cümə axşamı 11 iyun 2026 - 16:35
Şeyx İbrahim Zəkzakinin sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı mühüm vurğusu

Hövzə / Şeyx İbrahim Zəkzaki sosial şəbəkələrdən düzgün istifadənin zəruriliyini vurğulayaraq, bu platformalardan sui-istifadə edilməsinə qarşı xəbərdarlıq edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Şeyx İbrahim Zəkzakinin ofisinin sosial şəbəkə səhifəsinə istinadən, o, 1447-ci hicri-qəməri ilinin Zilhiccə ayının 23-də (9 iyun 2026-cı il) Əbucadakı iqamətgahında keçirilən “TikTok Fəalları Məclisi Konfransı”nın yekun çıxışında sosial şəbəkələri müasir dövrdə fikrin çatdırılması üçün ən mühüm vasitələrdən biri kimi qiymətləndirib.

O, tarix boyu hər hansi bir xəbərin insanlara çatdırılmasının əhəmiyyətinə toxunaraq, bu sahədə həzrət Məhəmməd (s), Şeyx Osman dan Fodio və həmçinin İmam Xomeyni (r) dövründən nümunələr gətirib və bildirib ki, hər bir tarixi mərhələdə rabitə və kommunikasiya vasitələri mesajın yayılmasında mühüm rol oynayıb.

Şeyx Zəkzaki eyni zamanda vurğulayıb ki, sosial şəbəkələrdən həm müsbət işlər, həm də yanlış məqsədlər üçün istifadə etmək mümkündür və bu məsələ tamamilə istifadəçilərin həmin vasitələrdən necə yararlanmasından asılıdır.

O, çıxışında fikirlərin natamam şəkildə nəql olunması və cümlələrin əsas məzmun və kontekstdən ayrılaraq yayılması barədə də xəbərdarlıq edib və əlavə edib: Söz öz əsas çərçivəsi və konteksti daxilində nəql edilməlidir. Çünki bir fikir öz kökündən və mənsub olduğu mühitdən ayrıldıqda, onun həqiqi mənası itir və yanlış anlaşılmalara səbəb olur.

Nigeriya İslam Hərəkatının lideri çıxışının sonunda virtual məkanda təhqir və söyüşdən çəkinməyi tövsiyə edərək istifadəçiləri diqqəti əsas məsələlərdən yayındıran mövzuların və yalnız diqqət cəlb etmək məqsədilə yaradılan süni qalmaqalların ardınca getməməyə çağırıb.

O, vurğulayıb ki, insanlar uyğun olmayan və məqsədli şəkildə gündəmə gətirilən “trend”lərin cəmiyyətin diqqətini mühüm məsələlərdən yayındırmasına imkan verməməlidirlər.

Şeyx İbrahim Zəkzakinin sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı mühüm vurğusu

Şeyx İbrahim Zəkzakinin sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı mühüm vurğusu

Şeyx İbrahim Zəkzakinin sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı mühüm vurğusu

Şeyx İbrahim Zəkzakinin sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı mühüm vurğusu

Şeyx İbrahim Zəkzakinin sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı mühüm vurğusu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha