çərşənbə 10 iyun 2026 - 15:26
Məhdəviyyət mövzuları (48) | İmam Zamanı (ə.f) gözləyənlərin vəzifə və məsuliyyətləri

Bu gün İmam Zamana (ə.f) etiqad və onun müqəddəs yoluna qarşı çıxanların sayı az deyil. Belə bir dövrdə dini təlimlərin əsas prinsiplərindən olan səbir və dözümlülüyə daha çox ehtiyac var. Möminlər qarşılaşdıqları çətinlik və sınaqlar qarşısında mətanət nümayiş etdirməli, öz iman və əqidələrində möhkəm qalmalıdırlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları silsiləsi İmam Zaman (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə hörmətli oxuculara təqdim olunur.

Qeyd olunur ki, xüsusi vəzifələr İmam Məhdinin (ə.f) qeyb dövrü ilə birbaşa bağlı olan vəzifələrdir. Bu vəzifələr aşağıdakılardır:


1. İmam Məhdinin (ə.f) dostlarını sevmək və düşmənləri ilə düşmən olmaq

Rəvayətlərdə İslam Peyğəmbərindən (s) öz əhli-beytinə (ə) qarşı məhəbbət və onların düşmənlərinə qarşı isə düşmənçilik mövqeyi bütün zamanlar üçün mühüm prinsip kimi vurğulanmışdır. Lakin bəzi rəvayətlərdə xüsusilə İmam Məhdinin (ə.f) dostlarını sevmək və düşmənlərinə qarşı mövqe sərgiləmək ayrıca tövsiyə olunmuşdur.

İmam Baqir (ə) Peyğəmbərdən (s) belə nəql edir:

«طُوبی لِمَنْ اَدْرَکَ قائِمَ اَهْلِ بَیتی وَهُوَ یأتَمُّ بِهِ فی غَیْبَتِهِ قَبْلَ قِیامِهِ وَیَتَوَلّی اَوْلِیاءَهُ وَیُعادِی اَعْداءَهُ، ذلِکَ مِنْ رُفَقایی وَ ذَوِی مَوَدَّتی وَاَکْرَمُ اُمَّتی عَلَی یَوْمَ القِیامَةِ.» (کمال الدین و تمام النعمة، ج ۱، ص ۲۸۶)

Tərcüməsi: Xoş o kəsin halına ki, mənim nəslimdən olan Qaimi (İmam Məhdi) qəbul edər və onun qeyb dövründə, qiyamından öncə ona tabe olar, onun dostları ilə dost, düşmənləri ilə düşmən olar. Belə şəxs qiyamət günü mənim dostlarımdan və mənə ən yaxın olan ümmətimdən sayılar.  (Kəmalud-din və təmame nemət, c.1, səh. 286)

2. Qeyb dövrünün çətinliklərinə səbir etmək

Bu gün müxtəlif səbəblərdən İmam Məhdinin (ə.f) qeybətdə olmasına inancı qəbul etməyən və onun yolunu qəbul etməyən insanlar az deyil və bu istiqamətdə müxtəlif addımlar atılır. Dini təlimlərin əsas prinsiplərindən biri çətinliklər və müsibətlər qarşısında səbir etməkdir. Buna görə də bu dövrdə əvvəlkilərlə müqayisədə daha çox səbir və dözümlülük göstərmək zəruridir.

Abdullah ibn Sənan İmam Sadiqdən (ə) nəql edir ki, Peyğəmbər (s) buyurub:

«سَیَأْتِی قَوْمٌ مِنْ بَعْدِکُمْ الرَّجُلُ الْوَاحِدُ مِنْهُمْ لَهُ أَجْرُ خَمْسِینَ مِنْکُمْ. قَالُوا: یَا رَسُولَ اللَّهِ نَحْنُ کُنَّا مَعَکَ بِبَدْرٍ وَ أُحُدٍ وَ حُنَیْنٍ وَ نَزَلَ فِینَا الْقُرْآنُ. فَقَالَ: إِنَّکُمْ لَوْ تَحَمَّلُوا لِمَا حُمِّلُوا لَمْ تَصْبِرُوا صَبْرَهُمْ.» (شیخ طوسی، کتاب الغیبة، ص۴۵۶)

Sizdən sonra elə bir qövm gələcək ki, onların gördüyü işlərin savabı sizin əlli nəfərin gördüyü işin savabına bərabər olacaq...     (Şeyx Tusi, kitabul-qebət, səh.456)

Ey Allahın Rəsulu! Biz Bədr, Ühüd və Huneyn döyüşlərində Sizinlə birlikdə vuruşmuşuq və bizim barəmizdə ayələr nazil olmuşdur”. Peyğəmbər (s) buyurdu: “Əgər siz onların dözdüyü çətinliklərə dözə bilsəniz belə, onların səbir və dözümlülüyünə dözə bilməzsiniz”.

İmam Hüseyn ibn Əli (ə) buyurub:

«اِنَّ الصَّابِرَ فِی غَیبَتِهِ عَلَی الاَذی وَالتَّکْذِیبِ بِمَنزِلَةِ المُجاهِدِ بِالسَّیْفِ بَیْنَ یَدَی رَسُولِ اللَّهِ صلی‌الله‌علیه‌وآله‌وسلم.» (کمال الدین و تمام النعمة، ج ۱، ص ۳۱۷)

İmam Məhdinin (ə.f) qeyb dövründə əziyyətə və təkzibə səbir edən şəxs, Peyğəmbərin (s) qarşısında qılıncla cihad edən mücahid kimidir. 
 (Kəmalud-din və təmame nemət, c.1, səh. 317)


3. İmam Məhdi (ə.f) üçün fərəc duası

Dua və münacat İslam dinində böyük dəyərə malikdir. Dua həm də bütün bəşəriyyətin çətinliklərdən xilasına vasitədir. Şiə inancına görə, bu məqsəd yalnız Allahın son höccətinin qeybətdən zühur etməsi ilə tam şəkildə gerçəkləşir. Buna görə də bəzi rəvayətlərdə fərəcin (zühurun) tezləşməsi üçün dua etməyə xüsusi tövsiyə olunmuşdur.

İnsan intizar halında öz Rəbbindən İmam Məhdinin (ə.f) zühurunun tezləşməsini diləyir. Çünki onun zühuru ilə insanlığın hidayəti, inkişafı və kamilliyi tam şəkildə təmin olunur.

Rəvayətdə İmam Məhdi (ə.f) özü buyurur:

«وَأَکْثِرُوا الدُّعاءَ بِتَعجیلِ الْفَرَجِ.» (کمال الدین و تمام النعمة، ج ۲، ص ۴۸۳)

“Fərəcin (zühurun) tezləşməsi üçün çox dua edin.”  (Kəmalud-din və təmame nemət, c.2, səh. 483)

Mərhum Ayətullah Əli Pəhləvani Tehrani (1926–2004) 

Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbainin xüsusi tələbəsi olan Ayətullah Səadətpərvər bu barədə belə deyir:
Ona görə də hər kəs bilir ki, imamın dua və tövsiyəsi yalnız sözlərin tələffüzü və dil vərdişi deyil. Baxmayaraq ki, dua oxumağın da xüsusi savabı vardır. Əsas məqsəd, dua mənasına daimi qəlbi diqqət və qeyb dövründə dinin qorunmasının, düzgün etiqadın və imamətə inamın yalnız yəqin və səbir sahibi insan tərəfindən mümkün olduğunun dərk edilməsidir.” (Zühure nur, s. 103)


4. Həmişə hazır olmaq 

Qeyb dövrünün ən mühüm vəzifələrindən biri davamlı və həqiqi hazırlıqdır. Bu barədə çoxlu rəvayətlər mövcuddur.

İmam Baqir (ə) “اصْبِرُوا وَ صابِرُوا وَ رابِطُوا” ayəsinin təfsirində buyurur:

«اصْبِرُوا عَلَی أَدَاءِ الْفَرَائِضِ وَ صَابِرُوا عَدُوَّکُمْ وَ رَابِطُوا إِمَامَکُمُ الْمُنْتَظَرَ.» (النعمانی، الغیبة، ص ۱۹۹)

“Vacib əməllərin icrasında səbirli olun, düşmənləriniz qarşısında bir-birinizi dəstəkləyin və qeybətdə olan imamınız üçün daim hazır olun.”  Ən-numani, Əl-qeybət, səh.199

Bəzi şəxslərin “ribat” sözünü imamla görüş və əlaqə mənasında izah etməsi doğru deyil. Bu termin əsasən hazırlıq və mübarizəyə hazır vəziyyətdə olmaq mənasını daşıyır. (لسان العرب، ج ۷، ص ۳۰۳؛ مجمع البحرین، ج ۴، ص ۲۴۸)


 

5. İmamın adının və xatirəsinin ucaldılması

Şiələrin qeyb dövründə üzərinə düşən vəzifələrdən biri İmam Məhdi (ə.f)-in adının və xatirəsinin ucaldılmasıdır. Bu, müxtəlif formalarda həyata keçirilə bilər: dua məclisləri, dini toplantılar, mədəni fəaliyyətlər, təbliğat işləri, elmi müzakirələr və tədqiqatlar – hamısı bu məqsədə xidmət edir.


---

6. Vilayətlə bağlılığın qorunması

İmam Zaman (ə.f) ilə qəlbi bağlılığın qorunması və onunla əhd-peymanın daim yenilənməsi hər bir möminin əsas vəzifələrindəndir.

İmam Baqir (ə) buyurur:

«یَأْتِی عَلَی اَلنَّاسِ زَمَانٌ یَغِیبُ عَنْهُمْ إِمَامُهُمْ فَیَا طُوبَی لِلثَّابِتِینَ عَلَی أَمْرِنَا فِی ذَلِکَ اَلزَّمَانِ إِنَّ أَدْنَی مَا یَکُونُ لَهُمْ مِنَ اَلثَّوَابِ أَنْ یُنَادِیَهُمُ اَلْبَارِئُ جَلَّ جَلاَلُهُ فَیَقُولَ عِبَادِی وَ إِمَائِی آمَنْتُمْ بِسِرِّی وَ صَدَّقْتُمْ بِغَیْبِی فَأَبْشِرُوا بِحُسْنِ اَلثَّوَابِ مِنِّی فَأَنْتُمْ عِبَادِی وَ إِمَائِی حَقّاً مِنْکُمْ أَتَقَبَّلُ وَ عَنْکُمْ أَعْفُو وَ لَکُمْ أَغْفِرُ وَ بِکُمْ أَسْقِی عِبَادِیَ اَلْغَیْثَ وَ أَدْفَعُ عَنْهُمُ اَلْبَلاَءَ وَ لَوْلاَکُمْ لَأَنْزَلْتُ عَلَیْهِمْ عَذَابِی.» (کمال الدین و تمام النعمة, ج۱, ص۳۳۰)


İnsanlar elə bir zaman gəlib çatacaq ki, onların imamı onlardan qeybə çəkiləcək. Xoş o kəslərin halına ki, həmin dövrdə bizim əmrimiz üzərində sabitqədəm olarlar. Onlar üçün ən kiçik savab budur ki, uca Allah onları çağıraraq belə buyurar: “Ey mənim bəndələrim və qullarım! Siz mənim gizli (işlərimə) iman gətirdiniz və mənə inandınız. Sizə mənim tərəfimdən gözəl müjdə olsun. Siz həqiqi mənim bəndələrim və qullarımsınız. Sizin dualarınızı qəbul edərəm, sizi bağışlayaram, günahlarınızı əfv edərəm. Sizin vasitənizlə bəndələrimə yağış endirərəm, onlardan bəlanı uzaqlaşdıraram. Əgər siz olmasaydınız, onlara əzab nazil edərdim.” (Kəmalud-din və Təmamun-nimə, c. 1, s. 330)

İmam (ə) daha sonra buyurur ki, o dövrdə sabitqədəm olanlar üçün Allahın ən kiçik mükafatı belə böyük ilahi lütflərlə, o cümlədən günahların bağışlanması, rəhmət, bərəkət və bəndələrə yağışın nazil olması ilə doludur.

Bu mövzuların ardı var..

Mənbə: "Dərsnameye məhdəviyyət" kitabı, müəyyən dəyişikliklərlə

Kitabın müəllifi: Xudamurad Səlimiyan

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha