Həzrət Ayətullah Nuri Həmədaninin Ayətullah Fəyyazın vəfatı münasibətilə verdiyi başsağlığı mesajının mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Ali məqamlı fəqih həzrət Ayətullah üzma Fəyyazın (r) vəfatı dərin hüzn və təəssüf hissi doğurdu.
O həqiqətən öz bərəkətli ömrünü Əhli-beyt (ə) maarifinin yayılması yolunda sərf etmişdir. O çoxsaylı şagirdlər yetişdirməklə, eləcə də dəyərli elmi əsərlər ərsəyə gətirməklə İslam ümmətinə böyük xidmətlər göstərmişdir. Həzrət Ayətullah üzma Fəyyazın (r) vəfatı İslam ümməti üçün böyük və ağır itki hesab olunur.
Mən bu ali məqamlı təqlid mərcəsinin vəfatı münasibətilə bütün şiələrə, elmi hövzələrə, xüsusilə Nəcəf şəhərinin elmi hövzəsinə və onun möhtərəm ailəsinə dərin hüznlə başsağlığı verir və mərhuma uca Allahdan rəhmət və məğfirət diləyirəm.
5 iyun 2026-cı il
Ayətullah Hüseyn Nuri Həmədani
Rəyiniz