Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları həzrət Məhdi (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə dəyərli oxuculara təqdim olunur.
Yaradılışın məqsədi uca Allaha bəndəlik etməkdir.¹ Bəndəliyin əsası və təməli isə onu tanımaqdır.² Bu mərifətin ən ali təcəllisi Peyğəmbəri (s) və onun vəsilərini tanımaqdır. Şübhəsiz ki, bəndələrin Allah qarşısındakı mühüm vəzifələrindən biri həmin müqəddəs varlığı tanımaqdır. Bu mərifət yalnız Allah peyğəmbərlərini, xüsusilə də sonuncu Peyğəmbəri (s) layiqincə tanımaqla kamilləşir. Bu mühüm məqsəd də yalnız onun vəsilərini, xüsusilə sonuncu ilahi höccəti tanımaqla həyata keçir.
Bir şəxs İmam Hüseyndən (ə) soruşdu:
«یَا اِبْنَ رَسُولِ اَللَّهِ بِأَبِی أَنْتَ وَ أُمِّی فَمَا مَعْرِفَةُ اَللَّهِ قَالَ مَعْرِفَةُ أَهْلِ کُلِّ زَمَانٍ إِمَامَهُمُ اَلَّذِی یَجِبُ عَلَیْهِمْ طَاعَتُهُ.» (عللالشرایع، ج ۱، ص ۹)
“Ey Allah Rəsulunun oğlu! Atam-anam sənə fəda olsun, Allahı tanımaq nə deməkdir?” İmam Hüseyn (ə) cavabında buyurdu: “Allahı tanımaq odur ki, hər dövrün insanları itaəti onlara vacib olan imamlarını tanısınlar.”
(Mənbə: İləlil-Şərayi, c. 1, səh. 9)
Buna görə də imamı tanımaq Allahı tanımaqdan ayrı deyil, əksinə onun bir hissəsi və təzahürüdür. İmam Məhdidən (ə.f) nəql olunan duada belə buyurulur:
«اللَّهُمَّ عَرِّفْنِی نَفْسَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی نَفْسَکَ لَمْ أَعْرِفْ نَبِیکَ اللَّهُمَّ عَرِّفْنِی رَسُولَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی رَسُولَکَ لَمْ أَعْرِفْ حجّتکَ اللَّهُمَّ عَرِّفْنِی حجّتکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی حجَّتَکَ ضَلَلْتُ عَنْ دِینِی.» (کافی، ج 1، ص 342)
“İlahi! Özünü mənə tanıtdır. Çünki əgər Özünü mənə tanıtdırmasan, Peyğəmbərini tanımayacağam. İlahi! Öz Rəsulunu mənə tanıtdır. Çünki əgər Rəsulunu mənə tanıtdırmasan, Höccətini tanımayacağam. İlahi! Öz Höccətini mənə tanıtdır. Çünki əgər Höccətini mənə tanıtdırmasan, dinimdən azaram.”
(Mənbə: əl-Kafi, c. 1, səh. 342)
İmamı tanımağın üç əsas yolu:
1. Nəss
Nəss, yəni Peyğəmbərin (s) açıq şəkildə bəyan və təyini etməsi deməkdir ki, bunun məzmunu ilahi təyin və ya imamın Allahın əmri ilə təyin olunmasından xəbər verməkdir. Birinci növdə təyin vasitəsiz şəkildə həyata keçirilir və ilahi fel sayılır, Peyğəmbərin (s) nəssi isə həmin ilahi təyindən xəbər vermək kimidir. İkinci növdə isə ilahi fel Peyğəmbər (s) vasitəsilə baş verir və bu, Allahın əmri ilə həyata keçirilir, onun Peyğəmbərə nisbət verilməsi mələklərin əməllərinin Allaha nisbət edilməsi kimidir.
2. Kəramət
İmamlıq iddiası edən şəxsin əlində kəramətin zahir olması onun iddiasının doğruluğuna dəlil hesab olunur və bəzi böyük alimlərin ifadəsinə görə, bu həm də onun Allah tərəfindən nəss və təyinə əsasən seçildiyinə dəlalət edir. Bu məsələdə iki baxış mövcuddur: Birincisi budur ki, kəramət müstəqil şəkildə imamətə dəlildir. Digəri isə budur ki, əsas dəlil Peyğəmbərin (s) və ya əvvəlki imamın nəssi və təyinidir, kəramət isə həmin təyinin dəlilidir. Əgər nəss bizə çatmayıbsa və kəramət mövcuddursa, kəramət göstərir ki, həmin şəxs barəsində nəss olmuşdur, lakin bizə gəlib çatmamışdır.
3. Praktik həyat tərzi (sireyi-əməli)
Əxlaq, davranış, həyat tərzi, elm və bilik imamı tanımağın yollarından biridir. Bu yol yalnız ayırd etmə qabiliyyətinə malik olan şəxslər üçün mümkündür ki, onlar əxlaq, davranış, söz və müxtəlif rəftarlar vasitəsilə bu məqam sahibini tanıya bilsinlər. (Lütfullah Safi Gülpayqani, “İmamı tanıma haqqında”, səh. 77–78)
Bu gün mötəbər rəvayətlərin çoxluğu nəzərə alındıqda İmam Zamanı (ə.f) tanımaq üçün yol açıqdır. Şiələrin səkkizinci imamı İmam Əli ibn Musa Rza (ə) buyurur:
«... الاِمَامُ أَمِینُ اللَّهِ فی خَلْقِهِ وَ حُجَّتُهُ عَلَی عِبَادِهِ وَ خَلِیفَتُهُ فِی بِلادِهِ وَ الدَّاعِی إِلَی اللَّهِ وَ الذَّابُّ عَنْ حُرَمِ اللَّهِ الاِمَامُ الْمُطَهَّرُ مِنَ الذُّنُوبِ وَ الْمُبَرَّأُ عَنِ الْعُیُوبِ الْمَخْصُوصُ بِالْعِلْمِ الْمَوْسُومُ بِالْحِلْمِ نِظَامُ الدِّینِ وَ عِزُّ الْمُسْلِمِینَ وَ غَیْظُ الْمُنَافِقِینَ وَ بَوَارُ الْکَافِرِینَ الاِمَامُ وَاحِدُ دَهْرِهِ لایُدَانِیهِ أَحَدٌ وَ لایُعَادِلُهُ عَالِمٌ وَ لا یُوجَدُ مِنْهُ بَدَلٌ وَ لا لَهُ مِثْلٌ وَ لا نَظِیرٌ مَخْصُوصٌ بِالْفَضْلِ کُلِّهِ مِنْ غَیْرِ طَلَبٍ مِنْهُ لَهُ وَ لا اکْتِسَابٍ بَلِ اخْتِصَاصٌ مِنَ الْمُفْضِلِ الْوَهَّابِ ...» (Kafi, cild 1, səh. 201)
İmam Allahın yaratdıqları arasında onun əmanətçisi, bəndələrinə höccəti, ölkələrində xəlifəsi, insanları Allaha dəvət edən və Allahın hüquqlarını müdafiə edən şəxsdir. İmam günahlardan pak və eyblərdən uzaqdır. Elm ona məxsusdur və o, helm ilə tanınır. İmam dini nizama salan, müsəlmanların izzəti, münafiqlərin qəzəbi və kafirlərin məhvi səbəbidir. İmam öz dövrünün təkidir. Heç kim onun məqamına yaxınlaşa bilməz, heç bir alim onunla bərabər ola bilməz, onun əvəzi yoxdur, oxşarı və bənzəri də mövcud deyil. Bütün fəzilətlər ona məxsusdur və bu, onun öz səy və təlaşı ilə deyil, yalnız Allahın ona xüsusi lütfü ilə verilmişdir.
Doğrudan da, bu xüsusiyyətləri tanımaqla insan imamı tanımaq yolunda böyük bir addım atmış olur və bundan sonra itaət və əməl mərhələsi başlayır.
Bu mövzuların ardı var...
Mənbə: “Dərsnamei Məhdəviyyət” kitabından müəyyən dəyişiklərlə
Müəlli: Xudamərad Səlimiyan
Qeydlər:
1. «وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِیَعْبُدُونِ.» (Zariyat, 56-cı ayə)
2. «أَوَّلُ عِبَادَةِ اَللَّهِ مَعْرِفَتُهُ.» (Şeyx Səduq, Tövhid, səh. 34; Şeyx Tusi, Əmali, səh. 22)
Rəyiniz