Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki Abucadakı ofisində İslam Hərəkatının Tələbələr Birliyinin təşkil etdiyi “İmam Xomeyni Həftəsi”nin 37-ci konfransında İslam İnqilabının banisinin şəxsiyyəti və ideyalarından danışıb.
Şeyx İbrahim Zəkzaki çıxışında İmam Xomeynini (r) müasir dövr üçün ilahi bir nemət adlandıraraq bildirib ki, o, İslam ümmətinin düşüncə tərzini dəyişdirmiş, beynəlxalq səviyyədə dərin və fundamental dönüşlər yaratmışdır.
O, İmam Xomeyninin (r) məktəbində intizar anlayışının mahiyyətcə yenidən formalaşdırıldığını vurğulayaraq deyib: İslam İnqilabının banisi cəmiyyətin bu məsələyə dair ənənəvi və passiv baxışını dəyişdirdi. Çünki İmamın məktəbində intizar sadəcə oturmaq, susmaq və gözləmək deyil. İntizar dinamik, qüdrətli və əməl ilə müşayiət olunan bir hərəkətdir ki, bu da həm həzrət İmam Zamanın (ə.f) zühurundan əvvəl, həm də zühurundan sonra bütün ümmətin üzərinə düşən vəzifədir.
Nigeriya İslam Hərəkatının rəhbəri bildirib ki, İmam Xomeyni (r) dünyanın dinə baxışını dəyişdirdi: Belə ki, din İslam İnqilabının qələbəsindən əvvəl müstəmləkəçi və təkəbbürlü qüvvələrin təbliğ etdiyi kimi xalqı yatırdan və itaətə məcbur edən vasitə deyil, azadlıq, izzət və istiqlaliyyətə çatmağın yolu kimi tanındı.
O, həqiqi maddi qüdrətin xalq kütlələrinin əlində olduğunu qeyd edərək əlavə edib: İslam İnqilabının banisi dünyaya öyrətdi ki, zalım güclər üzərində son qələbə yalnız zülmə qarşı mübarizə, fitnələr qarşısında müqavimət və uca Allaha səmimi təvəkkül sayəsində əldə olunur. Məhz buna görə də bu gün İslam düşmənləri və beynəlxalq hegemon qüvvələr İmamın düşüncəsinin ümmət arasında yayılmasından qorxur və bu ilahi təfəkkürün genişlənməsinin qarşısını almaq üçün səylərini davam etdirirlər.
Şeyx Zəkzaki vurğulayıb ki, İmam Xomeyni (r) yaşayır. Çünki onun düşüncəsi, yolu və məktəbi canlıdır və öz təsirini hələdə qoruyub saxlayır.
O bildirib: Bu gün yeni yollar yaratmağa ehtiyac yoxdur. İslam ümmətinin vəzifəsi yalnız onun hidayətverici yolunu dəqiq və ixlasla izləməkdir.
Nigeriya İslam Hərəkatının rəhbəri sonda qeyd edibki, bu, şəhid Ayətullah Seyid Əli Xameneinin də möhkəm dayandığı və qətiyyətlə müdafiə etdiyi düşüncədir. Buna görə də bugünkü dünya böhranlardan çıxmaq üçün İmam Xomeyninin (r) ideyalarına qayıtmağa ehtiyac duyur. Çünki bu təfəkkür ümmətlərin nicat və səadətinin yeganə yoludur.







Rəyiniz