cümə axşamı 11 iyun 2026 - 05:00
Xalqın və İran gənclərinin meydanlardakı möhtəşəm iştirakını daha da gücləndirin, qəhrəmanlıq mədəniyyətini və müqavimət ruhunu genişləndirin / İran xalqı yüz gecə ərzində bu vətənin tarixində qızıl hərflərlə yazılacaq bir səhifə yaratdı

Hövzə / İran İslam Respublikasının şərəfli və başıuca xalqı, xüsusilə də əziz gənclər, yüz gecədən artıq müddətdə meydanlarda, şəhər və kəndlərdə fəal iştirak etməklə bu vətənin tarixində qızıl hərflərlə yazılacaq bir səhifə açdılar. Bu möhtəşəm və misilsiz hadisə dünya ictimaiyyətini heyrətə gətirmişdir. Düşmənlərin ruhdan düşməsində əsas rol oynayan bu bənzərsiz xalq hərəkatı təqdir və alqışa layiq olmaqla yanaşı, düşmənin və onun əlaltılarının bütün planları tamamilə məhv edilənədək davam etdirilməlidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkədəki mövcud vəziyyət və təbliğatçıların fəal mövqe tutmasının, həmçinin cari şəraitin geniş ictimaiyyətə izah edilməsinin zəruriliyi mövzusunda ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi müraciət yayımlayıb. Müraciətdə deyilir:
بسم الله الرحمن الرحیم

أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِیبٌ

اَلسَّلامُ عَلَیْکَ یا اَباعَبْدِاللَّهِ وَ عَلَی الاَرْواحِ الَّتی حَلَّتْ بِفِناَّئِکَ

Bağışlayan və mehriban Allahın adı ilə 
 Həqiqətən, Allahın yardımı yaxındır.

Salam olsun sənə, ey Əba Əbdillah, və sənin hərəmində məskən salmış pak ruhlara salam olsun.

Əhdə vəfa etməmək, müqavilələri pozmaq və verilən sözləri tapdalamaq Amerika və sionist təkəbbür sahiblərinin xasiyyətində və mahiyyətinin dərinliklərində kök salmışdır. « إِنَّهُمْ لَا أَیْمَانَ لَهُمْ» (Onların heç bir əhdi yoxdur). Onlar yenidən atəşkəsin və qarşılıqlı danışıqlar mübadiləsinin ortasında bu şeytani xüsusiyyətlərini, hiyləgərlik mədəniyyətlərini və əhd-peyman pozan mahiyyətlərini nümayiş etdirdilər. Əziz Livan və qürurlu Dahiyə bölgəsi sionist cəlladların hücumuna məruz qaldı. Müharibə tərəfdarı olan amerikalılar isə zalımcasına dəniz mühasirəsini davam etdirməklə yanaşı, qəsbkar İsrailin son hücumlarını da dəstəklədilər və beləliklə müharibə başladan və əhdə xəyanət edən simalarını ən çirkin şəkildə ortaya qoydular.

Bu şeytani hərəkətlər, verilən vədlərin pozulması və insan, eləcə də beynəlxalq qanunların ayaqlar altına atılması nəticəsində qüdrətli İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), İranın igid silahlı qüvvələri, Livan, Yəmən, İraq və ümumilikdə bütün müqavimət cəbhəsi zəncirvari ayağa qalxdı. Onlar hiyləgər və amansız təcavüzkarların üzərinə od yağdıraraq onları təslim olmağa məcbur etdilər və bu yol, Allahın izni ilə, davam edəcəkdir.

Elmi hövzələr və hövzə qurumları böyük mərcəyi-təqlidlərin və Ali Məqamlı Rəhbərin (Allah onu qorusun) bildirişlərinə əməl edərək qüdrətli silahlı qüvvələrə, hərbi, asayiş və təhlükəsizlik qurumlarına, qürurlu Bəsic təşkilatına, Livanda və bütün bölgədə fəaliyyət göstərən müqavimət cəbhəsinin müxtəlif qollarına təşəkkür və minnətdarlıqlarını bildirir, eyni zamanda aşağıdakı məqamlara bir daha təkid edirlər:

İran, İslam, müqavimət cəbhəsi və həmçinin İslam ümmətinin qüdrətinin yeni dövrü başlanmışdır. Dünyada və bölgədə hakim olan bir çox zalım, müstəmləkəçi münasibətlər və tənliklər sarsılmış və dəyişməyə başlamışdır. Dünya məzlumları, İslam ümməti və həmçinin İran xalqının mənafeyinə əsaslanan yeni münasibətlər və yeni tənliklərin müjdələri artıq görünməkdə və formalaşmaqdadır.

Bu strateji və tarixi dönüş nöqtəsi İranın və bütün bölgənin hərbi, iqtisadi, ictimai və mədəniyyət sahələrində genişmiqyaslı ayıqlığa, şüura, birliyə, fədakarlığa, canından keçməyə və müqavimətə bağlıdır. İranın qəhrəman xalqı, müqavimət cəbhəsi, elm və ictimai elitalar, ziyalılar, hakimiyyətin üç qolu, hörmətli məsullar və  eləcədə aidiyyəti qurumlar bu böyük qarşıdurmaya və taleyüklü müharibəyə uyğun şəkildə, İranın və İslamın izzət və əzəmətinin müdafiəsi istiqamətində planlaşdırma aparmalı və həmçinin lazımi addımlar atmalıdırlar. Bu prosesdə hamımızın, xüsusilə də ruhaniyyətin, elmi hövzələrin və universitetlərin üzərinə ikiqat məsuliyyət düşür.

Qüdrətli silahlı qüvvələrimizin hazırlığını yüksək qiymətləndirərək və təqdir edərək ümid edirik ki, bu hazırlıq, eləcə də sürətli və dəqiq əməliyyatlar davam etdiriləcək və daha da gücləndiriləcəkdir. Ali Baş Komandanın göstərişləri əsasında bütün zəruri infrastruktur yaradılmalı, dəqiq proqnozlar və hazırlıqlar həyata keçirilməli, düşmən üçün meydan daha da daraldılmalı və qaranlıqlaşdırılmalıdır. Atəşkəsin pozulmasının və “nə müharibə, nə də sülh” vəziyyətinin davam etməsinin ağırlığı düşmən üçün artırılmalı, ona müharibədən əvvəlki vəziyyətə qayıtmaq və yenidən güc toplamaq imkanı verilməməlidir.

İran İslam Respublikasının şərəfli və başıuca xalqı, xüsusilə də əziz gənclər, yüz gecədən artıq müddətdə meydanlarda, şəhər və kəndlərin küçələrində iştirak etməklə bu vətənin tarixində qızıl bir səhifə yazdılar ki, bu da dünya ictimaiyyətini heyrət və təəccüb içində qoymuşdur. Bu misilsiz hadisə düşmənin ümidsizliyə qapılmasında mühüm rol oynamışdır. Bu möhtəşəm iştirakı təqdir və alqışlamaqla yanaşı, vurğulamaq lazımdır ki, düşmənin və onun əlaltılarının planları tamamilə məhv edilənədək bu yol davam etməlidir.

Mövcud şəraiti və dəfələrlə baş verən danışıqların pozulmasını nəzərə alaraq, sözləşmə mübadiləsinə və danışıqlara bel bağlamaq olmaz. Son dərəcə ayıq və uzaqgörən davranmaq lazımdır. Xalqın ehtiyaclarının təmin olunması, ölkənin inkişafı və dağıntıların bərpası üçün mövcud müharibə şəraitinə uyğun tədbirlər görülməli, müqavimət iqtisadiyyatı, böhran idarəçiliyi və meydan cihadı prinsipləri əsasında addımlar atılmalıdır.
Hakimiyyətin üç qoluna və ölkənin icraedici məsullarına təşəkkür və minnətdarlığımızı bildirərək gözləyirik ki, hamı iqtisadi cihada qalxsın və dəniz mühasirəsini, eləcə də düşmənin planlarını neytrallaşdırmaq üçün yeni yollar tapsın. Bütün xalq, sənaye sahibləri, bazar əhli, müxtəlif peşə sahibləri, cihad qrupları və iqtisadiyyatda təsirli qüvvələr bu iqtisadi cihadda iştirak etməli, İslam dini, İran və eləcədə rəşadətli İran xalqına yardım göstərməlidirlər. Şübhəsiz ki, bu yolda qüdrətli İran xalqı da lazımi əməkdaşlığı göstərəcək və Allahın köməyi ilə İranın təslim olmasını və alçaldılmasını arzulayan düşmən öz məqsədinə çatmayacaqdır.

Bu yolun qət edilməsi, iqtisadi və məişət problemlərinin həlli, vurulmuş zərərlərin aradan qaldırılması təşəbbüs və yaradıcılığa, koordinasiya və iştiraka, həmçinin səy və mübarizəyə,  həmrəyliy və birliyə, eləcə də əsaslı tədbirlərə ehtiyac duyur.

Məhərrəm ayının, İmam Hüseynin (ə) Aşura günlərinin yetişməsi və şəhidlər sərvəri həzrət İmam Hüseynin (ə) izzət bəxş edən matəm bayraqlarının ucaldılması yeni bir fürsətdir. Bu fürsət matəm heyətlərinin, xalq və cihad xeymələrinin, minbərlərin və dəyərli din xadimlərinin fəaliyyəti ilə İran xalqının və gənclərinin küçə və meydanlardakı iştirakını daha da artırmalı, qəhrəmanlıq mədəniyyətini və müqavimət ruhunu dərinləşdirməlidir.

Aşura izzət və əzəmətin coşqun mənbəyidir. O, müxtəlif mənəvi, mədəni, ictimai və siyasi dərsləri özündə daşıyır və İslam və İran kimliyinin əsas dayaqlarından biridir. Bu hərəkətverici, həyat bəxş edən və əbədi sərvəti düzgün tanımaq və onun ruhunu cəmiyyətin damarlarına yeritmək lazımdır.

Gözlənilir ki, bütün dəyərli təbliğatçılar, gənc tələbələr, alimlər, hörmətli ustadlar, cümə və camaat imamları, mücahid və uzaqgörən ruhanilər, bütün heyətlər, xeymələr, mərsiyəxanlar və növhə oxuyanlar ölkənin hər yerində, eləcə də bütün dünyada maarifləndirmə və həqiqətləri izah etmə cihadını, xalqın yanında, o cümlədən meydanda və küçələrdə iştirak ənənəsini davam etdirsinlər. Onlar Məhərrəm və Səfər aylarında, Aşura və Ərbəin günlərində öz cihad fəaliyyətlərinin miqyasını və dərinliyini daha da genişləndirməlidirlər.

Bu dini, mənəvi və inqilaba layiqli vəzifələrin yerinə yetirilməsi, hazırkı tarixi dönüş nöqtəsində, eləcədə böyük sınaq dövründə, xalqın misilsiz dirçəlişi və ilahi oyanışı şəraitində ən mühüm strateji prioritet hesab etməlidirlər.

Bölgələrdəki böyük alimlərin tövsiyələri, eləcə də təbliğat və mədəniyyət qurumlarının, həmçinin “Bəlaği Mübin” Qərargahının göstərişləri əsasında genişmiqyaslı mədəni, qəhrəmanlıq ruhunu gücləndirən və maarifləndirici proqramlar hazırlanmalı, planlı şəkildə həyata keçirilməlidir.

Onlar Allah üçün qiyamı, Allah yolunda cihadı və Allahın risalətlərinin təbliğini öz əsas məqsədləri etməli, İmam Hüseynin (ə) Aşura günündə baş vermiş hadisənin mesajını, İnqilabın iki rəhbərinin (r) düşüncələrini, uca məqamlı şəhidlərin yolunu və Ali Məqamlı Rəhbərə itaətin əhəmiyyətini təbliğ etməlidirlər. İctimai mühiti və virtual məkanı qəhrəmanlıq ruhu və Aşura maarifi ilə doldurmalıdırlar.

Uca Allahın yardımları və həzrət Sahibəz-Zamanın (ə.f) xüsusi nəzəri sayəsində İslam və İranın başıuca döyüşçülərinin, müqavimət cəbhəsinin və İslam ümmətinin Amerika və sionist düşmənləri üzərində qələbəsini  arzu edirəm.

«وَمَا النَّصْرُ إِلّا مِنْ عِندِ اللَّهِ الْعَزِیزِ الْحَكِیمِ»

“Qələbə yalnız Qüdrətli və Hikmət sahibi olan Allah tərəfindəndir.”

Ölkə üzrə Elmi hövzələrin rektoru 

Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha