çərşənbə 17 iyun 2026 - 16:16
Süni intellekt və bankçılıq bu gün hövzənin fiqhi prioritetləridir

Hövzə | Ayətullah üzma Cəfər Sübhani Elmi hövzələri süni intellekt, bankçılıq və digər müasir məsələlər üzrə ixtisaslaşmış fiqhi araşdırmaların gücləndirilməsinə və İslam dünyasının aktual ehtiyaclarına cavab verməyə çağırıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şiə məzhəbinin böyük təqlid mərcələrindən olan Ayətullah üzma Cəfər Sübhani Ayətullah üzma Fəyyazın ailə üzvləri ilə görüşündə onun elmi şəxsiyyəti haqqında danışaraq bildirib:

“Onun görkəmli xüsusiyyətlərindən biri budur ki, öz ustadlarının, xüsusilə mərhum Ayətullah üzma Əbulqasim Xoyinin nəzər və fikirlərini son dərəcə aydın, səlis və axıcı qələmlə oxuculara çatdırıb. Beləliklə, mürəkkəb və çətin elmi mövzular sadə və anlaşıqlı formada təqdim olunub.”

O, həmçinin Ayətullah üzma İshaq Fəyyazın araşdırdığı yeni fiqhi məsələlərə, o cümlədən bankçılıq və digər müasir mövzulara toxunaraq əlavə edib:

“Elm hövzələrində, xüsusilə Nəcəf Elmi hövzəsində müasir və yeni ortaya çıxan məsələlərə həsr olunmuş müstəqil dərslər keçirilməlidir. Süni intellekt və bu gün İslam cəmiyyətlərinin ehtiyac duyduğu digər yeni mövzular da həmin dərslərin əsas istiqamətlərindən olmalıdır.”

Ayətullah üzma Sübhani sözlərinə davam edərək bildirib:

“Fiqhin bir çox bölmələri, o cümlədən alqı-satqı və müamilələrə dair məsələlər son iki əsrdə fəqihlər tərəfindən geniş şəkildə araşdırılıb. Buna görə də Nəcəf Elmi hövzəsinin yeni meydana çıxan məsələlərin araşdırılmasında öncül olması, bu sahədə müstəqil dərslər təşkil etməsi və müasir fiqh sistemində dönüş yaradaraq İslam dünyasının qarşısında yeni üfüqlər açması məqsədəuyğundur.”

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha