmir, məhsulları rəsmi qiymətdən baha satırlar. Bu isə cəmiyyətdə çətinlik yaradır. Əgər biz həqiqi mənada vəhdət kəlməsini gücləndirmək istəyiriksə, aşağı təbəqəyə daha çox diqqət yetirməliyik. Əmirəl-möminin (ə) öz  maarifində daim cəmiyyətin zəif təbəqəsinə qayğını vurğulamışdır. Deməli, əsas yollardan biri dövlətin müəyyən etdiyi qiymətlərə riayət etmək və ondan kənara çıxmamaqdır. Çünki bu, İslam cəmiyyətində vəhdət ruhunun qorunmasına səbəb olur.

Gəlin görək İslam danışıqlar (müzakirə) haqqında nə deyir / İmam Xomeynidən (r) bir xatirə

Bu mərcəi-təqlid müzakirə mövzusuna da toxunaraq bildirib ki, bəzən müşahidə olunur ki, bəzi dostlar danışıqlardan (müzakirələrdən) xoşlanmırlar. Halbuki biz əvvəlcə baxmalıyıq ki, İslam nə deyir. Biz Konstitusiyanın yazılması üçün Tehrana getmişdik. Hamımız ilk xəbərdar (ekspertlər məclisinin üzvləri) idik, o cümlədən doktor Behişti, cənab Müntəzəri, Ayətullah Məkarim Şirazi və digər böyüklər də orada idi. Bir nəfər İmam Xomeyniyə (r) dedi: “Ağa, siz bizi Konstitusiya yazmağa təyin etmisiniz, halbuki biz əvvəllər Konstitusiya yazmamışıq.” O həzrət buyurdu: “İslamın nə dediyini yazın.”

Nəticəyə baxmaq lazımdır

Ayətullah Cəfər Sübhani vurğulayaraq bildirib: Həqiqətən də baxmalıyıq ki, İslam bizi danışıqlara dəvət edir, yoxsa qarşıdurmaya. İslam həm düşmən qarşısında güc və qüvvət tələb edir (وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ...) (Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! ) (Ənfal surəsi 60) və həm də sülh danışıqlarını irəli sürür (وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا...) (Əgər onlar sülhə yönəlsələr, sən də sülhə yönəl və Allaha təvəkkül et! Şübhəsiz ki, O eşidəndir, biləndir.) (Ənfal surəsi 61)
Deməli, danışıqlar öz-özlüyündə problem deyil, əsas məsələ nəticəyə baxmaqdır. Əgər doğrudan da müstəqilliyimizi və xalqın tələblərini təmin edə biliriksə, bu daha yaxşıdır, lakin nunun əksinə olarsa, o zaman başqa qərar verilməlidir.

Həm güclü müdafiə, həm də danışıqlar

Həzrət Ayətullah üzma Cəfər Sübhani qeyd edərək bildirib ki, biz hamımız danışıqları dəstəkləməliyik, amma onun nəticəsinə də baxmalıyıq. Mənim fikrimcə, ən doğru yol həm güclü mövqe sərgiləmək, həm də danışıqlar aparmaqdır. Bu, qarşı tərəfin davranışından asılıdır.

Sonda Ayətullah Sübhani bildirib: Bu mənim şəxsi fikrimdir. Son 40 ildə məsuliyyət daşıyan şəxslərdən və vəzifədə olanlardan da istifadə etmək lazımdır, onlarla məsləhətləşmək və təcrübələrindən yararlanmaq faydalıdır. Onları tamamilə kənarda saxlamaq düzgün deyil.

Məlumata görə, görüşün əvvəlində Prezident Aparatının rəhbəri doktor Məsud Mirzai hökumətin əsas və strateji fəaliyyətləri, xüsusilə də son dövrlərdəki müharibə şəraitində görülən tədbirlər barədə hesabat təqdim edib.

Həm güclü müdafiə, həm də danışıqlar aparmalıyıq / Birlik və həmrəylik qələbənin ilk addımıdır

Xəbər sonu 313/3

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha