çərşənbə axşamı 23 iyun 2026 - 17:07
Misir müsəlmanları Məhərrəm ayı günlərində Rəsul-Hüseyn (ə) məscidinin bağlanmasından narahatlıqlarını ifadə ediblər/  Məscidin bağlanmasının arxa planda məqsədyönlü şəkildə həyata keçirildiyi bildirilir.

Hövzə / Şiələr Misirdə bəyanat yayaraq, bu ölkədə dini fəaliyyətlərin məhdudlaşdırıcı tədbirləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Misir şiələri yaydıqları bəyanatda bu ölkədə dini fəaliyyətlərə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən narahatlıqlarını ifadə edərək, şiələrə qarşı hər cür ayrı-seçkilik xarakterli addımların dayandırılmasını tələb ediblər.

Bəyanatda deyilir:

“Misirdə şiələr böyük narahatlıqla şiə məzhəbinə etiqad etdiklərinə görə şiə vətəndaşların üzləşdiyi məhdudiyyətlərin davam etməsini izləyirlər. Halbuki Misir Konstitusiyası bütün vətəndaşlar üçün heç bir ayrı-seçkilik olmadan dini hüquq və azadlıqları təmin edir.

Bu çərçivədə Vəqflər Nazirliyinin təmir və bərpa işləri bəhanəsi ilə İmam Hüseynin (ə) məqamının bağlandığını elan etməsi bizi təəccübləndirib. Hesab edirik ki, bu addım hər il şiələrin xüsusi əhəmiyyət verdiyi dini mərasimlər və həmin məqamın ziyarət olunduğu günlərlə eyni vaxta təsadüf edərək təkrarlanır. Bu da sözügedən təkrar bağlanmaların arxasında duran həqiqi səbəblərlə bağlı haqlı suallar yaradır.

Biz vurğulayırıq ki, şiə vətəndaşlar Misirin milli kimliyinin ayrılmaz hissəsidirlər və Konstitusiya ilə qanunun təmin etdiyi bütün vətəndaş hüquqlarına, o cümlədən dini ayinləri azad və dinc şəkildə yerinə yetirmək, müqəddəs məkan və ziyarətgahları ziyarət etmək hüququna malikdirlər.

Həmçinin aidiyyəti qurumlardan bütün vətəndaşların konstitusion hüquqlarına hörmət göstərməyi, etiqad və ya məzhəb mənsubiyyəti əsasında ayrı-seçkiliyə səbəb olan bütün tədbirləri dayandırmağı, vətəndaşlıq, bərabərlik və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərməyi tələb edirik.

Din və məzhəb müxtəlifliyinə hörmət sosial sabitliyin əsas sütunlarından biridir və dövlətin Konstitusiya prinsiplərinə, eləcə də insan hüquqlarına sadiqliyini əks etdirir.”

Misir müsəlmanları Məhərrəm ayı günlərində Rəsul-Hüseyn (ə) məscidinin bağlanmasından narahatlıqlarını ifadə ediblər/  Məscidin bağlanmasının arxa planda məqsədyönlü şəkildə həyata keçirildiyi bildirilir.

İmam Hüseynin (ə) mübarək başının məqamı olan Rəsul-Hüseyn (ə) məscidi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha