Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, «İdeal cəmiyyətə doğru» adlı silsiləvi məhdəviyyət mövzuları, İmam Zaman (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə dəyərli oxuculara təqdim olunur.
Əvvəlki iki hissədə ilahi hədəflərin həyata keçirilməsi və bəşəriyyətin xilaskarının zühuruna zəmin hazırlanması istiqamətində qadınların ümumi və ən mühüm xüsusi vəzifələri barədə qısa şəkildə bəhs etmişdik. Bu hissədə isə qadınların həzrət Məhdinin (ə.f) zühuru və hökumətindəki rolu və məqamı ilə bağlı iki suala cavab veriləcək.
Həzrət Məhdinin (ə.f) 313 xüsusi səhabəsi arasında qadınlar da olacaqmı?
Cabirin İmam Baqirdən (ə) nəql etdiyi uzun bir hədisdə buyurulur:
«وَ اَللَّهِ ثَلاَثُمِائَةٍ وَ بِضْعَةَ عَشَرَ رَجُلاً فِیهِمْ خَمْسُونَ اِمْرَأَةً یَجْتَمِعُونَ بِمَکَّةَ عَلَی غَیْرِ مِیعَادٍ.»
(Təfsir əl-Əyyaşi, c. 1, s. 65)
«Allaha and olsun! Üç yüz on üç nəfər kişi gələcək və onların arasında əlli qadın da olacaq. Onlar əvvəlcədən heç bir vədələşmə olmadan Məkkədə bir yerə toplanacaqlar.»
Bu rəvayətdə diqqət çəkən məqam budur ki, «فِیهِمْ» ifadəsi ilə bağlı iki fərqli izah mövcuddur:
Birinci izaha görə, 313 nəfərin 50-si qadındır.
İkinci izaha görə isə, 50 qadın 313 kişi ilə birlikdə olacaq.
Bu rəvayətlə bağlı digər mühüm məqam ondan ibarətdir ki, o, Təfsir əl-Əyyaşi kitabında nəql edilmişdir. Əyyaşinin nəql etdiyi rəvayətlərin mürsəl olması (yəni rəvayət zəncirində ravilərin göstərilməməsi) bu əsərin hədis baxımından etibarlılıq dərəcəsinə təsir göstərmişdir.
Eyni rəvayət sənədi ilə Qeybət ən-Nömani kitabında da nəql olunmuşdur, lakin burada «فِیهِمْ خَمْسُونَ اِمْرَأَةً» ifadəsi yer almır:
«فَیَجْمَعُ اللَّهُ عَلَیْهِ أَصْحَابَهُ ثَلَاثَمِائَةٍ وَ ثَلَاثَةَ عَشَرَ رَجُلًا وَ یَجْمَعُهُمُ اللَّهُ لَهُ عَلَی غَیْرِ مِیعَادٍ.»
(Qeybət ən-Nömani, s. 282)
«Beləliklə, Allah onun üçün 313 nəfər kişidən ibarət səhabələrini toplayacaq və onları əvvəlcədən heç bir vədələşmə olmadan onun ətrafına cəm edəcək.»
Həmçinin Əl-İxtisas kitabında da bu rəvayət «فِیهِمْ خَمْسُونَ اِمْرَأَةً» ifadəsi olmadan nəql edilmişdir:
«فَیَجْمَعُ اللَّهُ لَهُ أَصْحَابَهُ ثَلَاثَ مِائَةٍ وَ ثَلَاثَةَ عَشَرَ رَجُلًا فَیَجْمَعُهُمُ اللَّهُ لَهُ عَلَی غَیْرِ مِیعَادٍ.»
(Əl-İxtisas, s. 255)
Diqqətəlayiq digər məqam isə budur ki, mövcud dəlil və qərinə əsasən, rəvayətlərdə işlədilən «رجل» (rəcül) sözü «kişi» mənasını ifadə edir və qadınları əhatə etmir.
İmam Zamanın (ə.f) xüsusi səhabələrinin Bədr döyüşünün iştirakçılarına bənzədilməsi:
«یَجْمَعُ اَللَّهُ عَزَّ وَ جَلَّ لَهُ مِنْ أَقَاصِی اَلْبِلاَدِ عَلَی عَدَدِ أَهْلِ بَدْرٍ ثَلاَثَمِائَةٍ وَ ثَلاَثَةَ عَشَرَ رَجُلاً.»
(Kəmalüddin və Təmamün-nimə, s. 264)
«Allah-taala dünyanın ən uzaq bölgələrindən Bədr əhlinin sayı qədər – üç yüz on üç nəfəri onun ətrafına toplayacaq.»
İmam Zamanın (ə.f) xüsusi səhabələrinin Həzrət Talutun (ə) səhabələrinə bənzədilməsi:
«اَلْقَلِیلُ اَلَّذِینَ لَمْ یَشْرَبُوا وَ لَمْ یَغْتَرِفُوا ثَلَثَمِائَةٍ وَ ثَلَثَةَ عَشَرَ رَجُلاً.»
(Təfsiri-Nurul-Səqəleyn, c. 1, s. 248)
«Hamısı sudan içdi, yalnız üç yüz on üç nəfər ondan içmədi və götürmədi.»
Aydındır ki, həm Bədr döyüşündə, həm də Həzrət Talutun (ə) Calutla döyüşündə iştirak edən həmin 313 nəfərin hamısı kişi idi.
Buna görə də hədisşünaslıq baxımından qadınların 313 nəfərin arasında və ya onların yanında olmasını sübut etmək çətindir. Çünki bu məsələyə yalnız bir hədis işarə edir və o da mürsəl hədisdir. Bununla yanaşı, 313 nəfərin kişilərdən ibarət olduğunu bildirən mötəbər rəvayətlər də mövcuddur.
Lakin əvvəlki iki buraxılışda qeyd olunanlar və bundan sonra deyiləcəklər nəzərə alındıqda, qadınların həmin 313 nəfərin arasında olmaması (mövcud dəlillərə əsasən) onların məqam və dəyərinin kiçildilməsi anlamına gəlmir. Çünki İmam Zamanın (ə) ətrafına müxtəlif dəstələr şəklində sayları-hesabı bilinməyəcək qədər çox tərəfdar qoşulacaq. Buna görə də qadınlar, əvvəl də qeyd olunduğu kimi, zühur və məhdəvi hökumətdə xüsusi rol və mövqeyə malik olacaqlar.
Rəcət edənlər arasında qadınlar da olacaqmı?
Bu araşdırmada qadınların hansı mərhələdə rəcət edəcəklərini, onların dəqiq sayını və ya adlarını araşdırmaq niyyətində deyilik. Burada əsas məsələ qadınların rəcəti mövzusunun özüdür. Yəni tarix boyu elə qadınlar olub və olacaq ki, iman və mərifətin ən yüksək mərtəbələrinə çatdıqları üçün rəcət etmək və Allahın son vəsisinin yanında olmaq şərəfinə nail olacaqlar.
İmam Sadiq (ə) bir rəvayətdə buyurur:
«یُکَرُّ مَعَ اَلْقَائِمِ (عَلَیْهِاَلسَّلاَمُ) ثَلاَثَ عَشْرَةَ اِمْرَأَةً. قُلْتُ: وَ مَا یَصْنَعُ بِهِنَّ؟ قَالَ: یُدَاوِینَ اَلْجَرْحَی، وَ یَقُمْنَ عَلَی اَلْمَرْضَی، کَمَا کَانَ مَعَ رَسُولِ اَللَّهِ (صَلَّی اَللَّهُ عَلَیْهِ وَ آلِهِ). قُلْتُ: فَسَمِّهِنَّ لِی. فَقَالَ: اَلْقِنْوَاءُ بِنْتُ رُشَیْدٍ، وَ أُمُّ أَیْمَنَ، وَ حَبَابَةُ اَلْوَالِبِیَّةُ، وَ سُمَیَّةُ أُمُّ عَمَّارِ بْنِ یَاسِرٍ، وَ زُبَیْدَةُ، وَ أُمُّ خَالِدٍ اَلْأَحْمَسِیَّةُ، وَ أُمُّ سَعِیدٍ اَلْحَنَفِیَّةُ، وَ صُبَانَةُ اَلْمَاشِطَةُ، وَ أُمُّ خَالِدٍ اَلْجُهَنِیَّةُ.»
(Dəlailül-İmamə, c. 1, s. 484)
«İmam Zaman ilə (ə) birlikdə on üç qadın rəcət edəcək.»
Rəvayətçi deyir: «Ərz etdim: Onlara hansı vəzifə tapşırılacaq?» Buyurdu: «Onlar yaralıları müalicə edəcək, xəstələrə qulluq göstərəcəklər. Necə ki, Allah Rəsulunun (s) dövründə belə edirdilər.»
Ərz etdim: «Onların adlarını mənə buyurun.»
Buyurdu: «Qənva binti Rəşid, Ümmü Əymən, Həbabə Vələbiyyə, Süməyyə (Əmmar ibn Yasirin anası), Zübeydə, Ümmü Xalid Əhməsiyyə, Ümmü Səid Hənəfiyyə, Səbanə (bərbər qadın) və Ümmü Xalid Cühəniyyə.»
Digər mənbələrdə də rəcət edəcək bəzi qadınların sayı və adları qeyd edilmişdir. (Qeyd olunduğu kimi, onların adları, sayı və rəcət vaxtı bu araşdırmanın mövzusu deyil.)
Əhəmiyyət daşıyan məsələ isə budur ki, rəvayətlərdə adı çəkilən bu qadınların xüsusiyyətlərinə diqqət yetirilməsi qadınlara dinə bağlılıqda, mərifət qazanmaqda və Allahın dinində sabitqədəm olmaqda yardım edə bilər. Biz burada həmin xüsusiyyətlərin yalnız bir qisminə toxunacağıq.
Azadlıqsevərlik, haqq yolunda möhkəm dayanmaq və batil cəbhəsinə qarşı müqavimət göstərmək rəcət edəcək qadınların hamısında müşahidə olunan ən mühüm ortaq xüsusiyyətdir.
Əziz İslam Peyğəmbəri (s) Fironun qızının saçını darayan Səbanə haqqında buyurmuşdur:
«لَمَّا أُسْرِیَ بِی مَرَّتْ بِی رَائِحَةٌ طَیِّبَةٌ...» (Biharül-ənvar, c. 13, s. 163)
«Meraca aparıldığım gecə çox xoş bir ətir hiss etdim. Cəbraildən soruşdum: “Bu hansı ətirdir?” Dedi: “Bu, Fironun ailəsinin saçını darayan qadının və övladlarının ətridir. O, Fironun qızının saçını darayarkən daraq əlindən yerə düşdü və “Bismillah” dedi. Fironun qızı soruşdu: “Atamı nəzərdə tutursan?” Qadın dedi: “Xeyr, mənim də, sənin də, atanın da Rəbbi olan Allahı nəzərdə tuturam.” Qız dedi: “Mən bunu mütləq atama xəbər verəcəyəm.” Qadın cavab verdi: “İstədiyini et.” Qız hadisəni atasına danışdı. Firon qadını və övladlarını hüzuruna çağırıb soruşdu: “Sənin Rəbbin kimdir?” Qadın dedi: “Mənim də, sənin də Rəbbin Allahdır.” Firon misdən bir təndir hazırlanmasını və onun qızdırılmasını əmr etdi. Sonra qadını və övladlarını gətirdilər. Qadın dedi: “Səndən bir istəyim var.” Firon soruşdu: “Nə istəyirsən?” Qadın dedi: “Mənim və övladlarımın sümüklərini bir yerə toplayıb dəfn et.” Firon dedi: “Keçmiş xidmətlərinə görə bu istəyini yerinə yetirəcəyəm.” Sonra Firon əmr etdi ki, övladlarını bir-bir həmin təndirə atsınlar. Nəhayət, növbə südəmər körpəsinə çatdı. Körpə dilə gəlib dedi: “Ana, səbir et! Sən haqq üzərindəsən.” Bundan sonra qadın da övladı ilə birlikdə təndirə atıldı.»
Süməyyə, Əmmar ibn Yasirin anası haqqında isə belə nəql olunmuşdur:
«وَ کَانَتْ مِمَّنْ تُعَذَّبُ فِی اَللَّهِ لِتَرْجِعَ عَنْ دِینِهَا فَلَمْ تَفْعَلْ فَمَرَّ بِهَا أَبُو جَهْلٍ فَطَعَنَهَا فِی قَلْبِهَا فَمَاتَتْ.» (Biharül-ənvar, c. 18, s. 241)
«O (Süməyyə) Allah yolunda dinindən döndərilməsi üçün işgəncəyə məruz qalanlardan idi. Lakin dinindən dönmədi. Sonra Əbu Cəhl onun yanından keçərək qəlbinə nizə vurdu və o, şəhid oldu.»
Bu qəbildən olan nümunələr çoxdur.
Qeyd
Mühit və ətraf şərait bəzi insanlar, xüsusilə də qadınlar tərəfindən iman və mərifət zəifliyinə bəhanə kimi göstərilir. Halbuki İslam tarixinin taleyüklü qadınlarının həyatına diqqət yetirdikdə aydın olur ki, ilahi hədəflərə doğru irəliləyən və Allaha qovuşmaq istəyən insanın qarşısını heç bir şəxs və heç bir amil ala bilməz.
Uca Allah Qurani-Kərimdə Asiyə xanımı (s.ə) yad edərkən onun adını çəkmir, onu «Fironun zövcəsi» adı ilə xatırladır ki, bütün mömin kişi və qadınlara göstərsin: O, dövrünün ən zalım hökmdarının sarayında, Allahdan başqa heç bir köməkçisi olmadığı halda bütün insanlar üçün örnəyə çevrildi.
Sonda qeyd edək ki, rəcət yalnız keçmiş insanlara aid deyil, gələcək nəsilləri də əhatə edir. Elə buna görə də bizə Əhd duasını oxumaq tövsiyə olunmuşdur:
«اللَّهُمَّ إِنْ حَالَ بَینِی وَ بَینَهُ الْمَوْتُ الَّذِی جَعَلْتَهُ عَلَی عِبَادِک حَتْما مَقْضِیا، فَأَخْرِجْنِی مِنْ قَبْرِی مُؤْتَزِرا کفَنِی شَاهِرا سَیفِی مُجَرِّدا قَنَاتِی مُلَبِّیا دَعْوَةَ الدَّاعِی فِی الْحَاضِرِ وَ الْبَادِی.»
«İlahi! Əgər Sənin bəndələrin üçün qəti və labüd qərar verdiyin ölüm mənimlə onun (İmam Zamanın (ə.f)) arasına düşərsə, məni qəbirdən kəfənimə bürünmüş halda çıxart, qılıncımı qınından çəkmiş, nizəmi əlimə almış şəkildə, şəhərdə və səhrada o dəvət edənin çağırışına cavab verənlərdən qərar ver.»
Şübhəsiz ki, bu uca məqsədə çatmaq üçün rəcət edəcək şəxslər haqqında rəvayətlərdə sadalanan xüsusiyyətlərlə zinətlənməliyik. Bu yolda isə kişi ilə qadın arasında heç bir fərq yoxdur.
---
1. «لَمَّا أُسْرِیَ بِی مَرَّتْ بِی رَائِحَةٌ طَیِّبَةٌ فَقُلْتُ لِجَبْرَئِیلَ مَا هَذِهِ اَلرَّائِحَةُ قَالَ هَذِهِ مَاشِطَةُ آلِ فِرْعَوْنَ وَ أَوْلاَدُهَا کَانَتْ تَمْشُطُهَا فَوَقَعَتِ اَلْمُشْطَةُ مِنْ یَدِهَا فَقَالَتْ بِسْمِ اَللَّهِ فَقَالَتْ بِنْتُ فِرْعَوْنَ أَبِی فَقَالَتْ لاَ بَلْ رَبِّی وَ رَبُّکِ وَ رَبُّ أَبِیکِ فَقَالَتْ لَأُخْبِرَنَّ بِذَلِکِ أَبِی فَقَالَتْ نَعَمْ فَأَخْبَرَتْهُ فَدَعَا بِهَا وَ بِوُلْدِهَا وَ قَالَ مَنْ رَبُّکِ فَقَالَتْ إِنَّ رَبِّی وَ رَبُّکَ اَللَّهُ فَأَمَرَ بِتَنُّورٍ مِنْ نُحَاسٍ فَأُحْمِیَ فَدَعَا بِهَا وَ بِوُلْدِهَا فَقَالَتْ إِنَّ لِی إِلَیْکَ حَاجَةً قَالَ وَ مَا هِیَ قَالَتْ تَجْمَعُ عِظَامِی وَ عِظَامَ وُلْدِی فَتَدْفَنُهَا قَالَ ذَاکِ لَکِ لِمَا لَکِ عَلَیْنَا مِنْ حَقٍّ فَأَمَرَ بِأَوْلاَدِهَا فَأُلْقُوا وَاحِداً وَاحِداً فِی اَلتَّنُّورِ حَتَّی کَانَ آخِرُ وُلْدِهَا وَ کَانَ صَبِیّاً مُرْضَعاً فَقَالَ اِصْبِرِی یَا أُمَّاهْ إِنَّکِ عَلَی اَلْحَقِّ فَأُلْقِیَتْ فِی اَلتَّنُّورِ مَعَ وُلْدِهَا.»
Rəyiniz