Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Bəhreynin xarici işlər naziri Əbdüllətif əz-Zəyani ziddiyyətli açıqlamasında iddia edib ki, Bəhreyn tolerantlıq və dinc birgəyaşayış sahəsində qlobal nümunə kimi mövqeyini möhkəmləndirmək istiqamətində addımlar atır, dini və mədəni müxtəlifliyə hörmətin, eləcə də qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün fəaliyyət göstərir.
Halbuki eyni zamanda şiə alimləri və vətəndaşlarına qarşı özbaşına həbslər, məcburi deportasiya və vətəndaşlıqdan məhrumetmə halları artmaqdadır. Bununla yanaşı, dini minbərlərdə çıxış edən xətiblər də hədəfə alınır. Bəhreyn hökuməti sistemli şəkildə məzhəb ayrı-seçkiliyi və təzyiq siyasəti həyata keçirərək şiələrə qarşı siyasi təcrid və boğucu mühit formalaşdırıb.
Bundan əlavə, ölkədə şiələrə məxsus olan və Səudiyyə qüvvələrinin dəstəyi ilə hərbi qüvvələr tərəfindən dağıdılmış 38-dən çox məscidin yenidən inşasından imtina edilir. Həmin qüvvələr 2011-ci il 14 fevral inqilabçı etirazlarının yatırılmasında da iştirak etmişdilər. Həmçinin, Dəraz bölgəsində yerləşən İmam Sadiq (ə) məscidində cümə namazının qılınması artıq səksən həftədən çoxdur ki, qadağan olunub.

Bəhreyn
Rəyiniz