cümə 5 iyun 2026 - 21:12
Yəmənin paytaxtı və müxtəlif şəhərlərində böyük Qədir-Xum bayramı münasibətilə geniş mərasimlər keçirilib + Fotolar

Hövzə/ Qədir-Xum bayramı münasibətilə Yəmənin paytaxtı Səna şəhərində, eləcə də ölkənin müxtəlif vilayət və şəhərlərində geniş bayram mərasimləri keçirilib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Yəmənin paytaxtı Sənada, eləcə də Səədə, Dali, Ləhc, Rimə, Zimar, Məhvit, Təiz, Beyda, İb, Mərib, Cövf, İmran və digər şəhərlərdə Qədir-Xum bayramı – “Eydullahil-Əkbər” (Böyük bayram) münasibətilə geniş  bayram mərasimləri keçirilib.

Yəmənin paytaxtı Səna “Vilayət bayramı”nın ildönümünü qeyd etmək üçün toplaşan böyük insan axını ilə dolub-daşıb. Bu mənzərə xalqın bu müqəddəs münasibətə göstərdiyi geniş maraq və bağlılığı nümayiş etdirib.

Hərbi Kollec meydanı, Təhrir meydanı, Yeni Səna Universitetinin meydanı və Əş-Şəəb məscidinin şərq hissəsində yerləşən meydan paytaxtın müxtəlif bölgələrindən gəlmiş minlərlə iştirakçı ilə dolub.

Əs-Səbiin, Əs-Safiyə və Əl-Vəhdə rayonlarının sakinləri Əş-Şəəb məscidinin şərqindəki meydanda toplaşıblar. Təhrir meydanında da oxşar izdiham müşahidə olunub. Eyni zamanda Bəni əl-Haris, Əs-Səvrə və Şəub rayonlarının sakinləri Hərbi Kollec meydanında, Muin rayonunun sakinləri isə Yeni Səna Universitetinin meydanında bir araya gəliblər.

İştirakçılar ağ bayraqlar, müxtəlif plakatlar və Allahın düşmənlərindən bəraəti ifadə edən şüarlar qaldırıblar. Onlar “Allahu Əkbər, Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət olsun, qələbə İslamındır” şüarlarını səsləndirərək bu bayram və onun daşıdığı iman dəyərləri ilə fəxr etdiklərini bildiriblər.

Mərasimlər müxtəlif xalq proqramları, o cümlədən həvəsləndirici marşlar və Qədir-Xum bayramına həsr olunmuş nəğmələrlə müşayiət olunub. Bayram abu-havasında keçən tədbirlər iştirakçıların vilayət günü münasibətilə göstərdikləri coşqu və bağlılığı əks etdirib.

Meydanlar həmçinin “Quran şəhidi” Seyid Hüseyn Bədrəddin əl-Husi və “Ənsarullah” hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husinin və bir sıra şəhidlərin şəkilləri ilə bəzədilib. Bu mənzərə bayramın dini və mənəvi məzmununun iştirakçılar arasında canlı şəkildə yaşadığını nümayiş etdirib.

Bəni əl-Haris rayonunun icra başçısı Şeyx Sultan əl-Əvzəri Hərbi Kollec meydanında toplaşan izdiham qarşısında çıxış edərək siyasi elitanı, alimləri, məsul şəxsləri və digər iştirakçıları salamlayıb, həmçinin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi və bütün Yəmən xalqını bu münasibətlə təbrik edib.

Bundan sonra həmin meydanda müxtəlif nəğmə və məddahlıq olunaraq proqramlar təqdim olundu. Bu proqramlar yəmənlilərin bu mübarək  bayram münasibətilə  fəxr etdiklərini və onların İmam Əli ibn Əbu Talibə (ə) olan dərin ehtiramını nümayiş etdirirdi. Tədbirlər yerli xalq mərasimləri, Allahın düşmənlərindən bəraət şüarları, “Ləbbeyk ya Əli!” nidaları və müxtəlif şeirlərin səsləndirilməsi ilə müşayiət olundu.

Mərasim çərçivəsində əsas çıxışı Vəqflər və İrşad Baş Təşkilatının sədr müavini Şeyx Fuad Naci edib. O, çıxışında vilayət gününün dini və tarixi əhəmiyyətindən danışaraq Qədir-Xum hadisəsini və həzrət Peyğəmbərin (s) həmin gün verdiyi tarixi xəbəri xatırlatdı. O vaxt Peyğəmbər (s) İmam Əlinin (ə) əlini qaldıraraq buyurmuşdu:
“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”

Şeyx Naci hazırkı mərhələdə vilayət anlayışının düzgün dərk edilməsinin əhəmiyyətinə toxunaraq bildirib ki, Qurani-Kərim yəhudi və xristianların vilayətini qəbul etməyi qadağan edir və İslam düşmənləri ilə dostluqda tələskənlik göstərməkdən çəkindirir. O vurğuladı ki, Allah-taala öz vilayətinə, Peyğəmbərinin vilayətinə, İmam Əlinin (ə) və hidayət imamlarının vilayətinə möhkəm yapışmağı əmr etmişdir. O, bu vilayəti ümməti düşmənlərə bağlılıqdan qoruyan bir sipər kimi dəyərləndirdi.

Natiq İmam Əlinin (ə) İslamın ilk dövrlərində və Bədr, Ühüd, Əhzab və Xeybər kimi böyük döyüşlərdə göstərdiyi qəhrəmanlıqların bir hissəsini xatırladaraq onun Allah Rəsulunun (s) yanında malik olduğu uca məqamı izah edib. O Peyğəmbər ki, İmam Əli (ə) haqqında belə buyurmuşdu: “Haqq Əli ilədir və Əli də haqq ilədir.”

Şeyx Naci bildirib ki, İmam Əliyə (ə) məhəbbət imanla nifaqı bir-birindən ayıran əsas meyarlardandır. O qeyd edib ki, Vilayət gününün qeyd olunması Yəmən xalqının bu prinsipə bağlılığının təcəssümüdür və ABŞ ilə İsrail məhz bu bağlılığı hədəfə almağa çalışırlar. O vurğulayaraq bildirib ki, bu yola bağlı qalmaq qüdrət, qələbə və ümmətin məsələləri, eləcə də müqavimət cəbhəsi ilə həmrəylik amillərindən biridir.

Şeyx Naci əlavə edib ki, vilayətə sadiqlik əslində İslamın dəyərlərinə, əxlaqına və prinsiplərinə sadiqlik deməkdir. O, Yəmən xalqının düşmənlərlə mümkün yeni qarşıdurmalara hazır olduğunu bir daha bəyan edərək sionist yəhudilərdən və onların xəttində hərəkət edən hər kəsdən bəraət etdiklərini vurğuladı.

Səna şəhərinin Təhrir meydanında da səhərin erkən saatlarından etibarən toplaşan vətəndaşların iştirakı diqqət çəkirdi. Onlar bildirdiriblər ki, mərasimə hazırlıq işləri son üç gün ərzində aparılıb və böyük təhlükəsizlik komitələri bu münasibətlə gələn qonaqlara xidmət göstərir. İştirakçılar vurğulayıblar ki, nicat və qurtuluş yalnız Allah, onun Rəsulu və İmam Əlinin (ə) vilayətinə bağlılıqla mümkündür.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha