Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İran xalqına ünvanladığı müraciətin mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Qeyrətli və vəfalı İran xalqı!
Bildiyiniz kimi, İran və Amerika Birləşmiş Ştatlarının prezidentləri arasında bir anlaşma memorandumu imzalanmışdır. Bu mərhələyə çatmaq üçün məsul şəxslər xeyirxahlıq və xoş niyyətlə böyük səylər göstərdilər. Əlbəttə, bu məsələnin həyata keçməsi üçün müxtəlif vasitələrdən istifadə edən tərəf çıxılmaz vəziyyətdə qalan ABŞ prezidenti olmuşdur.
Mən, prinsip etibarilə, (علیالاصول) başqa bir mövqedə idim. Lakin möhtərəm prezidentin Milli Təhlükəsizlik Ali Şurasının sədri kimi həm öz adından, həm də digər üzvlər adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunması barədə mənə verdiyi öhdəliyə, eləcə də bunun məsuliyyətini üzərinə götürdüyünü açıq şəkildə bəyan etməsinə əsasən, buna icazə verdim. O, həmçinin vurğulamışdır ki, əgər Amerika tərəfi həddini aşaraq əlavə tələblər irəli sürərsə, onlar bunu qəbul etməyəcəklər.
Bu andan etibarən biz, yəni siz qürurlu xalq və bu kiçik xidmətçiniz birlikdə qeyd olunan şərtlərin həyata keçməsini gözləyəcəyik. Lakin aydındır ki, gələcəkdə keçiriləcək üzbəüz danışıqlar düşmənin baxışlarının qəbul edilməsi mənasını daşımır.
Ümid edirik ki, ağamız İmam Zamanın (ə.f) xeyir-duaları şərəfli İran xalqı üçün müxtəlif ilahi yardımlar və qələbələr gətirəcəkdir.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
Rəyiniz