Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Şeyx Nəim Qasim, İmam Xomeyninin (r) vəfatının ildönümü və son siyasi proseslərlə bağlı yayımladığı bəyanatda qeyd edib ki, İran İslam İnqilabı zülm və işğala qarşı müqavimət prinsiplərinə əsaslanan İslami bir mühitdən başlanmış və “nə şərq, nə qərb” prinsipini elan etmişdir.
O əlavə edib ki, İran İslam İnqilabı bütün çətinliklərə baxmayaraq müxtəlif sahələrdə inkişaf etmiş və azadlıq hərəkatlarını dəstəkləmişdir.
Şeyx Qasim bildirib ki, biz İmam Xomeyninin (r) həyat tərzindən nümunə götürdüyümüz üçün uca Allaha şükür edirik və haqqın və müqavimətin yanında olduğumuzla fəxr edirik.
O vurğulayıb ki, nə Şərq, nə də Qərb İmam Xomeyninin (r) rəhbərliyi ilə İranın siyasi təcrübə yolunda sakit şəkildə irəliləməsinə imkan verməmiş, buna görə də müstəmləkəçi güclər İran əleyhinə 8 illik müharibə başladmışdır. Qərb və ABŞ İranın müqavimət və ədalət modelini qəbul etmir, əksinə onu öz maraqlarına tabe etmək istəyir.
Şeyx Nəim Qasim həmçinin qeyd edib ki, Livandakı müqavimət İmam Xomeyninin (r) fikir və düşüncə tərzindən ilhamlanmışdır, lakin biz öz torpağımız və xalqımız üçün mübarizə aparırıq.
Hizbullah hərəkatının baş katibi əlavə edib ki, İranın “İsrail və Amerika” təcavüzünə qarşı mübarizədə bizə kömək etməsinə görə təşəkkür edirik və bəzi Livan qüvvələri tərəfindən aparılan nəticəsiz, alçaldıcı və rüsvayçı birbaşa danışıqlar geniş şəkildə rədd edilir.
Hizbullahın baş katibi, Höccətül-İslam vəl-müslimin Şeyx Nəim Qasimin İmam Xomeyninin (r) vəfatının ildönümü və siyasi vəziyyətlə bağlı bəyanatının tam mətni:
Bağışlayan və mehriban Allahın adı ilə
Həmd o Allaha məxsusdur ki, Öz peyğəmbərlərini və onların ən üstünü olan Allahın Rəsulu Məhəmmədi (s) hidayət və haqq din ilə göndərdi, onlardan sonra isə məsum, pak və təmiz imamları, eləcə də seçilmiş səhabələri və onlara tabe olan ilahi alimləri təyin etdi ki, hamısı islah, sabitlik və bəşəriyyət üçün nümunə olsun.
Birinci: Böyük və dahi insan İmam Xomeyniyə (r) Alladan rəhmət diləyirik. O, dini dirçəldən və zalım güclərin hegemonluğunu sarsıdan şəxsiyyət idi.
Uca Allah bəşəriyyəti İmam Xomeyninin (r) qiyamı və onun İran İslam İnqilabı vasitəsilə böyük bir dönüşə çatdırd. O, dövrdə ABŞ İran üzərində və onun sərvətləri üzərində hökmranlıq edir, dünyanın və regionun bir çox ölkələrini zülm yolu ilə təsiri altına alırdı, eyni zamanda dünyanın digər hissəsində Sovet İttifaqının təsiri mövcud idi.
Bu inqilab ilahi və dini bir zəmin üzərində, haqq, ədalət, müstəqillik, seçim azadlığı, İslam birliyi, insanın hörməti, zülm və işğala qarşı müqavimət və dünya məzlumlarına dəstək prinsipləri əsasında başlamışdır. İran İslam Respublikası xalqın səsverməsi ilə quruldu, öz konstitusiyasını və qanunlarını tərtib etdi və “nə şərq, nə qərb” prinsipini elan etdi.
İmam Xomeyni (r) din, təfəkkür və mədəniyyət seçimi baxımından ilahi xəttin bütün bəşəriyyət üçün təcəssümüdür.
O, ədalətli və düzgün həyat yolunu seçmək istəyən hər kəs üçün nümunədir. Buna görə də dünyanın müxtəlif bölgələrində bir çox xalq onun rəhbərliyini və ilahi baxışını qəbul etməyə yönəldi və bu, digər materialist və ya düşmən seçimlərlə müqayisədə haqlı və təbii bir seçim sayılır.
Nə Qərb, nə də Şərq İranda İmam Xomeyninin (r) rəhbərliyi ilə həyata keçirilən siyasi təcrübənin sabit şəkildə davam etməsinə imkan vermədi. Buna görə də istismarçı güclər İraq təcrübəsindən istifadə edərək, dünya və region ölkələrinin qüvvələrini səfərbər edib İran İslam Respublikasına qarşı 8 illik müharibə başlatdılar. Məqsədləri İslam Respublikasını devirmək idi. Lakin bu sistem milyonlarla insanın fədakarlığı, iqtisadi və beynəlxalq mühasirə və rəhbərliyin, xalq və həmçinin İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH), ordu və elmi-elitar qüvvələrin müqaviməti ilə müharibəyə tab gətirdi.
Bütün çətinliklərə baxmayaraq, İran bütün sahələrdə inkişaf etdi və azadlıq hərəkatlarına və haqq cəbhəsinə dəstək verdi, digər ölkələrin işlərinə qarışmadan öz yolunu davam etdirdi. Onun ən parlaq mövqelərindən biri Fələstin xalqının torpaqlarının və Qüdsün azadlığına dəstək verməsi və işğalçı, cinayətkar İsrailə qarşı müqavimət hərəkatlarını dəstəkləməsi idi. Bu isə region və hətta dünya üçün təhlükə yaradan bir rejimdir.
İmam Xomeyni (r) haqqı və insan ləyaqətini müdafiə edən ilahi rəhbər nümunəsidir. Bunun qarşısında isə ABŞ, İsrail və digərlərinin təmsil etdiyi zalım model dayanır ki, bu model dünya miqyasında müharibə, xaos, cinayət, uşaq və qadınların qətli və kənd təsərrüfatının və nəsillərin məhvi kimi faciələr yaymışdır. Qəzza bunun bütün dünyanın gözü qarşısında açıq nümunəsidir. Belə bir vəziyyətdə sual yaranır: biz izzət, insan ləyaqəti və sabitlik üçün hansı yolu seçirik? Biz Allaha şükür edirik ki, həyat tərzimizdə İmam Xomeynini nümunə götürmüşük və haqqı və müqaviməti dəstəkləmişik.
Nə üçün ABŞ, Qərb və onların əlaltıları 47 ildir İranla müharibə aparır? Niyə onu mühasirəyə alırlar? Niyə bütün ölkələr üçün qanuni hüquq olan müdafiə gücünə malik olmasına mane olmaq istəyirlər? Niyə beynəlxalq qanunlara görə icazəli olan dinc nüvə zənginləşdirilməsinin qarşısını almağa çalışırlar? Cavab budur: Çünki İranı müstəqillik, ədalət və müqavimət modeli kimi qəbul etmirlər, onu özlərinə tabe və asılı görmək istəyirlər.
ABŞ və İsrail İrana qarşı iki müharibə başlatdılar və bu prosesdə ilahi rəhbər, İmam Xamenei (r), eləcə də bir sıra hərbi, siyasi və nüvə sahəsi rəhbərlərini qətlə yetirdilər. Onlar məktəblərdə uşaqlar da daxil olmaqla mülki insanları öldürdülər və mülki obyektləri dağıtdılar. Bu, açıq şəkildə təcavüz və zülm idi. Lakin onlar bu böyük xalqa qalib gələ bilmədilər və gəlməyəcəklər.
Bu xalq İmam Xomeyni yolu ilə Kərbəla ruhunda tərbiyə olunmuş bir xalqdır və Allahın izni ilə İmam Xamenei (r) kimi saleh rəhbərliyi ilə yoluna davam edəcək.
Livan müqaviməti isə İmam Xomeyninin (r) düşüncəsindən ilhamlanaraq işğalçı düşmənə qarşı formalaşıb. Biz isə öz torpağımız və xalqımız üçün mübarizə aparırıq. Bu müqavimət İmam Musa Sədrin (Allah onu salamat saxlasın) və şəhid Seyid Həsən Nəsrullahın yolunun davamıdır və müxtəlif siyasi qrupların iştirakı ilə birgə hərəkət edir.
İkinci: İmam Xomeyninin (r) vəfatının ildönümü, Qədir-Xum bayramı və İmam Əli (ə)-ın vilayəti ilə üst-üstə düşən bu günlərdə biz bu böyük hadisələrin təsiri altında siyasi vəziyyəti haqq və prinsip əsasında təhlil edirik.
İsrail və ABŞ-nin təcavüzlərinə qarşı mübarizədə, böyük çətinliklərə baxmayaraq, torpağımızı və haqqımızı geri almağımız üçün bizə yardım etdiyi üçün İrana təşəkkür edirik. İran, Livana qarşı təcavüzlərin dayandırılmasının bir hissəsi kimi, Livanda hərtərəfli atəşkəsin möhkəmləndirilməsi üçün çalışır.
Livana dair aparılan birbaşa danışıqların nəticələri mənasız, alçaldıcı və utancverici olub və Livan xalqının geniş təbəqələri tərəfindən tam və ya qismən rədd edilir. Bu nəticələr Vaşinqton bəyanatı ilə birlikdə təqdim olunmuşdur və ABŞ ilə İsrailin “Böyük İsrail” layihəsi çərçivəsində Livanı təslim almağa yönəlmiş əsas prinsiplərini əks etdirir.
Müqavimətin tərksilah edilməsi əsas şərt kimi irəli sürülürsə, bu Livanın gücünün məhv edilməsi və müqavimət göstərən xalqımızın məhvinə yönəlmiş varlıq təhlükəsidir. Bu, Livanı dağıtmaq, onu sabitsizliyə sürükləmək və Livanlılar arasında İsrailin xeyrinə fitnə yaratmaq üçün bir plandır. İsrail müharibə ilə əldə edə bilmədiyini siyasətlə əldə etməyə çalışır. Bu isə şəhidlərin, yaralıların, əsirlərin və fədakar xalqın qanına xəyanət etmək deməkdir və biz belə bir xəyanəti qəbul etmirik.
Bu bəyanat Livan xalqının bir hissəsinin məhvinə və qalan hissəsinin əsarət altına alınmasına yönəlmiş bir yol xəritəsidir.
“Atəşkəs” adı altında təhlükəsizlik prosesi ilə bağlı irəli sürülən planlar əslində yalnız bir xəyaldır. Belə ki, guya Hizbullah hərəkatı atəşkəsi təmin etməli, döyüşçülər isə cənub bölgəsini tərk etməlidir. Halbuki hücumlar davam edir və hərbi təzyiq mövcuddur. Bu isə faktiki olaraq təslim olmaq və düşmənin məqsədlərinə xidmət etmək deməkdir; bu, şeytanın cənnətə daxil olma arzusuna bənzəyir.
Biz yalnız təcavüzlərin tam dayandırılmasını, hərtərəfli atəşkəsin bərqərar olmasını və İsrailin geri çəkilməsini tələb edirik. Atəşkəs bütün Livanı əhatə etməlidir; yəni cənub və digər bölgələr arasında fərq qoyulmamalıdır və İsrailə Livan ərazisində sərbəst şəkildə hücum etmək imkanı verilməməlidir. İşğal davam etdikcə müqavimət də davam edəcək.
Biz heç kim qarşısında öhdəlik götürməmişik ki, təcavüzlərə qarşı müqavimət göstərməyək və onlara cavab verməyək. Təcavüzlər davam etdiyi müddətcə, biz bütün gücümüzlə onlarla qarşılaşacağıq və harada qərar versək və imkan tapsaq, onları hədəfə alacağıq.
Kəndlərimiz təhlükəsiz olmadığı, bombalandığı və dağıdıldığı, xalqımız öldürüldüyü müddətcə, İsrail yaşayış məntəqələri də təhlükəsiz olmayacaq. Biz gücümüz və şiddətimizlə irəliləyəcəyik. Peyğəmbərləri qətlə yetirənlər bizim torpaqlarımızda rahatlıq görməyəcəklər.
Biz düşmənlərlə döyüşəcəyik ki, onları torpaqlarımızdan çıxaraq və onların təcavüzünü dayandıraq. Bunu Allahın köməyi və dəstəyi ilə, müqavimətin cəsur qəhrəmanlarının igidliyi ilə, böyük və misilsiz xalqımızın dəstəyi ilə edəcəyik. Bu xalq böyük fədakarlıqlar göstərmişdir və biz onları yüksək qiymətləndiririk. Onlar müqavimətə sadiq şəkildə dəstək verirlər və şəhidlərin qanından alınan güclə irəliləyirik.
Uca Allah buyurur: (لاَ تَهِنُوا فِی ابْتِغَاءِ الْقَوْمِ إِنْ تَکُونُوا تَأْلَمُونَ فَإِنَّهُمْ یَأْلَمُونَ کَمَا تَأْلَمُونَ وَتَرْجُونَ مِنَ اللهِ مَا لاَ یَرْجُونَ وَکَانَ اللهُ عَلِیماً حَکِیماً)
(Düşmən) qövmlə (döyüşmək) istəyiniz barəsində zəiflik göstərməyin! Əgər siz acı çəkirsinizsə, bilin ki, onlar da sizin kimi acı çəkirlər. Üstəlik siz onların ümid etmədikləri şeyləri Allahdan ümid edirsiniz. Allah hər şeyi biləndir, hikmət sahibidir.” (Nisa, 104)
Biz bu sarsılmaz müqavimətin qələbəsinə inanırıq: “Bizə möminlərə yardım etmək vacib idi.”
Əsas məqsəd Livanın suverenliyinin təmin edilməsidir və bu yalnız bir yol ilə mümkündür: İsrailin Livana qarşı bütün təcavüzlərinin (quruda, havada və dənizdə) dayandırılması, İsrail qüvvələrinin Livan ərazisindən çıxarılması və ordunun Litani çayının cənubunda yerləşdirilməsi, əsirlərin azad edilməsi, insanların bütün kəndlərinə qayıtması və ölkənin yenidən qurulması.
Biz “müqavimətin mövcudluğu” ilə “təcavüzlərin dayandırılması və İsrailin geri çəkilməsi” arasında heç bir əlaqə qəbul etmirik. Həmçinin heç kəsin Livanın daxili işlərinə müdaxilə edərək siyasi, iqtisadi və sosial sahələrdə qərarlar diktə etmək və ya ölkənin suverenliyinə zidd “milli təhlükəsizlik strategiyası” adı altında qərarlar qəbul etdirmək haqqı yoxdur.
Biz milli birliyə və İsrail təcavüzlərinə qarşı həmrəyliyə böyük önəm veririk, çünki bu birlik hamımız üçün gücdür.
Biz məsuliyyəti hökumətin üzərinə qoyuruq ki, öz vəzifəsini yerinə yetirsin və Livanda mövcud olan daxili boşluq və çatışmazlıqları aradan qaldırsın. Bu problemlər hökumətin siyasi seçimlərindən qaynaqlanır və bu seçimlər nə milli konsensusu, nə konstitusiya prinsiplərini, nə də sülh içində birgəyaşayış formulunu tam şəkildə təmsil etmir.
Hökumət məsuliyyət daşıyır ki, İsrailin ölkəmizə qarşı təcavüzlərinə qarşı Livanlıların birliyini təmin edəcək addımlar və dialoqların həyata keçirilməsinə öncüllük etsin. Çünki bu təcavüz hamımıza qarşı yönəlib.
Daha doğru olan budur ki, bu ölkənin övladları əvvəlcə təcavüzə qarşı birlikdə razılaşsınlar, daha sonra isə öz daxili məsələlərini konstitusiya çərçivəsində, məzhəblərarası razılaşma əsasında, vətəndaşların birliyi və dinc birgəyaşayış prinsipləri daxilində həll etsinlər.
Biz məsul şəxslərdən tələb edirik ki, “birbaşa danışıqlar” adlandırılan bu istehza və təhqir xarakterli prosesi dayandırsınlar. Bununla siz bütün xalqınızın dəstəyini “suveren dövlət” ətrafında birləşdirərək daha da güclənə bilərsiniz. Elə bir dövlət ki, düşmənlər sonda ona təslim olacaqlar.
Rəyiniz