şənbə 13 iyun 2026 - 20:27
Şəhid Ayətullah Seyid Əli Xamnei (r) ilə vida mərasimlərinin təfərrüatları açıqlanıb

Hövzə | Mücahid Şəhid həzrət Ayətullah Seyid Əli Xameneinin (r) şəhadətinin anım mərasimi üzrə Qərargah 3 saylı bildirişində şəhid Ayətullah Seyid Əli Xamnei (r) ilə vida mərasimlərinin təfərrüatlarını açıqlayıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Mücahid Şəhid həzrət Ayətullah Seyid Əli Xameneinin (r) şəhadətinin anım mərasimi üzrə Qərargahın 3 saylı bildirişi yayımlanıb.

بسم الله الرّحمن الرّحیم

«مِنَ الْمُؤْمِنِینَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَیْهِ فَمِنْهُم مَّن قَضَی نَحْبَهُ وَمِنْهُم مَّن یَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِیلًا»

Bağışlayan və mehriban Allahın adı ilə 

“Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.” (Əzhab surəsi 25 ci ayə)

Şiə aləminin böyük mərceyi-təqlidi, İslam İnqilabının hikmətli rəhbəri və haqq və müqavimət cəbhəsinin bayraqdarı, mücahid şəhid  Ayətullah Seyid Əli Hüseyni Xameneinin (r) izzətli şəkildə şəhadətə ucalmasından sonra İslam dünyası bütün ömrünü haqq kəlməsinin ucalmasına, İslamın müdafiəsinə, xalqa xidmətə və İslam ümmətinin hidayətinə həsr etmiş böyük bir şəxsiyyətin ayrılığına matəm saxlayır.

Şəhid Ayətullah Seyid Əli Xamnei möhkəm iman, ixlaslı mübarizə, sarsılmaz səbir və ilahi bəsirət sayəsində daim İranın istiqlalının, İslam ümmətinin hidayət və izzətinin bayrağını uca tutmuşdur. O misilsiz şəxsiyyətin adı və xatirəsi İran İslam Respublikasının tarixində, İslam dünyasında və dünyanın bütün azadlıqsevər insanlarının qəlbində əbədi yaşayacaqdır.

Mücahid Şəhid  Ayətullah Xameneinin (r) şəhadətə ucalmasının anım mərasimi üzrə Qərargah həzrət İmam Zamana (ə.f), İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə (Allah onu  qorusun) və haqq yoluna bağlı olan bütün azad xalqlara başsağlığı verir, eyni zamanda  İran İslam Respublikasının sədaqətli və coşqulu xalqına, eləcə də İslam və İnqilab aşiqi olan bütün insanlara dərin təşəkkür və minnətdarlığını bildirir.

Bu Qərargahın əvvəlki bildirişlərinə uyğun olaraq və həyata keçirilmiş proqramlar nəzərə alınmaqla, əziz və matəmli xalqa çatdırılır ki, həmin mücahid şəhid Ayətullah Xamnei (r) və onun ailə üzvlərinin, həmçinin hörmətli şəhidlər doktor Misbahül-Hüda Baqiri-Kəni, Seyidə Büşra Hüseyni Xamenei, Zəhra Həddad Adil və Zəhra Məhəmmədi Gülpayqaninin (Allah onlara rəhmət eləsin) pak peykərlərinin vida mərasimi və dəfnə yola salınması və torpağa tapşırılması mərasimləri aşağıdakı qaydada keçiriləcəkdir:

Şənbə və bazar günləri, 13 və 14 Tir 1405-ci il (4 və 5 iyul 2026-cı il), 19 və 20 Məhərrəm 1448-ci il tarixlərinə təsadüf edir: Tehran şəhərindəki İmam Xomeyni (r) Musəllasındakı müqəddəs nəşlə vida mərasimləri keçiriləcək.

Bazar ertəsi, 15 Tir 1405-ci il (6 iyul 2026-cı il), 21 Məhərrəm 1448-ci il tarixində: Tehranda dəfnə yola salma mərasimi keçiriləcək.

Çərşənbə axşamı, 16 Tir 1405-ci il (7 iyul 2026-cı il), 22 Məhərrəm 1448-ci il tarixində: müqəddəs Qum şəhərində dəfnə yola salma mərasimi təşkil olunacaq.

Cümə axşamı, 18 Tir 1405-ci il (9 iyul 2026-cı il), 24 Məhərrəm 1448-ci il və İmam Səccadın (ə) şəhadət gecəsinə təsadüf edən gündə, müqəddəs Məşhəd şəhərində dəfnə yola salma mərasimi keçiriləcək və nəş İmam Rzanın (ə) mübarək hərəmində torpağa tapşırılacaq.

Bütün əziz və dəyərli insanları, dünya azadlıqsevərlərini, İslam məktəbinin davamçılarını və həmçinin İrana maraq göstərən hər kəsi bu möhtəşəm mərasimlərdə iştirak edərək həmin Ali Məqamlı şəhid Ayətullah Seyid Əli Xamneini (a) son mənzilə yola salmağa dəvət edirik.

Sonda bu tədbirin keçirilməsi üçün adiyyati qurumlar və xalq qrupları tərəfindən görülən geniş hazırlıq və təşkilat işlərinə görə təşəkkür edirik. Eyni zamanda vurğulayırıq ki, bu mərasimlərin keçirilməsində əsas rolu matəmin həqiqi sahibləri olan fədakar və daim meydanda olan xalq oynayacaq və inşallah, misilsiz və möhtəşəm bir xalq hadisəsi ortaya çıxacaqdır.

Bu mərasimlərin təfərrüatları sonrakı məlumatlarda ictimaiyyətə çatdırılacaqdır.

İslam İnqilabının Şəhid Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri Ofisi

23 Xordad 1405-ci il (13 iyun 2026-cı il).

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha