çərşənbə axşamı 30 iyun 2026 - 16:12
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Tehran vilayətinin Qadınlara məxsus Elmi Hövzələrinin rəhbərlərinə cavab məktubu

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Tehran vilayətinin Qadınlara məxsus Elmi hövzələrinin rəhbərlərinə sədaqət bəyanı və beyətlərinin yenilənməsi ilə bağlı məktubuna cavab verərək, onların bu həmrəyliyini və vəfadarlığını yüksək qiymətləndirib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Tehran vilayətinin Qadınlara məxsus Elmi hövzələrinin direktorları həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə ünvanladıqları beyət və sədaqətin yenilənməsi məktubuna cavab olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri göndərdiyi məktubda onların həmrəyliyinə və sədaqətinə görə təşəkkürünü bildirib.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin cavab məktubunun mətni:

Bağışlayan və mehriban Allahın adı ilə

Tehran vilayətinin Qadınlara məxsus Elmi hövzələrinin hörmətli məsul şəxslərinə Allahın Salamı olsun! 

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Seyid Əli Xameneinin (Allah onu rəhmət eləsin) şəhadəti münasibətilə başsağlığı mesajınıza və göstərdiyiniz həmrəyliyə görə, eləcə də göstərdiyiniz diqqət və ehtirama görə sizə təşəkkür edirəm.

Uca Allah möhtərəm xanımları müqəddəs İslam dininə xidmətdə daim öz dəstəyi ilə müvəffəq etsin.

Seyid Müctəba Hüseyni Xamenei

18 iyun 2026 (27 Xordad 1405)

2 Məhərrəm 1447 Hicri-Qəməri

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Tehran vilayətinin Qadınlara məxsus Elmi Hövzələrinin rəhbərlərinə cavab məktubu

Tehran vilayətinin Qadınlara məxsus Elmi hövzələrinin məsul şəxsləri İslam İnqilabının Ali Məqamlı Rəhbərinə ünvanladıqları beyət və sədaqətin yenilənməsi məktubunun mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم

قال الإمام الرضا علیه‌السلام:

«کلمةُ لا إلهَ إلا اللهُ حصنی، فمَن دخل حصنی أمِنَ من عذابی ، بِشُروطِها وأنا مِن شُروطِها.»

Bağışlayan və mehriban Allahın adı ilə

İmam Rza (ə) buyurub:

«"La ilahə illəllah" Mənim möhkəm qalamdı. Kim mənim qalama daxil olsa, əzabımdan amanda qalar. Lakin bunun şərtləri vardır və mən də həmin şərtlərdən biriyəm.»

İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Müctəba Xameneiə Allahın Salamı olsun (Allah onu qorusun).

Kəramət ongünlüyü vilayətlə əhdin yenilənməsi və tarix boyu haqq cəbhəsində müqavimət bayrağını ucaldan xanımların parlaq irsinin xatırlandığı günlərdir. Bu ongünlük həzrət Məsumənin (s.ə) mübarək mövludu ilə başlayır. O, Əhli-beyt (ə) məktəbində yetişmiş alimə və mücahid bir xanım idi. Vilayət yolunda Mədinədən Mərvəyə qədər mənzil-mənzil addımladı və təbliğ və maarifləndirmə cihadı yolunda ilahi məqama çatdı. Bu başlanğıc haqqı və vilayəti qoruyan, müqavimət göstərən xanımların tarixini əks etdirir. Tarix boyu bunun parlaq nümunələri olmuşdur və onları yad etmək lazımdır.

Fironun qızının saç ustası olan o mömin xanımdan danışırıq ki, Allahın adını dilə gətirdiyi üçün Fironun qəzəbi qarşısında geri çəkilmədi. O ana ki, övladlarını bir-bir alova atdılar, amma imanından dönmədi və nəhayət özü də südəmər övladı ilə birlikdə şəhid oldu.

Asiyadan – Fironun sarayında yaşayan mömin xanımdan danışırıq ki, hakimiyyət və rifahın zirvəsində olduğu halda iman yolunu seçdi, işgəncələr qarşısında müqavimət göstərdi və şəhid oldu. Beləliklə, adı Qurani-Kərimdə möminlər üçün nümunə kimi əbədiləşdi.

Yasirin həyat yoldaşı Süməyyədən danışırıq ki, İslamın ilk illərində ağır işgəncələrə sinə gərdi və İslamın ilk şəhidi olmaq şərəfinə nail oldu.

Həzrət Xədiceyi-Kübradan (s.ə) danışırıq ki, bütün sərvətini, qüdrətini və nüfuzunu Allahın Rəsulunun (s) yolunda fəda etdi və risalətin ən ağır illərində İslam hərəkatının ən möhkəm dayağı oldu.

Həzrət Zəhradan (s.ə) danışırıq ki, insanlıq tarixinin uca zirvəsi olaraq həm ailəsində imamət nəslini yetişdirdi, həm də cəmiyyətdə vilayətin müdafiəsi bayrağını ucaltdı və bu yolda şəhadətə çatdı.

Həzrət Zeynəbi-Kübradan (s.ə) danışırıq ki, təbliğ və həqiqətlərin çatdırılması cəbhəsinin böyük mücahidi idi. Əgər onun qiyamı olmasaydı, Kərbəla Kərbəlada qalardı. O, bütün müsibətlərə dözdü və Aşuradan sonra apardığı təbliğ cihadı ilə qanın qılınca qalib gəlməsi mesajını tarixə çatdırdı.

Həmçinin Mədinənin fəzilətli xanımı Ümmü Fərvədən danışırıq ki, o, təkcə İmam Sadiqin (ə) alim anası deyil, həm də Mədinə xanımlarının ilahi maarifi öyrəndiyi müraciət mənbəyi idi və İslam cəmiyyətində elm və hidayət məktəbi formalaşdırmışdı.

İslam və şiəlik tarixi göstərir ki, xanımlar hər zaman haqqın müdafiəsinin ön cəbhəsində dayanmışlar. Onlar iman yolunda canlarından, övladlarından və var-dövlətlərindən keçmiş, haqqın dalğalanan bayrağını heç vaxt yerə qoymamışlar.

Müasir dövrdə də bu ilahi ənənə davam etmişdir. İran İslam İnqilabının mömin xanımları İmam Xomeyninin (r) çağırışına səs verərək İslam İnqilabı və inqilab hərəkatı illərində inqilabçı nəslin yetişdirilməsi və İslam maarifinin yayılması üçün meydana çıxmışlar. Onlar «İran İslam Respublikası qədər geniş olan Hira mağarası»nda öz ilahi missiyalarını yerinə yetirmişlər. Onların bir qismi şəhadətə qovuşmuş, digər bir qismi isə müqəddəs müdafiə dövründə otuz altı mindən çox yeniyetmə və məktəbli övladını vətən yolunda qurban verərək əbədi qəhrəmanlıq dastanı yazmışdır. Mərziyə Dəbbab, Məhdiyyə Səyyari və Nənə Əli kimi xanımlar həm cihad meydanında iştirak etmiş, həm də səbir və müqavimətləri ilə müqavimət cəbhələrinin ən mühüm dayaqlarından olmuşlar.

İslam İnqilabının xanımları son qırx il ərzində kişilərlə çiyin-çiyinə müxtəlif sahələrdə fəaliyyət göstərmiş, elm, sənaye, mədəniyyət, incəsənət, təbliğat, diplomatiya, təhsil, tərbiyə, idman, təhlükəsizlik və idarəçilik sahələrində səmərəli və qürurverici iştirakları ilə seçilmişlər. Bu gün də İslam İnqilabının ikinci mərhələsinin başlanğıcında, batil cəbhəsinin bütün gücü ilə haqq cəbhəsinə qarşı səfərbər olduğu bir vaxtda İran İslam Respublikasının xanımları əziz rəhbərlərinin çağırışına bir daha səs verərək meydandadırlar. Onlar döyüş meydanındakı kişiləri tək qoymamış, ailəni idarə edib övladlarını tərbiyə etməklə yanaşı, cəmiyyət və meydanlarda da fəal və ümidverici iştirak nümayiş etdirmişlər.

Bu çərçivədə aşağıdakı məqamlara xüsusi diqqət yetirilməsi zəruridir:

1. İnformasiya müharibəsi və tərəqqi həqiqətlərinin çatdırılmasının zəruriliyi

Bu gün hərbi meydanlarla yanaşı, məlumat və informasiya məkanında da ciddi mübarizə gedir. Məhz bu informasiyalar məğlubiyyət və qələbələrin necə qəbul olunacağını müəyyənləşdirir və cəmiyyəti öz arxasınca aparır. Tərəqqi və ümid yaradan rəvayətlər bu gün cəmiyyətimizin ən mühüm ehtiyaclarından biridir və müharibə şəraitində bu sahəyə daxil olmağın əhəmiyyəti daha da artır. Xanımlar həm bu həqiqətləri çatdıran əsas simalardır, həm də İslam İnqilabının xanımlarına aid hələ danışılmamış çoxsaylı qəhrəmanlıq hekayələri mövcuddur. Buna görə də «Tərəqqi narrativlərinin formalaşdırılması üzrə qərargahı»nın yaradılması, bu istiqamətin təşkilatlanması və gücləndirilməsi zəruri görünür.

2. İctimai diplomatiya və qadın diplomatiyasının xüsusi rolu

Müasir dünyada diplomatiya artıq yalnız dövlətlərarası rəsmi münasibətlərlə məhdudlaşmır, xalqların ictimai rəyi ilə əlaqələr də getdikcə daha böyük əhəmiyyət qazanır. İctimai diplomatiya qadınlar, gənclər və yeniyetmələr, elm, media, incəsənət, idman, təhsil, dinlər və məzhəblər, Quran, təlim-tərbiyə, turizm və virtual məkan kimi sahələrdə formalaşır. Bu baxımdan, qadınların ədalətsevər və sülhpərvər ruhiyyəsi qadın diplomatiyasına xüsusi təsir imkanları qazandırır. İctimai diplomatiyanın, xüsusilə də qadınların iştirakı ilə, ən yüksək dövlət səviyyəsində fəal, dinamik və səmərəli şəkildə təşkil edilməsi İran İslam Respublikasının dünya ictimai rəyində mövqeyinin möhkəmlənməsində mühüm rol oynaya bilər.

3. İdarəetmə sistemi və qadın potensialından istifadə

Sadiq və ixtisaslı qadınların böyük potensialına baxmayaraq, onların idarəetmənin bəzi səviyyələrində rolu hələ də real imkanlarından aşağı qiymətləndirilir. İslami prinsiplər əsasında ölkənin idarəetmə strukturlarına yenidən baxılması və qadınların imkanlarından məqsədyönlü şəkildə istifadə olunması İslam İnqilabının hədəflərinə çatmaq üçün mühüm addım ola bilər. Bu baxımdan, ölkə üzrə yüzlərlə dinintəhsil ocaqlarında təhsil alan minlərlə tələbənin fəaliyyət göstərdiyi Qadınlara məxsus Elmi hövzələr ölkənin mədəni və ictimai problemlərinin həllində misilsiz potensiala malikdir və bu imkanlardan qərarların hazırlanması və idarəçilik sahəsində daha geniş istifadə edilə bilər.

4. Yeniyetmələr, xüsusilə yeniyetmə qızlar, inkişafın aparıcı qüvvəsidir

Yeniyetmələr, xüsusilə də yeniyetmə qızlar İslam İnqilabının ən böyük sərvətlərindəndir. Onların mənəvi və ictimai sahələrdə geniş iştirakı, o cümlədən ötən il keçirilən etikaf mərasimlərində ölkədə hər altı yeniyetmə qızdan birinin etikafa qatılması bu yeniyetmələrin böyük potensialını göstərir. Müqəddəs müdafiə dövründə şəhid olmuş otuz altı min yeniyetmənin təcrübəsi də onların İnqilab tarixində oynadığı mühüm rolu aydın şəkildə nümayiş etdirir. Bu nəslin, xüsusilə də yeniyetmə qızların tərbiyəsinə və potensialının inkişafına xüsusi diqqət yetirilməsi ölkənin mədəni və ictimai gələcəyini təmin edə bilər. Görünür ki, bu potensial düzgün qiymətləndirilməli, onlar üçün İslam İnqilabının strukturunda yeni və səmərəli addımlar atılmalı, bu insan kapitalından ölkənin inkişafı və İnqilab ideologiyasının yüksəlişi naminə istifadə edilməlidir. Şəhid rəhbərimiz bu məsələyə hər kəsdən daha çox inanırdı.

5. Müharibə və böhran dövrlərində qadınların rolu

Müharibə və böhran şəraitində qadınlar ailənin sakitliyinin və davamlılığının qorunmasında əsas rol oynayırlar. Analar və həyat yoldaşları ailədə emosional idarəetmə və ümid ruhunu gücləndirməklə cəmiyyətin dözümlülüyünü artıra bilərlər. Həmçinin müharibənin yaratdığı iqtisadi və infrastruktur çətinlikləri şəraitində ailənin ağıllı idarə olunması bir çox böhranların qarşısını ala bilər. Buna görə də ailənin mövqeyinə strateji yanaşmaq və böhran dövrlərində onun əsaslarını möhkəmləndirmək üçün «Ailə Qərargahı»nın yaradılması zəruri görünür.

6. Meydanlarda İnqilab məktəbi

Bugünkü sürətlə dəyişən şəraitdə «İslam İnqilabı məktəbi» küçələrdə və cəmiyyətin içərisində formalaşmış, tərbiyə imkanlarının mühüm hissəsi məhz həyatın içində yaranmağa başlamışdır. Lakin bu şəraitdə tədrisyönümlü təhsil sistemi tərbiyə missiyasını lazımi səviyyədə yerinə yetirə bilməmiş, faktiki olaraq ya fəaliyyətsiz qalmış, ya da yalnız dərs məlumatlarının virtual şəkildə ötürülməsi ilə kifayətlənmişdir.

Qadın tələbələr İnqilab övladlarının inkişafı, kamilləşməsi və tərbiyəsi məqsədilə, fədakar müəllimlərin, qayğıkeş tələbələrin və həmçinin məsuliyyətli xanımların iştirakı ilə İslam İnqilabının qız övladlarının elmi və mənəvi inkişafına xidmət edəcək «İslam İnqilabının Milli İnkişaf Layihəsi»ni həyata keçirməyə hazır olduqlarını bildirirlər.

7. Maarifləndirmə cihadı və qadınlara məxsus müstəqil təbliğat strukturunun zəruriliyi

Qadınlar maarifləndirmə cihadında çıxışlar, media fəaliyyəti, sosial şəbəkələrdə iştirak, həqiqətlərin çatdırılması, incəsənət və xəbərçilik kimi müxtəlif sahələrdə mühüm rol oynayırlar. Lakin onların təbliğat qurumlarındakı fəaliyyəti ya kifayət qədər nəzərə alınmayıb, ya da ikinci dərəcəli və kənar mövqedə qalıb. Qadınların maarifləndirmə cihadındakı böyük potensialı nəzərə alınaraq, müstəqil maarifləndirmə və təbliğat strukturunun yaradılması bu imkanlardan istifadəni dəfələrlə artıracaqdır.

Sonda İslam İnqilabının qadın tələbələri ölkənin digər inanclı və öncül xanımları ilə birlikdə İslam İnqilabının Ali Məqamlı Rəhbərinə bir daha sədaqətlərini bəyan edir, uca Allahdan həzrət Ayətullah Seyid Müctəba Xameneinin sağlamlığı və uzun ömürlü olması üçün dua edirlər.

Biz bəyan edirik ki, İslam İnqilabının inkişafı və onun mesajının dünya xalqlarına çatdırılması yolunda canımızı, qəlbimizi və ailəmizi fəda etməyə, bu xalqın düşmənləri qarşısında səbir və mətanətlə dayanmağa, «لا أُبالی بالموت»  «Mən ölümdən qorxmuram» şüarını ucaldmağa hazırıq.

Həmçinin əziz Rəhbərimizdən xahiş edirik ki, İslam İnqilabının xanımlarına, xüsusilə də mücahid qadın tələbələrə xüsusi diqqət göstərsin və bütün İnqilab xanımları üçün xeyir-dua etsin.

اللهم اجعلنا مجدد دینک و محیی شریعتک

İlahi! Bizi Sənin dinini yeniləyən və şəriətini dirçəldənlərdən qərar ver.

Hörmətlə, Tehran vilayətinin Qadınlara məxsus Elmi Hövzələrinin rəhbərləri

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha