cümə axşamı 11 iyun 2026 - 16:36
Məhdəviyyət mövzuları (50) | Qurani-Kərimdə Məhdəviyyət (ikinci hissə)

Hövzə/ Yalnız “zəif və məzlum olmaq” düşmənlərə qalib gəlmək və yer üzündə hakimiyyət qurmaq üçün kifayət deyil. Əksinə, imanlı olmaq və lazımi səriştə və qabiliyyətlərin qazanılması da zəruridir. Dünyanın məzlumları bu iki prinsipi həyata keçirmədikcə yer üzündə hakimiyyətə çatmayacaqlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı çəhdəviyyət mövzuları silsiləsi həzrət İmam Zaman (ə.f) ilə bağlı təlim və maariflərin yayılması məqsədilə hörmətli oxuculara təqdim olunur.

Həzrət Məhdinin (Allah onun zühurunu tezləşdirsin) zühuru və onun qlobal inqilabı ilə bağlı bəzi ayələr aşağıdakı kimidir:

Birinci ayə:

«وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ»
(Ənbiya, 105)

“Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh qullarım varis olacaqdır!” - deyə yazmışdıq. (Təfsirçilərin bir qismi yuxarıdakı ayədə qeyd edilən “Zikr” kəlməsi ilə “Tövrat”ın, bir qismi isə “Lövhi-məhfuz”un nəzərdə tutulduğunu ifadə etmişlər.)


Bu ayədə salehlərin dünya üzərində hakimiyyət qurması kimi ən aydın ilahi mükafatlardan birinə işarə olunur. Bir çox rəvayətlərdə bu mühüm hadisənin Həzrət Məhdinin (ə.f) zühur dövründə baş verəcəyi bildirilmişdir.

Ayənin sözləri:

“Zəbur” – Davud Peyğəmbərin (ə) Zəburu (yəni Davudun münacat və nəsihətlər toplusu).
“Zikr” – əsas mənada xatırladıcı kitab deməkdir, lakin bu ayədə Tövrat (Musanın kitabı) kimi izah edilmişdir.
“Ərəz” (yer) – xüsusi dəlil olmadıqda bütün yer kürəsini bildirir.
“İrs” – alış-veriş olmadan bir şeyin kiməsə keçməsi, həmçinin bir qövmün digərinə qalib gəlməsi və hakimiyyət əldə etməsi mənasında işlənir.

Ayədə “Allahın bəndələri” ifadəsi onların iman və tövhid əhli olduğunu göstərir, “saleh” sözü isə iman, təqva, elm, güc, idarəçilik və ictimai şüur kimi bütün kamillikləri əhatə edir.

Beləliklə, yalnız məzlumluq deyil, həm də iman və səriştə bu qələbənin şərtidir.

Qeyd:

1. Ali-Muhəmməd (s)

İmam Baqirdən (ə) nəql olunmuşdur:

«هُمْ آلُ مُحَمَّدٍ يَبْعَثُ اللَّهُ مَهْدِيَّهُمْ بَعْدَ جَهْدِهِمْ فَيُعِزُّهُمْ وَيُذِلُّ عَدُوَّهُمْ»
(Şeyx Tusi, “əl-Ğeybə”, s. 184)

“Onlar Ali-Muhəmməddir. Allah onların Məhdisini onların zəhmət və çətinliklərindən sonra göndərəcək, onları izzətli edəcək və düşmənlərini zəlil edəcək.”

Bu hədis ayənin mənasını məhdudlaşdırmır, sadəcə ən ali nümunəni göstərir. Hər zaman və hər yerdə saleh bəndələr qalib olacaqlar.


2. Davud Zəburunda salehlərin qələbəsi:

Zəburda oxşar ifadələr bir neçə yerdə gəlmişdir:

“Pis insanlar məhv olacaq, Allaha təvəkkül edənlər isə yer üzünə varis olacaqlar...” (Məzamir Davud, 37:9)

“Müti olanlar yer üzünə varis olacaq və böyük sülhdən sevinc tapacaqlar.” (Məzamir Davud, 37:11)

“Allahın bərəkətli bəndələri yerə varis olacaq...” (Məzamir Davud, 37:27)

“Salehlərin günlərini Allah bilir və onların mirası əbədi olacaqdır.”
(Məzamir Davud, 37:18)

Bu ifadələrdə Qurani-Kərimdə keçən “salehlər” termini eyni şəkildə Məzamir Davud kitabında müşahidə olunur. Bundan əlavə, digər ifadələrdə siddiqin (doğruçular), mütəvəkkillər (Allaha təvəkkül edənlər), mübarəklər (bərəkət verilmişlər) və mütəzərrilər (təvazökarlar) kimi anlayışlar da qeyd edilmişdir.

Bu terminlər “salehlərin hakimiyyəti”nin ümumiliyinə dəlalət edir və həzrət Məhdinin (ə.f) qiyamı ilə bağlı rəvayətlərlə uyğunluq təşkil edir.


3. Salehlərin hakimiyyəti yaradılış qanunlarından biridir

Bilmək lazımdır ki, bu cür hakimiyyətlər yaradılışın və kainatın təbii qanunlarına zidd deyil. Əksinə, yaradılışın fitri və ilahi istiqaməti imanlı və saleh insanların hakimiyyəti ilə uyğunluq təşkil edir.

Kainatın nizamı gələcəkdə ədalətli və düzgün ictimai sistemin qəbul olunacağına açıq bir dəlildir. Bu da yuxarıda qeyd olunan ayələrdən və dünya islahatçısı olan böyük qiyamla bağlı hədislərdən başa düşülür. (“Nümunə Təfsiri”, c. 13, s. 515–524)

Bu mövzu davam edir...
 
Mənbə: “Dərsnameyi-Məhdəviyyət” kitabından müəyyən dəyişikliklərlə...

Müəllif: Xudamurad Səlimiyan

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha